Yetkinlik yaşına çatmayanların hüquqları qorunur

Yetkinlik yaşına çatmayanların hüquqları qorunurİsmayıllı Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Г‡atmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya, bütün komissiyalar kimi, Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli, 336-II Q saylı Qanunu ilə təsdiq edilmiş Əsasnaməyə uyğun fəaliyyət göstərir.
Komissiyanın əsas məqsədi yetkinlik yaşına, yəni 18 yaş həddinə çatmayanlara tərbiyəvi təsir göstərməkdən, onların hüquqlarını və qanuni mənafelərini qorumaqdan, davranışlarına nəzarət etməkdən, qanunazidd əməllərin qarşısını almaqdan, göstərilən məsələlərdə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların fəaliyyətini əlaqələndirməkdən ibarətdir.
Komissiyamız sədr, məsul katib, uşaqlarla iş üzrə məsləhətçi-psixoloq da daxil olmaqla 11 üzvdən ibarət tərkibdə yaradılmışdır və buraya təhsil, səhiyyə, daxili işlər orqanlarının, digər əlaqədar müəssisələrin nümayəndələri də daxil edilmişdir.
Yetkinlik yaşına çatmayanlar barəsində müvafiq dövlət orqanları tərəfindən daxil olan inzibati xətalar haqqında işlərə və ya materiallara da bu komissiyada baxılır və Əsasnamədə nəzərdə tutulmuş intizam təsir tədbirlərindən biri tətbiq edilir.
Yetkinlik yaşına çatmayanların hüquqları qorunur
Yetkinlik yaşına çatmayanların hüquqları qorunurRayon İcra Hakimiyyətinin başçısı yanında uşaqlarla əlaqədar “Qəyyumluq və himayəçilik” adlı komissiya da fəaliyyət göstərir. Bu komissiyanın da tərkibi 11 nəfərdən ibarətdir. Bu komissiyanın işi uşaqların qəyyumluğa və himayəyə verilməsi, ad və soyadın dəyişdirilməsi, erkən nikah və s. ilə bağlıdır. Komissiyaya müraciət edən hər bir vətəndaşa qanunauyğunluqlar barədə məlumat verilir və qaldırdıqları problemlərin həlli istiqamətində qanunamüvafiq yardım göstərilir.
2017-ci il ərzində 9 nəfər uşaq qəyyumluq və himayəyə verilmiş, 6 nəfərin nikah yaşı azaldılmışdır. Uşağın ad və soyadının dəyişilməsi ilə bağlı 3 müraciət olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq valideynlər arasında uşağın adına və soyadına münasibətdə fikir ayrılığı olmamış və 3 nəfər uşağın soyadı və adı onların istəklərinə uyğun olaraq dəyişdirilmişdir
15 yanvar 2018-ci il tarixdə RİH-də hər 2 komissiyanın üzvlərinin iştirakı ilə komissiyaların ilk iclası keçirilmişdir. İclasda 2017-ci ildə görülən işlər və 2018-ci ildə qarşıda duran məsələlər müzakirə olunmuş, 2018-ci ilin iş planı təsdiq edilmiş və komissiya üzvləri arasında iş bölgüsü aparılmışdır.
Göyçək Rəhimova

Şərh Yaz