Salam, “İsmayıllı xəbərləri” – əziz dost!

Salam, “İsmayıllı xəbərləri” - əziz dost!                                Sevimli qəzetimiz,10 yaşını təbrik edirəm!
Uzaqda, həm də bir az müalicə və istirahətə başım qarşıq olduğu üçün redaksiyanın üzümüzə hər zaman açıq olan qapısından girib, şəxsən görüşüb təbrik etmək imkanım olmadığından, internet vasitəsilə xoş arzularımı sevimli qəzetimizə, onun çoxsaylı oxucularına yetirmək istəyirəm!
“Zəhmətkeş”in yarımçiq qalmış fəaliyyətini davam etdirmək və rayonumuzun yeni salnaməsini yaratmaq kimi şərəfli bir vəzifə sənin üzərinə düşüb. Bu vəzifəni ləyaqətlə və yüksək səviyyədə yerinə yetirə bildiyin üçün hamımız məmnunuq.
Nə yaxşı ki, “Zəhmətkeş”in veteranı, gözəl jurnalist, işıqli qəlbində xeyirxah duyğular çağlayan Lətifə xanım var və internet səhifəsindəki dəyərli çıxışı ilə qəzetimizin yubileyi barədə hamımımı xəbərdar etdi.
Bir daha təbriklər, əziz dost!
Məmməd Mirzə

Şərh Yaz