Şəhidlər heç vaxt unudulmayacaq

Şəhidlər  heç vaxt unudulmayacaq                                     20 Yanvar! Qanlı Yanvar! O qanlı-qadalı, əsrlər keçsə belə unuduımayacaq gündən 28 il ötdü. Hər il xalqımız bu günü hüznlə qeyd edir. Yanvarın 19-dan 20-nə keçən gecə həlak olmuş şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edilir. Hamı bir nəfər kimi Şəhidlər xiyabanına, şəhidlərin məzarlarını ziyarət etməyə can atır. Canlarını müstəqilliyimiz üçün qurban verənlərin məzarları üzərinə gül-çiçək dəstələri qoyurlar.
Yanvar ayının 19-da Talış kənd ümumi orta məktəbinin ibtidai sinif şagirdləri müəllimləri ilə bərabər İsmayıllı şəhidlərinin uyuduğu xiyabana gələrək şəhid məzarlarını ziyarət ediblər. Burada məktəbli vətənpərvərlərə 20 Yanvar faciəsi, eləcə də vətənimizin Qarabağ bölgəsində baş verən hadisələr barədə ətraflı məlumat verilib.
Şagirdlər şəhid məzarları üzərinə gül düzdükdən sonar, “Xatirə lövhəsi” önündə vətənpərvərlik ruhlu şeirlər söyləyiblər. Onlar gördüklərini, eşitdiklərini –“ şəhidləri heç vaxt unutmayacaqlarını bildiriblər. Şagirdlərə ziyarətləri haqqında inşa yazı yazmaq tapşırığı verilib. Sonda şagirdlər xatirə şəkli çəkdiriblər.
Xalidə Əliyeva,
Talış kənd ümumi orta məktəbinin Uşaq birliyi təşkilatının rəhbəri

Şərh Yaz