10 yaşın mübarək!

10 yaşın mübarək!             “İsmayıllı xəbərləri” qəzetinin nəşrə başlamasının 10 illiyini düşünəndə dogrusu, bu qəzetin bünövrəsində zəhməti olanlardan biri kimi özümdə qürur hissi keçirirəm. Axı, indiyədək çox şəhərlərdə, çox qəzetlərdə çalışmışdım. Lakin bu qəzetin ilk nömrələrində çalışmagımla ona görə fəxr edirəm ki, bu, öz yurdumum, öz İsmayıllımın təbligatçısı, təşviqatçısı kimi meydana atılmışdı. Və sevinirdim ki, bu qəzet etibarlı əllərdə, Şahməmməd Dağlaroğlu kimi şeir-sənət vurgununun, poeziya xiridarının, el-oba təəssüfkeşinin, jurnalistlik bacarığına malik bir mütəxəssisin öhdəsində idi. Axı o, bu qəzetin təsisçisi və baş redaktoru olmaqla çox məsul, çox ağır və çox şərəfli bir vəzifəyə imza atmışdı.
10 il! Qəzet ömrü kimi götürdükdə bu çox qısa vaxtdır. Amma, bu illər ərzində “İsmayıllı xəbərləri”nin respublikanın jurnalistika aləmində qazandıgı nailiyyətlərə, yerinə yetirdiyi vacib məsələlərə – rayonun iqtisadiyyatı, kənd təsərrüfatı, elm, təhsil, sosial, mədəni-məişət və s. diqqət çəkən sahələrinin mətbuat səhifələrində müntəzəm işıqlandırılmasında, qaldırdığı məsələlərin vaxtında həll olunmasında bu az yaşlı mətbuat orqanının böyük xidmətləri vardır. Belə olmasaydı, o Respublika Mətbuat Şürasının üzvi, region qəzetlərinin avanqardı, saytı vasitəsi ilə bütün dünyada oxunan olmazdı. Belə olmasaydı, o öz sələfləri sayılan “Zəhmətkeş”i, “Cavanşir yurdu”nu, “Girdiman”ı qısa müddət ərzində bu qədər qabaqlamazdı.
“İsmayıllı xəbərləri”nin media orqanları arasında bu qədər meydan oxumasının bir səbəbi də rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi cənab Mirdaməd Sadıqovun bu qəzetin yaşamasına, onun müntəzəm nəşrinə ciddi nəzarət etməsi, hətta, deyərdim ki onun səhifələrində tez-tez çıxış etməsidir. Arzu edirəm ki digər şəhər və rayonların da icra başçıları öz mətbu orqanlarına elə bu cür doğmalıq göstərsinlər, bu cür maddi və mənəvi dayaq olsunlar.
Mədəni və mətbu həyatımızı yorulmadan davam etdirən “İsmayıllı xəbərləri”, zamanla kiçik, niyyətlə böyük olan bu yubileyin çox münarəkdir! Qoy ildən-ilə qazandığın müvəffəqiyyətlərin sayı daha da çox olsun, sorağın daha uzaq ölkələrdən gəlsin. 10 yaşın mübarək!!!
İldırım Dəmirli,
Xalqın nüfuzlu ziyalısı, diplomatı

Şərh Yaz