Qar, yoxsa kəfən?

Qar, yoxsa kəfən?                              Sakitlik çökmüşdü. Küçədən maşın səsi gəlmirdi. Hər kəs ev-eşiyinə çəkilmişdi. 1990-cı ilin yanvar ayının 19–“u idi. Bir neçə saatdan sonra yanvarın 20-si olacaqdı. Amma həmin il o günə qədər bircə dəfə də olsun qar yağmamışdı. Hava haqqında məlumatda qar yağacağı ehtimalı söylənilirdi, amma yağmırdı. Deyilnlərdən bu da havanın daha şərt keçməsinə səbəb ola bilərdi. Birdən top atəşi eşidildi. Yatmış şəhər diksindi. Həmin anda nə baş verdiyini başa düşən yox idi. Axı bu nə partlayış idi belə?
Elvingilin evinin işığı yandı. Atası pəncərədən çölə boylandı. Adamlar çölə çıxıb nə baş verdiyini anlamağa çalışırdılar. Anası televizoru açdı. Amma hec bir kanal işləmirdi. Deyəsən, televizor stansiylarınında problem var idi. Kişi küçəyə çıxmaq istəyəndə həyat yoldaşı qarşısını aldı və: “Getmə, başına bir iş gələr! Bizim sənə ehtiyacımız var” – dedi. Kişi dayandı və yenidən pəncərə onünə gəlib narahatlıq içində baxmağa davam etdi.Qar, yoxsa kəfən?                              Sakitlik çökmüşdü. Küçədən maşın səsi gəlmirdi. Hər kəs ev-eşiyinə çəkilmişdi. 1990-cı ilin yanvar ayının 19–“u idi. Bir neçə saatdan sonra yanvarın 20-si olacaqdı. Amma həmin il o günə qədər bircə dəfə də olsun qar yağmamışdı. Hava haqqında məlumatda qar yağacağı ehtimalı söylənilirdi, amma yağmırdı. Deyilnlərdən bu da havanın daha şərt keçməsinə səbəb ola bilərdi. Birdən top atəşi eşidildi. Yatmış şəhər diksindi. Həmin anda nə baş verdiyini başa düşən yox idi. Axı bu nə partlayış idi belə?
Elvingilin evinin işığı yandı. Atası pəncərədən çölə boylandı. Adamlar çölə çıxıb nə baş verdiyini anlamağa çalışırdılar. Anası televizoru açdı. Amma hec bir kanal işləmirdi. Deyəsən, televizor stansiylarınında problem var idi. Kişi küçəyə çıxmaq istəyəndə həyat yoldaşı qarşısını aldı və: “Getmə, başına bir iş gələr! Bizim sənə ehtiyacımız var” – dedi. Kişi dayandı və yenidən pəncərə onünə gəlib narahatlıq içində baxmağa davam etdi. Camaat çaşqınlıq içərisində qalmışdı. Növbəyi top atəşi eşidildi. Bu, adamı daha da vahimələndirirdi. Top atəşinin dalğasından evdəki qab-qacaq silkələnirdi. Böyük bir qaraltı evə yaxınlaşmaqda idi. Bu, tank idi. Üstündə SSRİ gerbi vardı. Tankdakılar da yəqin ki, ruslar idi. Tank bir evi nişan aldı və yenə həmin vahiməli səs, amma, indi bu səsə camaatın qışqırıq, çığırtısı səsləri də qoşuldu.
Axı bunlar nə edirdilər?! Canilər! Onlar insanlara hücüm edir, onları qətlə yetirir, evlərə od vururdular. Axı onların məqsədi nə idi?! Əhali onlara qarşı çıxmağa çalışsa da, onları heç nə dayandıra bilmirdi. Axı əhalinin heç bir silah-sursatı da yox idi.
Elvin bunları gördükcə qorxu hssi artırdı. O, nə edəcəyini bilmirdi. Azyaşlı Elvin qaçıb atasını qucaqladı. Atası onu sakitləşdirib üz-gözündən öpdü və bir göz qırpımında küçəyə qaçdı. Evdən nə qədər çağırsalar da, geri qayıtmadı. Avtomatdan açılan atəşlərin səsi ara vermirdi. Elvin tez pəncərəyə tərəf qaçdı, ordan küçəyə boylandı. Sanki atasının hara, hansı tərəfə getmək istədiyini izləyəcəkdi. Amma.. Atası binanın giriş qapısında, qan içində yerə sərilmişdi. Elvin gördüklərinə inana bilmədi. Onun hələ doqquz yaşı vardı. Bu hadisədən çox təsirləndi. Qisas almaq istəyi ilə mətbəxdən iri bir bıçaq götürüb, atasının yıxıldığı yerə doğru qaçdı. Anası onu dayandırmağa çalışsa da, qarşısını ala bilmədi. Ana dözməyib oğlunun ardınca çölə qaçdı.
Elvin atasının öldüyünü görüb, yaxınlıqdakı rus əsgərinin üstünə cumdu. Əlindəki bıçaqla onun vurmaq istədi. Lakin Elvinin rus əsgərinə yaxınlaşmasına azca qalmış onu gülləbaran etdilər. Anası gördüklərinə dözə bilməyib yalın əlləri, qəzəbi, sonsuz nifrəti ilə özünü qatillərin üstünə atdı.
Açılan güllələrdən biri alnına, biri ürəyinə dəymişdi ananın–¦
Artıq ruslar bir ailəni tamamilə məhv etmişdilər. Həmin gecə qar yağdı. ”Yağan qar idi, yoxsa kəfən?” – deyib müəllim kitabı bağladı. Üzünü uşaqlara tutub müraciət etdi: “Siz deyin, uşaqlar, yağan qar idi, yoxsa kəfən?” Uşaqlar bir səslə: “kəfən” – deyə cavab verdilər.
Hər il 20 Yanvar günü hava əvvəlki günlərə nisbətən sərt, tutqun keçir. Əgər o gün müstəqilliyimiz üçün şəhid olan mübarizlərimiz olmasaydı, bugünkü azadlığı sakit həyatı yaşaya bilməzdik. Biz müstəqilliyimiz üçün bu yolda canından keçənlərə ölənədək borcluyuq və heç vaxt bu borcu onların özlərinə qaytara bilməyəcəyik. Amma onların ruhunun şad olması üçün Vətənimizi sevməli və elmin, mədəniyyətin zirvəsində olmaq üçün əlimizdən gələni etməliyik.
Pərvin İslamlı,
İsrayıl Həsənov adına 1 nömrəli tam orta məktəbinin şagirdi

Şərh Yaz