Şəhər əvvəlki görkəmini dəyişib

Şəhər əvvəlki görkəmini dəyişibİsmayıllı şəhər inzibati ərazi dairəsi (İƏD) üzrə nümayəndəliyin “2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələr”lə bağlı hesabat yığıncağı keçirilib.
İsmayıllı şəhərində 25 min nəfər əhali yaşayır. Ərazinin bir prospekti, 90 müxtəlif ölçülü küçəsi var. Bu küçələrin 60-ı asfaltlanıb, işıq sistemi quraşdırılıb, səkiləri tikilib. Şəhər ərazisində salınmış, 45 evdən ibarət yaşayış massivində məcburi köçkünlər məskunlaşıb. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 4 çoxmənzilli yaşayış binası mövcuddur. 2017-ci ildə həmin kateqoriyadan olan sakinlər üçün 3 fərdi mənzil tikilib.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ayrılmış 3 milyon manat vəsaitlə 26 çoxmənzilli yaşayış binası əsaslı və cari təmir olunub, dam örtükləri dəyişdirilib, məhəllələr abadlaşdırılıb, asfaltlanıb. Şəhərin 12 küçəsinə asfalt, 6 küçəsinə çınqıl döşənib. Su və elektrik təchizatında fasiləsizlik və davamlılıq yaradılıb.
Şəhər əvvəlki görkəmini dəyişib2017-ci il büdcəsi öz məqsədinə tam xərclənib. Kommunal Müəssisələri Kombinatının (KMK) texniki təchizatı müasir tələblər səviyyəsində yaxşılaşıb. Mican, İsmayıllı, Qəzli kəndləri, tinglik təsərrüfatı şəhərə birləşdikdən sonra ərazi genişlənib, əkin sahələri artıb. 2017-ci ildə şəhərin əhatəsində olan əkin sahələrindən hər ilkindən çox taxıl, kartof, üzüm, meyvə, tərəvəz götürülüb. Baramaçılıq və tütünçülük bərpa olunub. Hektarlarla fındıq bağı və tut tingliyi salınıb.
Bu və digər işlər barədə İsmayıllı şəhər İƏD üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun hesabat məruzəsində ətraflı danışılıb.
Müzakirələr zamanı Mənzil İstismar Sahəsinin rəisi İsmayıl Tarverdiyevin, KMK-nın baş mühasibi Əliheydər Məmmədovun, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi İsmayıllı rayon şöbəsinin sədri Vidadi Zərbiyevin, 3 saylı uşaq bağçasının tərbiyəçisi Elnarə Məmmədovanın və ağsaqqal ziyalı Yaşar Nuriyevin çıxışları dinlənilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov hesabat yığıncağında geniş nitq söyləyib. Şəhər İƏD üzrə nümayəndəliyin 2017-ci ildəki fəaliyyətini müsbət qiymətləndirib, görülən işlərdən danışıb. Qeyd edib ki, 2018-ci ildə işdə daha fəal mövqe tutulmalı, daha səmərəli tədbirlər həyata keçirilməlidir.
Şəhər əvvəlki görkəmini dəyişibÖzünümaliyyələşdirmə ilə əlaqədar istehsal sahələri inkişaf etdirilməli, əhalinin məşğulluğunun artırılması ərazi nümayəndəliyi ilə birgə bütün strukturların diqqətində olmalı, ehtiyaclı sakinlərin, xüsusilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı məsələsi gündəlik fəaliyyətin ön sırasında dayanmalı, ticarətin və taksi xidmətinin təşkilindəki qaydasızlıq aradan qaldırılmalı, bütün sahələrdə normativlərə və aid etalonlara riayət olunmalı, ərazidəki torpaqların bilavasitə məqsədinə istifadə olunması təmin edilməlidir. Г‡oxmərtəbəli “Şeraton” otelinə yaxın ərazidə “Bayraq meydanı”, “Bayraq muzeyi” və “Gənclər Mərkəzi” inşa olunacaq.
Natiq eyni zamanda problemlərdən, nöqsanlardan da danışıb. Diqqətə çatdırıb ki, uşaq bağçalarının keyfiyyətli ərzaqla təminatına məsuliyyətlə yanaşılmalı şəhərin təmizliyi və abadlığı KMK-nın və şəhər İƏD üzrə nümayəndəliyin əsas fəaliyyət istiqaməti olmalı, göstərilən xidmətlər üçün nəzərdə tutulmuş vəsaitin yığımı tam təmin edilməlidir. Şəhər ərazisində küçə ticarətinin olmasına yol verilməməlidir.
RİH başçısı M.Sadıqovun təklifləri, tənqidi qeydləri icraçılar və iştirakçılar tərəfindən razılıqla qəbul olunub. Bununla əlaqədar müvafiq qərar qəbul edilib.
İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyin 2017-ci ildəki fəaliyyəti qənaətbəxş hesab olunub.
V. Salehov

Şərh Yaz