Şagirdlər peşə seçəndə

Şagirdlər peşə seçəndəİsmayıllı Rayon Məşğulluq Mərkəzi tərəfindən 2017-ci ilin dekabr ayının 28-də B.Əmirov adına Qalagah kənd tam orta məktəbində yuxarı sinif şagirdlərinin və onların valideynlərinin iştirakı ilə “Peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbiri keçirilib.
Tədbirdə İsmayıllı Rayon Məşğulluq Mərkəzinin mütəxəssisləri, məktəbin pedaqoji kollektivi, eləcə də valideyinlər iştirak ediblər.
Eyni məqsəd və məzmun kəsb edən tədbir şəhid Q.Məmmədovun adını daşıyan Ruşan kənd tam orta məktəbində də keçirilib. Tədbirlərdə yuxarı sinif şagirdlərinə peşə və ixtisaslar, eləcə də peşə seçimində əsas şərtlər haqqında geniş məlumat verilib. Əmək bazarının, fərdi sağlamlıq və bacarığın nəzərə alınaraq peşə seçilməsi şagirdlərə məsləhət görülüb. Valideyinlərə isə övladları tərəfindən seçilən peşəyə onların rahatlıqla yiyələnmələrinə dəstək durmaları tövsiyə olunub.
Peşəyönümü işinin gənc nəslin gələcək taleyində, onların məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq orta ümumtəhsil məktəblərində şagirdlərin peşə maraqlarının və peşə meyllərinin müəyyənləşdirilməsi, onlara gələcək peşə və ixtisas seçimində köməklik göstərilməsi məqsədi ilə yanvarın 10-da A.Aslanov adına şəhər 2 nömrəli tam orta məktəbində də məktəb kollektivinin, şagirdlərin və valideyinlərinin iştirakı ilə müxtəlif metodik tövsiyələrdən istifadə edilməklə anolji tədbir keçirilib.
Keçirilən tədbirlərdə gənclərin peşə seçiminə dair vacib məlumatlar valideynlərin diqqətinə çatdırılıb. Şagirdlərlə peşə seçiminə aid sorğu keçirilib. Şagirdlər peşə seçəndəMərkəzin mütəxəssisləri İ.Babayev və N.Bağıyev iştirakçıları maraqlandıran müxtəlif istiqamətli sualları cavablandırılıb.
Mərkəzi tərəfindən 17 yanvar 2018-ci il tarixidə N.Behdiyev adına şəhər 6 saylı tam orta məktəbində, 24-də Basqal qəsəbə tam orta məktəbində keçirilən tədbirlər də iştirakçıların marağına səbəb olub. Belə ki, şagirdlər seçə biləkləri peşələr barədə məlumatlandırıblar. Gənclərə əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar, düzgün peşə seçimi üçün tələb olunan əsas şərtlər haqqında məlumatlar verilib. Şagirdlərə istədikləri peşələrə yiyələnmə üçün tövsiyələr verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Q.Abdiləzizov
aparıcı məsləhətçi

Şərh Yaz