Futbolçu qızlarımız qrup lideridir

Futbolçu qızlarımız qrup lideridirU13 qizlar liqasinda qış fasiləsi başa çatıb. 2-ci dövrəyə start verilib. Şəmkirin rayonunun “Nətavan” komandası ilə İsmayıllı rayonunun Hacihətəmli kənd tam orta məktəbin qızlardan ibarət “Babadağ“ futbol komandası qarşılaşıb.
Şəmkirli azərkeşləri məyus edən maraqlı oyun 0 – 5 hesabı ilə rayonumuzu təmsil edən məktəbli idmançıların qələbəsi ilə başa çatıb. Sevindirici nəticə əldə edən komandamız “Qərb” qrupu zonasında liderliyini davam etdirir.
Futbolçu qızlarımıza növbəti qarşılaşmalarda da uğurlar diləyirik.
“İsmayıllı xəbərləri”

Şərh Yaz