Yeni nömrələrini gözlədiyimiz qəzet

Yeni nömrələrini gözlədiyimiz qəzet                          Azərbaycan mətbuatı ağır, lakin şərəfli və keşməkeşli bir yol keçmişdir. Vətənpərvər və təəssübkeş qələm sahiblərinin tribunası, yol yoldaşı olmuş mətbuatımız yolunda rast gəldiyi əngəllərə, çətinliklərə mətanətlə sinə gərmiş, inkişaf etmiş, qol-dudaq atıb zənginləşmiş, xüsusən milli-ictimai şüurumuzun formalaşmasında əhəmiyyətli rol oynamışdır.
Г‡ox fərəhlə yad etdiyimiz “Əkinçi”dən başlamış mətbuat yolumuz uğurlu olmuş və bu gün təkcə paytaxt miqyasında deyil, bölgələrdə də öz qətiyyətli sözünü deməyi bacaranların istinadgahı olan mətbu orqanlarımız da az deyil.
Onlardan biri də doğuluşunda “Yeni İsmayıllı”, uşaqlığında “Zəhmətkeş”, gəncliyində “Cavanşir yurdu” və “Girdiman”, müdrik çağında “İsmayıllı xəbərləri” adlandırılan qəzetlərimizdir.
Bu gün fəxrlə “Bala Əkinçi” adlandırmağa haqqımız çatan və heç bilmədik nə vaxt istedadlı, intellektual, hamının sevimlisi, hər yaş dövrünü razı salan qəzetimiz 10 yaşına çatdı.
Yaşından, təhsilindən asılı olmayaraq hər kəsin ürək sözünü ifadə etməyi bu mətbu orqanı rəngarəng məlumatları operativ çatdıran bir vasitə olmaqla bərabər, mənəvi dünyagörüşümüzün genişlənməsinə, ruhumuzun cilalanmasına dəstək olan, hamının səbirsizliklə yeni nömrəsini gözlədiyi qəzetdir.
“Mətbuat azadlığı” deyəndə ilk dəfə bu qəzet gəlir gözümün önünə.
“İsmayıllı xəbərləri” hər kəsin, o cümlədən ziyalı həmkarlarımın tez-tez üz tutduğu, ürək sözlərini izhar etdiyi, fikirlərini, düşüncələrini bölüşdürdükləri, Azərbaycan dilinin zənginliklərindən faydalanaraq söz demək bacarığı potensialın toplaşdığı gözəl bir məbədgahdır.
Ruhumuzu yeni-yeni “qida”larla zənginləşdirən əziz qəzetimizin 10 yaşını təbrik edir, ona mənalı illər, ətrafında gələcəkdə də duyğulu, düşüncəli qonaq-qara arzulayıram.
Rəna Mirzəliyeva

Şərh Yaz