Yaddas kitabcasi

Kitaba, kitabxanaya maraq artır

Kitaba, kitabxanaya maraq artırUşaqların kiçik yaşlarından kitaba və kitabxanaya marağını artırmaq məqsədilə İsmayıllı MKS-nin Uşaq şöbəsinin əməkdaşları bağça yaşlı balacalarla – şagirdlər və fiziki imkanları məhdud olan uşaqlarla daim təmasda olur.
Bu günlərdə kitabxanamızın multimediya mütəxəssisi İsmayıllı şəhər İsrayıl Həsənov adına 1 nömrəli tam orta məktəbində olub. 30 il əmək fəaliyyəti olan, uşaqlarla ömür keçirən 1 nömrəli tam orta məktəbinin müəllimi Məsmə Şirəliyeva rəhbərlik etdiyi beşyaşlılarla kitabxana əməkdaşını maraqla qarşılayıblar.
Balaca fidanlara yaşlarına uyğun disklər təqdim olunub, cizgi filmləri nümayiş etdirilib və səsli nağıllar göstərilib.
Fəallığı ilə fərqlənən balacalar – əməkdaşlarımızın suallarına daha dolğun cavab verən: Mədinə Əliyeva, Bəyimxanım Əli, Tunar İsazadə, Asiya Mikayılzadə, Yağmur Şirəli hədiyyələrlə mükafatlandırılıblar.
Lalə Məmmədli

Şərh Yaz