Dövlət müstəqilliyi və milli azadlıq uğrunda mübarizə 20 Yanvar faciəsindən keçir

Dövlət müstəqilliyi və milli azadlıq uğrunda mübarizə 20 Yanvar faciəsindən keçirVətən tarixi. Azərbaycan torpağının əsrlər keçmiş qərinələr ömrü. Bu ömür, bu tarix XX əsrin narahat dünyasında bir çox sınaqlardan çıxmış, hər biri Vətənin əsl daşı olan övladlarının çiyinlərində yaşadığımız günlərə yetişmişdir.
Artıq 18 ildir geridə qoyduğumuz XX əsr özlüyündə minilliyə bərabər epoxa olmuşdur. Parlaq şəxsiyyətlərimiz, əldə etdiyimiz nailiyyətlər, qarşılaşdığımız faciələrlə bu yüz ili başa vurmuşuq. 1918-ci il soyqırımın göz yaşları və Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasının sevinci ilə yadda qalır. Bizlər mübarizə əzmimizi göstərərək Şərqdə ilk demokratik respublikanın əsasını qoyanlar kimi bir tarix yazdıq. Suveren, müstəqil dövlətimizi qurduq. Buna görə qürur duyduq. Fərəh dolu qürurumuzu yaddaşımızın dərinliyində gizlətdik. Gizlətdiyimiz bu qürur düz yetmiş ildən sonra özünü göstərəcəkdi.
Г‡ox facilərlə üzləşəcəkdir. 20 Yanvar faciəsi müstəqillik və milli azadlıq yolunda dəhşəti və vəhşəti yaddaşlardan silinməyən bir qətliamdır.
Ürəklərimizdə qara qanlar axıdan faciəmizdir 20 Yanvar. Bu tarixi xalqımız artıq 28 ildir ki, hüznlə yad edir. Məhz bu gün millətimizin qəhrəman oğulları SSRİ-nin işğalçı addımına sədd çəkdi. Qəddarlaşmış Sovet rəhbərliyi milli azadlıq ruhunu susdurmağa çalışdı, amma buna müvəffəq ola bilmədi. Qəlb dünyalarında hər zaman müstəqilliyin şanlı bayrağı dalğalanmış azərbaycanlılar yanvarın 19-dan 20-ə keçən o sınaq gecəsində azadlıq məfkurəsinin ay-ulduzlu sancağını polad biləklərində, inamlı sinələrində sabahlara daşıdılar. Təpədən-dırnağa qədər silahlanmış vandallar ayaqlarını Vətən torpağına bərk dayamış oğullarımızın qarşısında, əslində, sarsılmışlar. İstiqlal şairimiz Xəlil Rzanın “Qolumdakı zəncirləri qram gərək, qram, qram!” sözləri o günlərin qəhrəmanlıq uvertürasıdır. 1920-ci ildə əlimizdən çıxmış müstəqillik elə o gecənin mübarizə dalğasında yenidən parladı. Bu müstəqillik elə o gün alovlandı. Azadlığın qürurlu yelkəni yanvarın həmin günü düşmənə sinə gərdi. Qəlbləri azadlığın saf havası ilə döyünənlər geri çəkilmədilər. Vətəni çətin anda darda qoymadılar. Heydər Əliyev dühası, Heydər Əliyev mərdliyi bu oğullarımızın bayraqdarı oldu. Faciənin baş verdiyi günün səhəri Ümummilli liderimiz Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək ölkə rəhbərliyini sərt tənqid etdi. Əliyalın, tankların qarşısına yalnız azadlıq eşqi ilə döyünən sinələri ilə çıxmış insanların qətlə yetirilməsini bəşəriyyətə qarşı cinayət adlandırdı. Beləcə, dünya bu günün acı həqiqətindən xəbərdar oldu.
Azadlıq mübarizəsinin dalğasına tab gətirməyən Sovetlər birliyi çox keçmədən dağıldı. Xalqımız 1920-ci ildə itirilmiş müstəqilliyi canı-qanı bahasına bərpa etdi. Naxçıvanda dalğalanan üçrəngli şanlı bayraq ümummilli liderimiz Heydər Əliyevin daxili və xarici siyasətinin nəticəsində beynəlxalq təşkilatlarda, dünyanın bir sıra böyük dövlətlərində dalğalanmağa başladı. Beynəlxalq münasibətlər sistemində dövlətimiz müstəqil siyasəti ilə tanındı, Qafqaz regionunun geosiyasi mərkəzinə çevrildi.
Məlumdur ki, dövlətçilikdə əminamanlıq və asayiş inkişaf və tərəqqinin mühüm şərtidir. Heydər Əliyev müdriklik sərgiləyərək buna müvəffəq oldu. İnkişaf və tərəqqiyə nail olan Ümummilli liderimizin siyasi xəttini Prezidentimiz cənab İlham Əliyev də layiqli şəkildə davam etdirir. Dövlətçiliyimiz günü-gündən qüvvətlənir. Prezident İlham Əliyevin 2018-ci ili “Cümhuriyyət ili” elan etməsi də dövlətçiliyimizin, müstəqilliyimizin mənəvi sütunlarının möhkəmlənməsi baxımından atılmış daha bir addımdır və yer üzündə yaşayan biz azərbaycanlılar dövlətimiz, dövlətçiliyimiz naminə Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməli, cümhuriyyət qürurumuzu hər zaman qorumalıyıq.
20 Yanvar Azərbaycan xalqı üçün hüznlə, həmçinin qəhrəmanlıqla dolu bir salnamədir. Bu salnamənin sətirləri zehinlərdə, yaddaşlarda hər gün təkrarlanmalı, daha bu qəbildən faciələrə yol verilməməsi üçün millətimiz hər zaman ayıq-sayıq olmalıdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Dövlət müstəqilliyi və milli azadlıq uğrunda mübarizə 20 Yanvar faciəsindən keçirCeyhyn Əsədov,
Gəndov kənd ümumi orta məktəbinin müəllimi

Şərh Yaz