Nəticələri yüksəltməyə imkan var

Nəticələri yüksəltməyə imkan var                       İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Topçu inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2017-cı ilin yekunlarına dair hesabat yığıncağı keçirilib. İsmayıllı RİH-nin əməkdaşı Göyçək Rəhimovanın, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyevanın da iştirak etdikləri yığıncaqda RİH başçısının İƏD üzrə nümayəndəsi Gülzar Şirəliyeva hesabat məruzəsi ilə çıxış edib.
Yola saldığımız ilin respublikada və rayonumuzda uğurlu nəticələrindən bəhs edən məruzəçi Topçu kəndində fərdi təsərrüfatlarda yaradılmış ərzaq bolluğundan, xüsusilə istixanalarda qazanılan uğurlardan danışıb, nəticənin cari ildə daha da yüksəldiləcəyindən söz açıb.
Kəndin sosial durumu barədə fikir söyləyən G.Şirəliyeva əvvəlki illərlə müqayisədə son illərdə ərazidə gedən müsbət dəyişikliklərdən danışıb.
İqtisadiyyatla bağlı məsələlərə toxunan İƏD üzrə nümayəndə ərazidəki sakinləri daha işgüzar olmağa səsləyib.
G.Şirəliyeva məruzəsində Prezident İlham Əliyevin İsmayıllıya səfərlərinə də istinad edib. Prezident İsmayıllıya səfəri zamanı demişdir: “Biz statistikaya nəzər salsaq görərik ki, fındıq kənd təsərrüfatı məhsulları arasında ən çox valyuta gətirən məhsuldur. Ona görə də kütləvi şəkildə fındıq bağları salınmalıdır. İsmayıllıda bu, o qədər də geniş vüsət almayıb. Burada minlərlə hektar sahədə fındıq əkilməlidir, çünki iqlim də, torpaq da buna imkan verir. Fındıq əkənlər bundan xeyli fayda götürəcək, onlara böyük miqdarda pul gələcək, həm də ixrac edəcəklər”.
Bu vacib tapşırığa İƏD-də layiqincə əməl olunur və bu sahədə işlər davam etdirilir.
2017-cı ildə baramaçılıqda da müsbət nəticələr əldə edildiyi vurğulanıb. 2018-ci ildə kənd təsərrüfatı sahəsində daha yüksək nəticələr əldə olunacağı qeyd olunub.
Nəticələri yüksəltməyə imkan var                       Məruzə ətrafında çıxışlarda sosial infrastruktura diqqət artırılmasından, kəndin içindəki su arxının antisanitariya vəziyyətinə düşməsindən söz açılıb. Su arxını zibilləyənlərdən bu vərdişlərinə son qoymaq tələb olunub.
Г‡ıxış edənlər nümayəndəliyin hesabat ilindəki fəaliyyətinə kafi qiymət verib.
Ş.Soltanov

Şərh Yaz