Zirvədən baxmağı öyrədənlər…

Zirvədən baxmağı öyrədənlər...                           Dünya mövcud olandan bu günə kimi milyardlarla insan doğulub və dünyadan köçüb. Yaddaşlarda qalanlar isə sadəcə seçilənlər olub. Seçilən fəxrimizdən danışacağam. O şəxsiyyət ki, yüz minlərlə insanın içindən seçildi, həm yaddaşımıza, həm də ürəyimizə həkk olundu. Qəlblərdən silinməyən şəxsiyyətdir, o. Qəlblərdən silinməyən günün mübarək, müəllim.
İnsanı ən çox nə kədərləndirə bilər. Heç bu haqda düşünmüsünüz? Bilirəm, kədərlənmisiniz, amma, hec düsünməmisiniz bu haqda. İnsan dəyərlərini və dəyərlilərini itirəndə kədərlənər ən çox. Dəyərlərimiz və dəyərlilərimiz var. Nədir dəyərlərimiz? Kimdir dəyərlilərimiz? Dəyərlərimiz: himnimiz, gerbimiz, bayrağımız və daha nələrdir. Dəyərlilərimiz isə böyüklərimiz və ən əsası bizə yol göstərənlərdir. Yol göstərən deyəndə, şəhidlərimizi deyərdim. Şəhidlik zirvəsi iki cürdür: Vətən uğrunda döyüşüb zirvəyə qalxanlar və vətənini sevib onun ən çətin günündə ən yaxın silahdasa çevrilib hər kəsi arxasınca aparanlar.
Biz gənclər, bilirsiniz kimləri unutmadıq? Bizə zirvəyə uzaqdan baxmağı öyrədənləri yox, zirvədən baxmağı öyrədənləri. Rasim Sərifov – deyib susmaq da olardı, amma susa bilmədik. Təbii ki, həyat və yaradıcılığından danışsaq, yüz minlərlə vərəq lazım olar. Hər kəs kifayət qədər danışdi bu haqda: Yaşıdları, dostları, yaxınları. Növbə biz gənclərdədir. Yadıma keçmis günlərdən biri düsdü. Hələ uşaq idim: məclislərin birində böyüklərin yanında oturmuşdum, özümü böyük hiss etmək ücün. Birdən Rasim müəllim məclisə daxil oldu. Hamı ayağa qalxdı, pencəklilər yaxalarını düymələdilər, özlərini qaydaya saldılar və onu necə hörmətlə qarşıladılar. Bu qədər hörmətin səbəbi nədir- deyə düşündüm. Səbəb isə çox sadə idi. Əqidəsində möhkəm, cəsur, mərd olan insanlari hər kəs sevir.
Hərəkətləri, əqidəsi, mərdliyi, dürüstlüyü ilə bizi tərbiyələndirən şəxsiyyət idi Rasim Şərifov. Uzaqdan bu şəxsiyyəti görəndə necə qürurlandığımı heç kim təsəvvür edə bilməz. Ondan söhbət düşəndə urək dolusu, fəxrlə: “O, bizim kənddəndir” –“ deeyib qürurlanardım. O, bir dəyər idi. Qarsıda gedərək bizə cığır açdi. Bizə o cığırda rahat yeriməyimiz üçün şərait yaratdi. Bizə mərdlik, dürüstlük dərsi keçdi.
Biz bina inşa edəndə ilk əvvəl onun bünövrəsini möhkəm edərik ki, yıxılmasın. Bizim bünövrəmiz Rasim müəllim oldu. Bu bünövrə çox möhkəmdir ki, əmin ola bilərsiniz, onun ciyinlərində saxlayan gənclik də o qədər möhkəmdir.
La Edri deyirdi: Kim böyük fikirlər üçün yaşayırsa, özünü unutmalıdır. Sanki Rasim müəllim haqqında deyilmişdir bir cümlə. O, özünü unutdu, bizə görə unutdu, bizim gələcəyimiz gözəl olsun deyə unutdu. Layiq olaq dəyərlimizə – Rasim Sərifova layiq gənclik olaq.
Bir gün bütün gəncliyi qəlbində daşıyan insanı əzizləri öz çiynində sevgiylə son mənzilə yola saldi. Yerin cənnət olacağına tam əminik. Cənnətin mubarək, müəllim. Allah sənə rəhmət eləsin. Biz səni qorumağı bacarmasaq da, sənin kimi mərd, əqidəli və dürüst olmağı bacaracağıq. Müqəddəs ruhunun qarşısında ehtiramla baş əyərək, buna qürurumuz və bütün qəlbimizlə söz veririk–¦
Xəzri Muradov

Şərh Yaz