Torpağa sevgi və ya nəzəri biliklər təcrübədə sınanır

Torpağa sevgi və ya nəzəri biliklər təcrübədə sınanır                      Bakı-Qəbələ şossesinin İsmayıllı rayonu ərazisindən keçən hisəsində yolətrafı yaşıllaşdırma işlərində fəallıq göstərən müəssisələrdən biri də İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecidir. Yaşıllaşdırma zolağının kollecə ayrılan hissəsində 200 ədəd meyvə və digər yerli ağac növləri əkilib.
Torpaqdan səmərəli istifadəyə üstünlük verildiyindən Kollecə aid bir hektar ərazidə şum çıxarılıb. Həmin sahənin 0,70 kektarında kartof, 0,30 hektarda isə sarımsaq əkilib. Sahəyə günəş enerjisindən qidalanan elektrik çəpəri çəkilib. 106 kvadratmetr sahədə isə istixana qurulub. İstixanada tərəvəz bitkiləri ilə yanaşı, müxtəlif gül və ağac şitilləri əkilib.
Kollecin aqrar ixtisasları qrupları üçün təcrübə işi kimi ayrılmış xüsusi sahəyə buğda, arpa, vələmir, çovdar, yonca və s. toxumlar səpilib. Kollec ərazisinə çəkilmiş hasar boyunca daxildən 400 ədəd gər tingi basdırılıb. Bu da gələcəkdə baramaçılığın inkişafı üçün yem bazası deməkdir.
Şumlandıqdan sonra elektrik çəpərlə təmin olunan bir hektar sahəyə həm də 400 ədəd fındıq kolu basdırılıb, 200 ədəd qoz ağacı əkilib. Bu işin icrası cənab Prezidentimizin regionların sosial-iqtisadi inkişafı, əhalinin ərzaqla davamlı təminatına dair dövlət proqramının həyata keçirilməsinə dəstək məqsədi daşıyır.
Bunlardan əlavə kollecin həyətində xeyli həmişəyaşıl ağac əkilib. Suptropik meyvə ağaclarının şitillənmə və çilinglənmə işləri aparılıb.
Kollecin dəhlizlərində, sinif otaqlarında 200-ə yaxın gül xüsusi şəraitdə yetişdirilib və dibçəklərə paylanılıb.
Bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, kollecdə torpaqla bağlı görülən işlərin hamısı burada təhsil alan tələbələrin nəzəri biliklərinin artırılmasına, fərdi təcrübələrinin formalaşmasının vəhdətinə xidmət edir.
Г‡ingiz Aslanov,
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin təsərrüfat müdiri

Şərh Yaz