Kollec bayram tədbiri keçirib

Kollec bayram tədbiri keçirib                  2017-ci ilin uğurla sona yetdiyi ərəfədə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci “Qala” şadlıq sarayında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirib.
Bayram tədbirində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, RİH başçısının müavinləri, rayon ziyalılarının bir qrupu, Kollecin tələbə və müəllim heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru Kəmalə Süleymanlı açıb. O, il ərzində müəssisədə qazanılan uğurlardan danışıb. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə qonaqları və tədbir iştirakçılarını təbrik edib.
RİH-nin başçısı Mirdaməd Sadıqov çıxış edərək tələbəlik illərinin insan həyatında bənzərsiz bir parça olmasından danışıb, gəncləri əla oxumağa, ölkənin layiqli vatəndaşları olmaq üçün hərtərəfli inkişafa, xüsusilə əlmə və zəhmətə qəlbən yanaşmağa dəvət edib. Qarşıdakı ildə Kollecin daha böyük uğurlara imza atacağına ümidvarlıq ifadə edən başçı kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib.
Turizm və onun təşkili ixtisası üzrə kolleci bitirən əlaçı tələbəyə – Röyalə Alahverdiyevaya fərqlənmə diplomu təqdim olunub.
Kollec bayram tədbiri keçirib                  Fərqlənən müəllim və tələbələrə Fəxri fərman, eləcə də bayram hədiyyələri verilib.
Kollecin istedadlı tələbələri tərəfindən hazırlanmış müsiqili-əyləncəli proqram iştirakçılara xoş ovqat bəxş etməklə davam edib.
Bənovşə Bəşirova,
Kollecin tələbəsi

Şərh Yaz