Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi

Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi18 yanvar 2018-ci il tarixdə İsmayıllı Rayon Suvarma Sistemləri İdarəsinin iclas zalında “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Şahin Hüseynov iştirak edib. O, çıxışında bildirib ki, 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq bu, təkcə faciə deyil. Ağrılı-acılı bu tarix Azərbaycanın istiqlalı yolunun uğurlu, rəşadət bayraqlı zirvəsi, xalqın azadlıq istəyinin oyanış günüdür. Bu qanlı yanvar şənbəsi uzun illər sovet imperiyasının əsarətində yaşayan, böyük dövlətçilik təcrübəsi olan məğrur bir xalqın azadlıq səsinin ucaldığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Suvarma Sistemləri İdarəsinin işçilərindən Qurban Nəbiyev, Elşad Mirzəyev və başqaları çıxış ediblər.
20 Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib və 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecəni əks etdirən film nümayiş etdirilib.
Bəhruz Xələfov

Şərh Yaz