Yaddas kitabcasi

Zavodun işçiləri uşaqları sevindirib

Zavodun işçiləri uşaqları sevindiribİsmayıllıda “İSMA BİKES” Velosiped zavodunun və rayon İcra Hakiməyyətinin birgə təşkilatçılığı ilə maraqlı tədbir keçirilib. Rayonun mərkəzi meydanında zavodun istehsal etdiyi velosipedlərin sərgisi təşkil olunub.
Zavoddan rayon mərkəzinə qədər yerli istehsal olan velosipedlərlə Şaxta babanın və Qar qızın yürüşü başlayıb. Veloyürüşdə zavodun işçiləri də iştirak edib. Mərkəzi meydanda toplaşan uşaqlar və onların valideynləri Şaxta babanı və Qar qızı alqışlarla qarşılayıblar. Tədbirin aparıcısı “İSMA BİKES” Velosiped zavodu haqqında məlumat verib.
Zavodun drektoru Elçin Qəhrəmanov bildirilib ki, İsmayıllı şəhərindən 6 kilometr məsafədə yerləşən, Diyallı kəndi ərazisində inşa olunmuş bu istehsal müəssisəsinin layihəsi Bolqarıstanın Sofiya velosiped zavodu ilə əməkdaşlıq çərçivəsində icra olunub. Müəssisə Bolqarıstan, Danimarka, Niderland, Г‡in və Türkiyə istehsalı olan avadanlıqlarla təchiz edilib. Zavodun istehsal gücü ildə 20-30 min velosipeddir. Burada müxtəlif növdə velosipedlər istehsal edilir. Müəssisədə ilkin mərhələdə 60 işçi çalışır. Gələcəkdə zavodun fəaliyyətinin genişləndirilməsi ilə işçilərin sayının artacağı nəzərdə tutulur. Zəruri infrastrukturu ilə Qafqazda yeganə olan bu zavodun məhsulları yüksək keyfiyyəti ilə seçilir. Müəssisənin ərazisində müasir velotrek meydançası da yaradılıb. Üç hektar sahəsi olan velotrekdə idman yarışlarının keçirilməsi üçün hər cür şərait var.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranması tarixindən və onun əhəmiyyətindən, əlamətdar gün ilə bağlı ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışılıb. Bildirilib ki, həmrəylik günü Azərbaycan xalqını bir ideya ətrafında birləşdirən, milli-mənəvi dəyərlərimizə hörmət hisslərini təcəssüm etdirən bir bayramdır. Məhz bu günün qeyd olunmasından başlayaraq azərbaycançılıq ideyalarının formalaşmasının əsası qoyulub. Vurğulanıb ki, artıq azərbaycalılar yaşadıqları ölkələrin ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında daha fəal iştirak edirlər.
Daha sonra 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişinə həsr olunan tədbir uşaqların iştirakı ilə davam edib. Rayon sakinləri mərkəzdə qurulan yolkanın ətrafında şənləniblər.
Tədbirdə ən çox sevinən uşaqlar, körpələr və onların valideynləri olub. Uşaqlar arasında keçirilən əyləncəli velosiped yarışı tamaşaçıların maraq və sevincinə səbəb olub. Şənlikdə Şaxta babanın iştirakı uşaqları daha çox sevindirib. Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, mahnılar oxuyub, şeirlər söyləyiblər. Uşaqlara hədiyyələr verilib.
Novruz Səlimov

Şərh Yaz