Kənd təsərrüfatı sahəsində xeyli dönüş olub

Kənd təsərrüfatı sahəsində xeyli dönüş olub               İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Qurbanəfəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinnin 2017-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi dinlənilib.
Hesabat yığıncağında RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nazim Səfərov, 90 nəfərə yaxın kənd sakini iştirak edib.
2017-cı ildə İƏD üzrə görülən işlərin hesabatı nı verən nümayəndə Cavad Qarayev həm də qarşıda duran vəzifələrdən söz açıb. O bildirib ki, Qurbanəfəndi kəndində sakinlər heyvandarlıq və əkinçiliklə məşğul olurlar. Əhalinin güzaranı ildən-ilə yaxşılaşmaqdadır. Bu da fərdi təsərrüfatların inkişafından irəli gəlir.
2017-ci ildə ərazidə kənd təsərrüfatı sahəsində xeyli dönüş olub. Dədə-baba peşələrindən olan tütünçülüyə və baramaçılığa meyl artıb.
Kənddə bir sıra abadlıq işləri aparılıb, kənddaxili elektrik xətləri qismən təmir olunub.
Sosial yönümlü məsələlərə gəldikdə İƏD-in nümayəndəsi C.Qarayev heyvandarlığın inkişaf etdirilməsindəki çətinlikləri, örüşlərin olmamasını diqqətə çatdırıb. Hesabatda gənclərin kəndi tərk etməsi narahatlıq doğuran hal kimi qeyd olunub. Buna səbəb isə bələdiyyədə perspektiv inkişaf torpaqlarının olmamasıdır. Ev tikmək arzusunda olan gənclər bu səbəbdən problemlərlə üzləşirlər.
İl ərzində nümayəndəlikdə orta məktəb, klub, 2 kitabxana, ATS və poçt şöbəsi əhalinin istifadəsində olub. Nümayəndəlikdə vətəndaşların müraciətlərinə baxılması qanunamüvafiq aparılıb. İl ərzində olunan müraciətlər həllini tapıb.
Məruzə ətrafında çıxışlarda görülən işlər qənaətbəxş sayılıb və çatışmazlıqların aradan qaldırılacağına ümidvarlıq ifadə olunub.
Sonda İƏD-in nümayəndəsi C.Qarayev 2018-ci ildə qarşıda duran vəzifələrin də layiqincə yerinə yetiriləcəyini bildirib.
F.Qarayev,
kənd sakini

Şərh Yaz