İsmayıllıların sevimli qəzeti

İsmayıllıların sevimli qəzeti                              Yarandığı gündən xalqın müstəqillik, azadlıq ideyalarının, rayonda gedən geniş quruculuq işlərinin, əldə olunan uğurların tərənnümçüsü, təbliğatçısı kimi cəmiyyətdə böyük nüfuz qazanan “İsmayıllı xəbərləri” qəzetinin 10 yaşı tamam oldu. Bu qəzet bölgədə, ölkədə, onlardan kənarda yaşayan ismayıllıların sevimli qəzetidir. Mətbuat orqanlarından söz düşəndə bu qəzet haqqında kifayət qədər xoş söz, ürəyəyatan fikirlər eşitmişəm. Fəaliyyəti dövründə qəzet geniş oxucu kütləsi tapıb. Bu sahəyə bələd olanlar “İsmayıllı xəbərləri” haqqında yalnız müsbət fikirlər söyləyirlər.
“İsmayıllı xəbərləri” qəzeti rayonun ictimai-siyasi həyatını müntəzəm və əhatəli şəkildə işıqlandırmaqla, ümummilli prosesdə fəal iştirakı ilə demokratik cəmiyyətdə öz rolunu və mövqeyini uğurla müəyyənləşdirmişdir. Qəzetdə yurnalistika peşəkarlığının artırılmasına daim səy göstərilmiş, qazanılan nüfuzun qorunub artırılması diqqətdə olmuşdur. Bu gün “İsmayıllı xəbərləri” bölgənin ən nüfuzlu qəzetlərindəndir. Qəzetlə müntəzəm əlaqəsi olan bir insan kimi ötən 10 ilin bu mətbu orqanı üçün uğurlu keçməsinə çox sevinirəm. Qəzetin işıq üzü görməsində redaksiya heyətinin üzvlərinə, bu işdə azacıq zəhməti olanları belə ilk 10 illik yubiley münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Qəzetin təsisçisi və baş redaktoru Şahməmməd Soltanova (Dağlaroğlu) ömrünün 10 ili hesabına bu qədər mükəmməl və sevilən bir qəzet formalaşdıra bildiyinə görə ən xoş arzularımı çatdırıram. Amalı xoş xəbərlərin carçısı olan “İsmayıllı xəbərləri”nə bol oxucu məhəbbəti arzulamaqla, bu kiçik yubileyin mübarək olsun deyirəm.
Hacıməmməd Məmmədov
“İsmayıllı xəbərləri” qəzetinin redaksiya heyətinin üzvü

Şərh Yaz