Suisidlər

Suisidlər  Son zamanlar dünyanın əksər ölkələrində suisidə əl atanlara çox rast gəlinir. Özünə qəsd, ölümə cəhd hallarına suisid deyilir. Bildiyimiz kimi, ölüm insan həyatının sonu olub, ona nəzarət etməyəcəyi bir prosesdir. İntihar hallarında isə bunun tamamilə əksi baş verir. Belə ki, intihar edən şəxs öz həyatına son qoyur. Onu məqsədyönlü şəkildə həyata keçirir.
Araşdırmalar nəticəsində məlum olmuşdur ki, intihar edənlərin 98 faizi psixi cəhətdən sağlam olmayan insanlardır. Bu cür insanların özlərinin spesifik xüsusiyyətləri olur. Susisidlərin kökündə dərin bir depressiyanın olduğu şübhəsizdir. Məhz buna görə də suisidləri bəzən “depressiya vulkanının lavası” da adlandırırlar.
İntihar edən insanların bir sıra xüsusiyyətləri olur. Həmin xüsusiyyətləri alimlər belə qruplaşdırırlar:
1. Suisidal məqsədlər –“ bu o deməkdir ki, intihar edən şəxs özünü həyatdan məhrum etmək üçün yollar axtarır. İntihara hazırlıq işləri görür, müxtəlif zəhərli maddələr haqqında bilgi toplayır.
2. Suisidal cəhdlər. Burada intihar edən nisbətən az təhlükəli davranış formalarından istifadə edir.
3. Tamamlanmış suisid də insanın həyatdan məhrum olması ilə nəticələnir. Bir qayda olaraq suisid cəhdlərinin əksəriyyəti əvvəlcədən planlaşdırılır. Yəni intihar icra olunmazdan əvvəl yüksək suisidal əlamətlər özünü göstərir. Bu cür insanlar yalnız ölüm haqqında düşünürlər, özlərinin yas mərasimlərini göz önündə canlandırırlar. Yaşadığı mühitin mənfi təsirləri bu səbəblər sırasındadır. Belə ki, ətrafdakı insanlar tərəfindən dəyərləndirilməmək, insanlar tərəfindən başa düşülməmək, alçaldılmaq, mühitdə özünü tapa bilməmək və s. misal göstərmək olar.
Bunun üçün də insan ilk növbədə özünü sevməyi, dəyərləndirməyi və özünə motivasiya yaratmaq gücünə malik olmalıdır. Bəzi hallarda “suisidal şantaj” adlanan qəsdlərə də rast gəlinir. Adından göründüyü kimi, bu cür intiharlarda şantajdan istifadə olunur. Diqqəti cəlb etmək üçün ətrafdakı insanlar şantaj edilir. Yeniyetmələr arasında çox rast gəlinən intihardır. Əslində bu intihardan özlərini öldürmək üçün yox, hansısa istəklərini həyata keçirmək üçün istifadə edirlər. Belə bir statistika mövcuddur ki, İEÖ-də intihar hallarına daha çox rast gəlinir. Bəzi ölkələrdə yoxsulluq və iqtisadi problemlər üzündən intiharlar baş verir. İEÖ-də isə yaşayış səviyyəsinin yüksək olmasına baxmayaraq tənhalıqdan, mənəvi boşluqdan intihara əl atırlar.
Dahi insanlar arasında da intihar edənlərin sayı heç də az deyildir. Bunlara misal olaraq F.Dostoyevski, Mayakovski, Qoqol, Van Qoq, Heminquey və s. göstərə bilərik. Ən əsası cəmiyyəti bu bəladan qorumaq üçün insanlar arasında maariflənmə işləri aparılmalıdır. Suisidə meyilli insanlar dinlənilməli, onlara öz daxili inamlarını bərpa etmək üçün psixoloqların dəstəyi mütləqdir. Həmin insanlarına canlarına qıymaqla problemlərin aradan qalxa bilməyəcəyinin mümkünsüzlüyü izah olunmalıdır. Bundan başqa, suisidal davranışlı insanlara yardım göstərən qeyri-hökumət təşkilatları, cəmiyyətləri yaradılmalıdır.
Zarema Əliyeva

Şərh Yaz