Şanlı zəfərimizdir

Şanlı zəfərimizdir                                    Nə tez böyüdün dərdim,
28 yaşın var!
Hələ düşmənlər ilə
Vətən, yurd savaşım var.
Г‡arəsiz deyiləm ki,
Daha əli silahsız,
Üstümə hücum çəkib
Tanklar altda qoyasız.
28 il ötdü o qanlı günlərimdən,
Arzularım tökülməz,
Ümidli əllərimdən.

Azərbaycan dünyanın
Zəridir, daş-qaşıdır.
Başlasa savaşımız
Bu Vətən savaşıdır.
İgidlik məqamından,
Keçib haqqa çatmışıq.
20 Yanvar günün
Qəhrəmanlıq tarixi,
Zəfər yürüşü kimi
Yaddaşlara yazmışıq.

Kor ol, ey yağı düşmən,
Nə murdar xislətin var.
Götür bu idbarlığı,
Özünlə birgə apar.
Sən torpaq xülyasından,
Sərsəmlik havasından,
Barı öz iflasından,
Xilas ol, qurtar, əl çək!

Müstəqil dövlətim var,
Г‡içəklənən Vətənim
İnkişaf, tərəqqidə.
Sən nə gündəsən yazıq?
İnkişafdan geridə,
Tərəqqidən,uzaqda.
Üçrəngli bayrağım var,
Başım üstə dalğalı.
Ağıllı rəhbərim var,
Dili, ağzı dualı.

Addımlayır inamla,
Qəlbi məhəbbət dolu.
Ulu Heydər yoludur,
Prezidentimin yolu.
20 Yanvar günü,
Açılan sabahımız,
Şanlı zəfərimizidir.
Qəhrəmanlıq tarixi,
Nurlu səhərimizidir!
Murad Məhərrəmov

Şərh Yaz