Tarixin yol yoldaşı

Tarixin yol yoldaşı                            “İsmayıllı xəbərləri”nin 10 illik yubileyi ərəfəsində istər-istəməz düşüncələrim məni elə 10 il öncəyə apardı. O zaman mən rayon qəzetində işləyirdim: adı, dəyişsə də yerişi, dili, görünüşü nə dövrə, nə günə, aya, ilə uyğun dəyişməyən, dəyişmək istəməyən, eynən ötən əsrin altmış-yetmişinci illərinin rayon qəzeti kimi 4 səhifəlik, qara-ağ rənglərdə çap olunan “Girdiman” qəzetində. Г‡oxsəhifəlik, rəngli qəzet həsrətində “Girdiman”la yol gedirdik. Belə günlərin birində Şahməmməd Dağlaroğlu ilə həmsöhbət olduq, müasir tələblərə uyğun bir qəzet çıxartmaq istədiyini bildirdi və ürəklə ürəkdən gələn bu təklifdə həmfikir olduq. Bir müddət sonra çoxsəhifəli, rəngli çap olunmuş “İsmayıllı xəbərləri” qəzetinin ilk nömrəsi işıq üzü gördü –“ düz 10 il bundan əvvəl. Qəzetlər də adamlar kimidi – doğması var, yadı var, doğmalaşanı var, yadlaşanı var.
“İsmayıllı xəbərləri” ərklə rayon qəzetinin yetirməsi adlandırdığımız baş redaktoru Şahməmməd Dağlaroğlunun timsalında elə əvvəldən doğma idi mənə, qəzeti ilə birgə daha da doğmalaşdı, yaxınlaşdı. Bu doğmalıq sayəsində ayrı bir işdə çalışsam da, 35 illik qəzetçilik həyatımı bu qəzetlə davam etdirirəm. Yazdıqlarımın “erroziyaya” uğramayacağına əminliklə istədiyim mövzuda bu qəzetdə çıxış edə bildiyim üçündür ki, gənclik illərimi, gənclik enerjimi verdiyim “Zəhmətkeş”dən, “Cavanşir yurdu”ndan, “Girdiman”dan mənə daha yaxın, daha doğmadır bu qəzet.
Bəli, mən bu qəzetin beşiyi başında durmasam da, səsim buradan çox rahat eşidilir. Yəni, bu doğmalıq, bu sevgi qarşılıqlıdı. Və bu sevginin mayası dostluqdan, yoldaşlıqdan çox qəzetçilik ənənlərinə səadqətdən, təəssübkeşlikdən yoğrulub. Xalqa xidmət edən, bir rayonun şanlı inkişaf tarixini tarixə qatan “İsmayıllı xəbərləri” ilə əməkdaşlıq etmək də, oxucusu olmaq da çox xoşdu.
10 illik yubileyin mübarək olsun, “İsmayıllı xəbərləri!”
Şahməmməd Dağlaroğlu başda və özüm də daxil olmaqla bu qəzetin araya-ərsəyə gəlməsində zəhməti olanları, hər nömrəsini səbirsizliklə gözləyənləri ürəkdən təbrik edirəm! Oxucun bol, yaşın da 100 olsun, “İsmayıllı xəbərləri!”
Lətifə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz