2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları

2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrlə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı M.M.Sadıqovun MƏRUZƏSİ

2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları 2017-ci ildə inkişafa qoşulmaq, rayonun iqtisadiyyatını, sənaye və kənd təsərrüfatı potensialını gücləndirmək, tikinti-abadlıq, quruculuq işlərini davam etdirmək, yeni layihələrin icrasını təmin etmək, işsizliyi minumuma endirmək, yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunun təmin edilməsində təşəbbüsləri reallaşdırmaq əsas vəzifələrimiz olmaqla, fəaliyyətimizi möhtərəm Prezident cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarının, Fərman və Sərəncamlarının icrasına yönəltmiş, müsbət nəticələr əldə etmişik.
Son illərdə olduğu kimi, 2017-ci ildə də ilin ilk rübündən başlayaraq dövlət vəsaiti hesabına, eləcə də sahibkarların müraciəti əsasında rayon ərazisində aparılacaq əsaslı tikinti, abadlıq-quruculuq işlərinin həcmi sistemləşdirilmiş, görüləcək işlərin ardıcıllığı müəyyənləşdirilmiş, həyata keçiriləcək abadlıq və quruculuq işləri ilə bağlı planlar, eləcə də asfalt örtük vurulacaq küçələrin sxemi hazırlanmışdır. Ötən il rayonun Yenikənd və Tağlabiyan kəndlərində modul tipli məktəb binalarının tikintisi başa çatdırılmış, bazar yaxınlığındakı “Saat meydanı”nın ətrafında şəhərin Baş planına uyğun olaraq abadlıq işləri davam etdirilmişdir.2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrlə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı M.M.Sadıqovun MƏRUZƏSİ

2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları 2017-ci ildə inkişafa qoşulmaq, rayonun iqtisadiyyatını, sənaye və kənd təsərrüfatı potensialını gücləndirmək, tikinti-abadlıq, quruculuq işlərini davam etdirmək, yeni layihələrin icrasını təmin etmək, işsizliyi minumuma endirmək, yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunun təmin edilməsində təşəbbüsləri reallaşdırmaq əsas vəzifələrimiz olmaqla, fəaliyyətimizi möhtərəm Prezident cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarının, Fərman və Sərəncamlarının icrasına yönəltmiş, müsbət nəticələr əldə etmişik.
Son illərdə olduğu kimi, 2017-ci ildə də ilin ilk rübündən başlayaraq dövlət vəsaiti hesabına, eləcə də sahibkarların müraciəti əsasında rayon ərazisində aparılacaq əsaslı tikinti, abadlıq-quruculuq işlərinin həcmi sistemləşdirilmiş, görüləcək işlərin ardıcıllığı müəyyənləşdirilmiş, həyata keçiriləcək abadlıq və quruculuq işləri ilə bağlı planlar, eləcə də asfalt örtük vurulacaq küçələrin sxemi hazırlanmışdır. Ötən il rayonun Yenikənd və Tağlabiyan kəndlərində modul tipli məktəb binalarının tikintisi başa çatdırılmış, bazar yaxınlığındakı “Saat meydanı”nın ətrafında şəhərin Baş planına uyğun olaraq abadlıq işləri davam etdirilmişdir. Əbülhəsən Ələkbərzadə küçəsində insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə piyada səkilərinin və yolun əks tərəfində velosiped yolunun tikintisinin bir hissəsi başa çatdırılmışdır. Ümumilikdə 2400 p/m səki tikilmiş, M.F.Axundov və Nizami Gəncəvi küçələri işıqlandırılmışdır. Qeyd edim ki, sözügedən ərazidə abadlıq işlərinin davam etdirilməsinə ehtiyac vardır. Bu istiqamətdə görüləcək işlər bu ilin tədbirlər planında nəzərə alınmışdır. İsmayıllı şəhərinin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsinin ətrafında abadlıq işləri aparılmış, 2200 kvadratmetr sahəyə döşəmə daşları düzülmüş, ətrafında qazon və gül kolları əkilmişdir.
Möhtərəm Prezidentimizin 11 avqust 2016-cı il tarixli, 2269 saylı sərəncamı ilə ayrılmış 3 milyon manat vəsait hesabına 2017-ci ildə İsmayıllı şəhərində 31 ictimai yaşayış binasında təmir işləri aparılmışdır.
Əhalinin işsizliyinin azaldılması məqsədi ilə İsmayıllı şəhərinin S.Ə.Şirvani küçəsində170 nəfər toxucu işləyə biləcək xalça müəssisəsinin tikintisi başa çatdırılmışdır.
Kürdmaşı kəndində yaradılacaq aqroparkın birinci mərhələsi çərçivəsində tikintisi 2017-ci ildə başa çatdırılmış, ümumi tutumu 2200 ton olan meyvə-tərəvəz saxlanılması üçün soyuducu anbar binası tikilərək istismara verilmişdir. Aqropakın digər sahələrinin yaradılması istiqamətində işlər davam etdirilir.
Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə 2-ci layihə çərçivəsində layihənin təmizləyici qurğusu istismara verilmişdir.
“Bədo” əlillərin reabilitasiya və bərpa istirahət-sanatoriya mərkəzinin tikintisi aparılır.
Şəhərin H.Əliyev prospektində 5 mərtəbəli, 3 ulduzlu yeni otel binasının tikintisi davam etdirilir.
Heydər Əliyev prospektində təmir işləri, Manaf Süleymanov, Mübariz İbrahimov, Vahab Osmanov, Mikayıl Müşfiq, Salatın Əsgərova küçələrində asfaltlanma işləri aparılmışdır.
2017-ci ildə rayon ərazisində 109 yaşayış evinin inşasına razılıq verilmiş, 88 yaşayış evində aparılan yenidənqurma işləri sənədləşdirilmiş, 8 obyektin istismarına icazə sənədi verilmişdir.
2017-ci ildə rayonda ümumi məhsul buraxılışı faktiki qiymətlərlə 239 milyon 264 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 63 milyon 946 min manat çoxdur. Kənd təsərrüfatında 15,5 faiz, sənayedə 49 faiz, tikinti-quraşdırma işlərində 2,1 dəfə, nəqliyyatda 3,5 faiz, informasiya və rabitədə 10 faiz, ticarətdə 20,6 faiz artım əldə olunmuşdur.
Əsas kapitala investisiya qoyuluşu 85 milyon 960 min manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 2,3 dəfə çoxdur. 23 milyon 897 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir.
Hesabat ilində əhaliyə göstərilən pərakəndə əmtəə dövriyyəsi 16,2 faiz yüksələrək 186 milyon 91 min manata çatmış, keçən ilin eyni dövrünə nisbətən 25 milyon 999 min manat artmışdır. Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki illə müqayisədə 2 milyon 860 min manat artaraq, 26 milyon 800 min manat təşkil etmişdir.
Rayon büdcəsinin gəlirlər hissəsi 6 milyon 748 min manata qarşı 6 milyon 763 min manat icra olunmuşdur.
2017-ci ildə Dövlət Sosial Müdafiə Fondu İsmayıllı Rayon Şöbəsi tərəfindən əmək pensiyalarının ödənilməsinə 28 milyon 521 min manat və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə 722,5 min manat vəsait xərclənmişdir ki, bundan 18 milyon 997 min manat Respublika Fondundan köçürülmüşdür.
2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları
2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları
2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları
2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları
2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları
2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları
2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları
2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları
2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları
2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları
2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları Məcburi dövlət sosial-sığorta haqlarının toplanması üzrə 10 milyon 917 min manat proqnoz tapşırığa qarşı 10 milyon 959 min manat və ya 100,4 faiz icra edilmişdir.
İl ərzində aztəminatlı ailələrə 884,5 min manat ünvanlı sosial yardım verilmiş, hər ailəyə düşən orta aylıq məbləğ 142 manat 43 qəpik, adambaşına düşən aylıq məbləğ isə 31 manat 33 qəpik olmuşdur.
Rayonda 2017-ci ildə 1071 daimi yeni iş yeri açılmışdır. Bunlardan 34-ü yeni yaradılmış müəssisə və təşkilatlarda, 349-u mövcud müəssisə və təşkilatlarda, 688-i isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin yanındadır. Qeyd etmək lazımdır ki, il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 20 layihə üzrə 1 milyon 625 min manat məbləğində güzəştli şərtlərlə kredit verilmiş, 131 yeni iş yeri açılmışdır.
Rayon Məşğulluq Mərkəzində 325 idarə, müəssisə, təşkilat və sahibkar qeydiyyatdadır ki, bunların da hazırda 257-si fəaliyyət göstərir.
İl ərzində 1460 nəfər vətəndaş Rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və onlardan1368 nəfəri işaxtaran kimi rəsmi qeydiyyata alınmışdır. Aktiv məşğulluq tədbirlərinin davam etdirilməsinin nəticəsində 2017-ci il ərzində 548 nəfər işlə təmin edilmişdir. İşlə təmin olunanların 203 nəfəri gənc, 94 nəfəri qadın, 9 nəfəri isə qaçqın və məcburi köçkün olmuşdur. Hesabat dövründə 33 nəfərə işsiz statusu verilmiş və onlara işsizlik müavinəti təyin edilmişdir.
2017-ci ildə işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə rayon üzrə ayrılmış 401 iş yerinə Məşğulluq Mərkəzi tərəfindən göndəriş verilmiş və işlə təmin olunmuşlar.
23 may 2017-ci il tarixdə rayonda “Əmək yarmarkası” keçirilmiş, 52 idarə, müəssisə və təşkilat tərəfindən 238 boş iş yeri təqdim olunmuş, boş iş yerlərinə 104 nəfər qeyri-məşğul vətəndaşa göndəriş verilmişdir.
İsmayıllı Elektrik Şəbəkəsi 23434 abonentə xidmət göstərir. Onların da 21460-ı əhali, 1974-ü qeyri-əhali abonentləridir. 2017-ci ildə İsmayıllı Elektrik Şəbəkəsinə 64 milyon 330 min kilovat-saat enerji daxil olmuş, istehlakçılara 56 milyon 672 min kilovat-saat faydalı enerji ötürülmüşdür. İllik yığım 87 faiz yerinə yetirilmişdir. Ümumilikdə 2017-ci il ərzində rayon üzrə 351 ədəd 10 kv-luq, 389 ədəd kabel üçün dayaq basdırılmış, 11,5 km. kabel xətti çəkilmiş və 1260 abonentin sayğacı küçə şəraitinə çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Digər 10 və 0.4 kv-luq hava xətlərində və yarımstansiyalarda əsaslı və cari təmir işləri aparılmış, xətlərin mühafizə zonaları ağac kütləsindən təmizlənmişdir.
“İsmayıllı-1” və “İsmayıllı-2” su elektrik stansiyaları il ərzində 3 milyon 664 min kilovat-saat elektrik enerjisi istehsal edərək şəbəkəyə ötürmüşdür.
Görülmüş işlərlə yanaşı qeyd olunmalıdır ki, elektrik təsərrüfatı nasaz vəziyyətdə olan yaşayış məntəqələri də vardır. Bir sıra yaşayış məntəqəsinin elektrik təsərrüfatı ötən əsrin 60-70-ci illərində çəkilmişdir. Odur ki, elektrik təsərrüfatının yenidən qurulması işlərinin sürətləndirilməsi vacib məsələ kimi qarşıda durur.
Rayonun 108 yaşayış məntəqəsindən, rayon mərkəzi də daxil olmaqla 38-i qazlaşdırılmışdır. İsmayıllı Qaz Xidmət Sahəsi 15 min 954 abonentə xidmət göstərir ki, bunun da 15 min 778-i əhali, 176-sı qeyri-əhali abonentləridir. Hesabat dövründə abonentlərə 27,6 milyon kubmetr qaz yanacağı verilmiş, satılan qazın dəyəri 113,5 faiz ödənilmişdir.
2017-ci ildə 259 ədəd məişət qaz sayğacı yenisi ilə əvəz olunmuş, 359 ədəd sayğac küçə şəraitinə çıxarılmış, layihə-smeta sənədləri əsasında 362 ədəd yeni sayğac quraşdırılmışdır..İl ərzində aşkar olunmuş 5819 sayda qaz sızması aradan qaldırılmışdır.
Görülmüş işlərlə yanaşı onu da qeyd etmək lazımdır ki, rayonda qazlaşdırılmamış iri yaşayış məntəqələri hələ də çoxdur.
İsmayıllı Su-Kanal İdarəsi 6512 əhali, 222 büdcə və kommersiya obyektinə xidmət göstərir. İsmayıllı şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin infrastrukturunun bərpası və tikintisinin başa çatdırılması nəticəsində hazırda şəhərdə əhali fasiləsiz olaraq içməli su ilə təmin olunur.
Г‡oxmənzilli yaşayış binalarının yeni kanalizasiya xəttinə qoşulması başa çatmaq üzrədir. Fərdi yaşayış evlərində yaşayan abonentlər də xəttə qoşulmağa başlamışlar. Ümumilikdə 1454 abonent çirkab sularını yeni kanalizasiya xəttinə axıdır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Xəlilli, Eyyubbəyli, Gideyli, Г‡ayqovuşan, Г‡ərmədil və Quşencə kəndlərinin içməli su təminatı tədbirlərinə başlanmışdır.
İsmayıllı şəhərində 2 ədəd, Diyallı və Hacıhətəmli kəndlərinin hər birində bir ədəd subartezian quyusu qazılmışdır.
Bütün bunlarla yanaşı bir çox yaşayış məntəqələrinin, iri kəndlərin su problemi öz həllini gözləməkdədir. Müxtəlif mənbələrdən daxilolmalar, bələdiyyə vəsaitləri, dövlət ayırmaları, qeyri-hökumət təşkilatlarının vəsaitləri hesabına rayonun bütün yaşayış məntəqələrinin su təchizatı yaxın illərdə öz tam həllini tapacaqdır.
Rayonda əhaliyə göstərilən nəqliyyat xidmətinin keyfiyyəti getdikcə yaxşılaşır. Nəqliyyat sektorunun fəaliyyətini günün tələbləri səviyyəsində qurmaq, şəhərdaxili marşrutlarda sərnişin daşınmasını yaxşılaşdırmaq üçün tədbirlər görülür. Avtobusların hərəkəti şəhərin əsas sahələrini əhatə edir. Şəhərdaxili marşrutlarda müasir dayanacaqlar quraşdırılmışdır. Sərnişin avtobuslarının işində yaranmış müsbət dəyişiklikləri əhali razılıqla qarşılayır.
Kommunal Müəssisələri Kombinatı şəhər ərazisində 329 min kv. metr sahəsi olan küçə və meydanlara, 26 hektar yaşıllıq sahəsinə qulluq edir, küçələrin işıqlandırılmasına nəzarəti həyata keçirir. 2017-ci ildə yerinə yetirilmiş kommunal xidmətlərinin həcmi 777,5 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,8 min manat çoxdur.
İl ərzində 20,6 min kubmetr bərk məişət tullantıları poliqona daşınaraq zərərsizləşdirilmişdir.
Mənzil İstismar Sahəsi 45 çoxmərtəbəli və 87 birmərtəbəli yaşayış binasında yerləşən 977 mənzildə yaşayan əhaliyə mənzil-kommunal xidmətləri göstərir. Xidmətdə olan mənzillərin 733-ü tam özəlləşdirilmiş, 244 mənzil isə qeyri-özəldir.
Coxmənzilli binaların əsaslı təmiri üçün ayrılmış 3 milyon manat vəsait hesabına Nizami Gəncəvi küçəsində üç 16 mənzilli, Natəvan küçəsində iki 16 mənzilli, Ə.Mahmudov küçəsində dörd 16 mənzilli, M.F.Axundov küçəsində üç 16 mənzilli, Cavanşir küçəsində üç 16 mənzilli, Heydər Əliyev prospektində bir 40, bir 48 , bir 12 və iki 16 mənzilli çoxmənzilli yaşayış evlərinin girişləri, pilləkən qəfəsləri, dam örtükləri və fasadları əsaslı və cari təmir edilmişdir.
İctimai işlərə cəlb edilmiş işçilər və onlara ayrılmış dövlət vəsaiti hesabına Heydər Əliyev prospektində bir 32 mənzilli və bir 12 mənzilli, H. Zərdabi küçəsində üç 16 və bir 12 mənzilli, M.Orucov küçəsində iki 16 mənzilli, V.Osmanov küçəsində bir 48 mənzilli yaşayış evlərinin girişində, fasad hissələrində və dam örtüklərində təmir işləri aparılmışdır.
Mənzil fondunun əsaslı və cari təmiri üçün ayrılmış vəsait hesabına M.F.Axundov küçəsi 21 ünvanda yerləşən yaşayış binasının dam örtüyü cari və giriş hissəsi əsaslı, V.Osmanov küçəsi 1 və İ.Həsənov küçəsi 5 ünvanında yerləşən yaşayış evinin dam örtüyü əsaslı təmir edilmişdir.
Beləliklə il ərzində 31 yaşayış evi təmir edilərək sakinlərin istifadəsinə verilmişdir.
Ümumilikdə 235 mənzildən ibarət 7 yaşayış binasında istilik sistemi quraşdırılmışdır. Əvvəlki illərdə tikilmiş qazanxanalar normal fəaliyyət göstərir. Həmin binalarda əhalinin istilik enerjisi ilə təchizatında problem yoxdur.
Bütün bunlarla yanaşı çoxmənzilli binaların qızdırılması üçün yeni qazanxanaların tikilməsi vacib bir məsələ kimi qarşıda durur.
İsmayıllı Telekommunikasiya Qovşağı il ərzində 478 mənzilə yeni telefon xətti çəkmiş, 91 abunəçinin isə telefon xətti yenidən bərpa olunmuşdur. Qovşaq üzrə 3123 ədəd boş tutum mövcuddur. Şəhər ərazisində 1101, kəndlərdə isə 2022 abunəçiyə telefon xətti çəkmək imkanları mövcuddur.
İl ərzində şəhər və kəndlərdə yerləşən elektron ATS-lərə 684 portluq internet avadanlıqları quraşdırılaraq internet portlarının sayı artırılmışdır. Gəndov kəndindəki 32 nömrəlik mini EATS-ə 100 metr fibro-optik kabel xətti çəkilərək 48 portluq internet avadanlığı quraşdırılmışdır. Telekommunikasiya qovşağının xidmət etdiyi ərazidə hazırda 5153 abunəçi genişzolaqlı internet xidmətindən istifadə edir ki, bunun da 3595-i “Aztelekom”a, 1558-i özəl provayderlərə məxsusdur.
Hesabat dövründə 1 milyon 58 min manat gəlir əldə edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 91,6 min manat çoxdur.
Bütün bunlarla yanaşı Qovşağın fəaliyyətində çətinliklər də mövcuddur. Dağ kəndlərin də keyfiyyətli rabitə sisteminin qurulmasında problemlər yaşanır.
İsmayıllı Poçt filialı bir müştəri xidməti, bir şəhər və 25 kənd poçt şöbəsi vasitəsi ilə əhaliyə və təşkilatlara poçt, bank-maliyyə xidmətləri göstərir. İllik tarif gəlir proqnozu 244 min manata qarşı 269,8 min manat və ya 110 faiz yerinə yetirilmişdir. Bu da əvvəlki illə müqayisədə 13,3 min manat çoxdur. Əhaliyə 184,5 min manat poçt xidməti və 81,8 min manat bank – maliyyə xidmətləri göstərilmişdir. Əhaliyə göstərilən xidmətlərin səviyyəsini yaxşılaşdırmaq üçün zəruri tədbirlər görülmüşdür.
Rayon iqtisadiyyatının əsasını aqrar sahə təşkil etməklə bu sahə iki mühüm istiqamətdə – bitkiçilik və heyvandarlıq sahələri üzrə inkişaf etdirilir. 2017-ci ilin məhsulu üçün ötən ilin payızında 29386 hektar sahədə payızlıq dənlilər, 2017-ci ilin yazında isə 4347 hektar sahədə yazlıq bitkilər olmaqla 33733 hektar sahədə əkin aparılmışdır. Bu da əvvəlki illə müqayisədə 420 hektar çoxdur.
Taxılçı fermerlərimiz tərəfindən 29954 ha sahədən 106643 ton məhsul əldə edilmiş, hər hektardan 35,6 sentner məhsuldarlığa nail olunmuşdur. Taxıl istehsalı 2017-ci ildə əvvəlki illə müqayisədə 4398 ton artmışdır. Bu, respublika üzrə məhsul istehsalına görə dəmyə şəraitdə taxıl yetişdirən rayonlar arasında rekord göstəricidir.
Rayonda 15 ha. sahədə tütün əkini aparılmış, 27100 kq. qurudulmuş tütün məhsulu Şəki şəhərində fəaliyyət göstərən “İlham M” MMC-ə təhvil verilmişdir. Bu da əvvəlki illə müqayisədə 23702 kq. və ya 8 dəfə çoxdur.
May ayında “Şəki İpək” ASC-dən 120 qutu barama gətirilərək kümçülərə paylanılmış və bu sahə ilə məşğul olan 50 ailə 2849 kq. barama təhvil verərək bir ay müddətinə 24438 manat gəlir əldə edə bilmişdir.
Rayon üzrə 2017-ci ildə əvvəlki illə müqayisədə 21 hektar artıq olmaqla 917 hektarda kartof və 9 hektar artıq olmaqla 818 hektarda tərəvəz bitkilərinin əkini aparılmışdır. Fermerlərimiz 2016-cı illə müqayisədə 2017-ci ildə 673 ton çox kartof və 115 ton çox tərəvəz məhsulları istehsalına nail ola bilmişlər.
Əvvəlki illə müqayisədə istixanaların sayı 17 ədəd artırılaraq 78-ə çatdırılmışdır.
“Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamın icrası ilə əlaqədar 2017-ci ildə 7662 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına becərdikləri 26401 hektar əkin sahəsinə görə 1 milyon 998 min 650 manat yardım verilmişdir.
2016-cı ilin payızı və 2017-ci ilin yaz və payız mövsümündə 1024,4 hektar sahədə yeni fındıq bağları salınmışdır. Hazırda bu işlər davam etdirilir.
2017-ci ilin yaz mövsümündə rayon ərazisində 78.4 ha. alma, 5 ha. armud, 4 ha. gavalı, 12.9 ha. gilas, 8.8 ha. şaftalı, 76 ha. qoz, 51 ha. badam və 1 ha. moruq bağı salınmışdır. Əlavə 6.9 ha. sahədə xaricdən gətirilmiş ting hesabına intensiv qoz bağının salınması üçün bütün hazırlıq işləri başa çatdırılmışdır.
888.2 hektar üzüm bağından 2559.7 ton məhsul toplanmışdır.
“Aqroservis” ASC-nin İsmayıllı rayon bölməsi balansında olan texnikaların istismarına görə dövlət büdcəsinə 79475 manat vəsait köçürmüşdür.
Toxumçuluq təsərrüfatları 668.8 hektar sahələrdən 11565 sentner yüksək reproduksiyalı buğda və arpa toxumları istehsal etmiş, onlara 74380 min manat subsidiya verilmişdir.
“İsmayıllı Şərab-2” üzüm emalı zavodu hesabat ilində 640 ton üzüm qəbul etmiş, eksporta 700 min butulka şərab göndərmişdir. Kürdmaşı kəndində fəaliyyət göstərən “İsmayıllı Şərab-1” üzüm emalı zavodu yenidən qurularaq istifadəyə verilmiş, hesabat ilində fəaliyyətini davam etdirmişdir.
01 yanvar 2018-ci il tarixə rayon üzrə 51709 baş iri buynuzlu, (ondan 24082 baş ana mal), 180620 baş xırda buynuzlu heyvan, 278050 baş quş və 7060 arı ailəsi vardır. İl ərzində rayon üzrə 5356 ton diri çəkidə ət, 34950 ton süd, 9 milyon 498 min ədəd yumurta, 398 ton yun istehsal olunmuşdur. Beləliklə əvvəlki illə müqayisədə rayon üzrə 29 ton ət, 59 ton süd, 251 min ədəd yumurta və 1 ton yun artıq istehsal olunmuşdur.
01 yanvar 2018-ci il tarixə rayonda kənd təsərrüfatı məhsullarının ümumi həcmi faktiki qiymətlərlə 92529,5 min manat təşkil etmişdir ki, bunun 48514,1 min manatı bitkiçilik məhsullarının, 44015,4 min manatı isə heyvandarlıq məhsullarının payına düşür ki, bu da keçən illə müqayisədə 12408,6 min manat çoxdur.
3634 baş iribuynuzlu qara malda süni mayalanma aparılmış, nəticədə 1574 baş yüksək məhsuldarlıq göstəricilərinə malik cins buzov və balaq alınmış, 916 heyvan sahibinə 103 min manat subsidiya ödənilmişdir.
Rayonda arı ailələrinin sayı 7046-ya çatdırılmışdır ki, bu da keçən illə müqayisədə 890 arı ailəsi çoxdur. Son illər Bakı şəhərində keçirilən Respublika arıçılıq məhsullarının sərgi-satış yarmarkasında rayon arıçılarının iştirakı təmin edilmişdir.
Keyvəndi kəndində “Azza-Aqro” MMC tərəfindən heyvandarlıq kompleksində birinci tövlənin tikintisi başa çatdırılmış və daxili infrastrukturunun tamamlanması prosesi davam etdirilir.
2017-ci il ərzində suvarmanı mütəşəkkil keçirmək məqsədi ilə 7 ədəd hidrometrik post və 30 ədəd hidrotexniki qurğu cari təmir olunmuşdur. 329 min kubmetr suvarma kanalı lildən təmizlənmişdir. Daşqın və selə qarşı mübarizə məqsədi ilə çay məcrasının təmizlənməsi həyata keçirilmişdir. Suyun pullu satışından 12500 manat vəsait daxil olmuşdur.
Göyçay-İsmayıllı və Mican magistral beton kanalları lildən təmizlənərək 12.3 min kubmetr iş görülmüşdür.
Baytarlıq idarəsi tərəfindən rayonda mal-qara və quşlar arasında epizootik vəziyyətin sağlam saxlanılması, eləcə də heyvandarlıq məhsulları istehsalının artırılması istiqamətində əsaslı işlər görülmüşdür. 2017-ci ildə rayon ərazisində heç bir yoluxucu xəstəlik baş verməmiş, rayon ərazisi epizootik cəhətdən sağlam olmuşdur.
11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində rayon üzrə 105 akt, 10 protokol və 21 ədəd icrası məcburi olan göstəriş verilmiş, ətraf mühitə atılan tullantılara görə 51 nəfər hüquqi və fiziki şəxsə 8850 manat ödəmə verilmiş, bunun 6300 manatı ətraf mühitin mühafizəsi fonduna köçürülmüşdür .Rayon ərazisində yaşıllıqların qanunsuz olaraq məhv edilməsi ilə bağlı 8490 manat cərimə tətbiq edilmişdir.
2017-ci il ərzində İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsində 143.10 ha sahədə meyvə bağı salınmışdır. 2017-ci il ərzində müəssisənin tinglik sahəsindən 123000 ədəd standart ağac tingi çıxardılaraq meyvə bağlarının, meşə əkininin salınmasında, yaşayış məntəqələrinin və şose yollarının yaşıllaşdırılmasında istifadə edilmişdir.
Ölkənin davamlı iqtisadi inkişafı məktəb tikintisinə, mövcud olanların əsaslı təmirinə şərait yaratmışdır. Hesabat ilində şəhər 1 nömrəli, Basqal, Lahıc qəsəbə, İvanovka, Qoşakənd, Mollaisaqlı kənd tam orta, Zərgəran kənd ibtidai məktəblərində cari təmir işləri aparılmış, Uşaq Gənclər İnkişaf Mərkəzində kürsü divarları aqlay pilitələrlə üzlənmişdir. Hacıhətəmli və Qubaxəlilli kənd tam orta məktəblərinin qazanxanalarına qaz xətti çəkilmiş, işlək hala gətirilmişdir.
Buraxılış imtahanlarını müvəffəqiyyətlə verən 777 nəfər XI sinif şagirdi tam orta təhsil haqqında attestat, o cümlədən 40 nəfər fərqlənmə attestatı almışdır. Təhsil sahəsində qazandıqları yüksək nəticələrə görə Lahıc qəsəbə tam orta məktəbinin məzunu Vahab Cəbrayılov, şəhər 2 nömrəli tam orta məktəbin məzunu Vaqif Talıbzadə, Xankənd kənd tam orta məktəbinin məzunu Cəmilə Məmmədova qızıl medalla, şəhər 6 nömrəli tam orta məktəbinin məzunu Murad Ağazadə gümüş medalla təltif edilmişlər. Buraxılış imtahanlarında şəhər 1, 5, 6 nömrəli, Sumağallı, İvanovka kənd, Lahıc qəsəbə, şəhər 3 nömrəli məktəb-liseyin nəticələri daha yüksək olmuşdur.
Ümumtəhsil məktəblərinin məzunları ötən il ali məktəblərə tələbə qəbulu imtahanlarında da yüksək nəticələr əldə etmiş, 354 nəfər ali məktəblərə qəbul olunmuşdur. Lahıc qəsəbə tam orta məktəbinin məzunu Vahab Cəbrayılov 700 bal, 26 nəfər 600-dən, 86 nəfər 500-dən yüksək bal toplamışdır. Tələbə qəbulu imtahanlarında qazandıqları yüksək nəticələrə görə Vahab Cəbrayılov və şəhər 6 nömrəli tam orta məktəbin məzunu Murad Ağazadə Prezident təqaüdünə layiq görülmüşdür.
Şəhər 1 nömrəli tam orta məktəbinin müəllimləri Pərvanə Piriyeva, Surə Mehdiyeva, Topçu kənd tam orta məktəbinin müəllimi Gülər Babayeva və Lahıc qəsəbə tam orta məktəbin müəllimi Rövşən Əliyev təhsildə inkişaf və innovasiya üzrə qrant layihələri müsabiqəsinin qalibi olmuşlar.
Şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Dürdanə Ağayeva Əməkdar müəllim fəxri adı ilə, şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Ruhiyyə Mahmudova “Tərəqqi” medalı ilə təltif edilmişdir.
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində şagirdlərimiz Quba, Qusar, Xaçmaz, Naxçıvanda gəzintidə olmuş, bu bölgələrin tarix və mədəniyyət abidələri ilə yaxından tanış olmuşlar.
Rayonda 10-u dövlət, 1-i özəl müəssisə olmaqla 11 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlardan 3-ü körpələr evi-uşaq bağçası, 8-i isə uşaq bağçasıdır. Bağçalarda 414 məktəbəqədər yaşlı uşaq təhsil alır, uşaqların təlim-tərbiyəsi ilə 53 pedaqoji işçi məşğul olur. Gəraybəyli, Xəlilli, Cülyan bağçaları istisna olmaqla, qalan bağçalarda istilik kombi sistemi vasitəsi ilə həyata keçirilir. Rayonda keçən ildən fəaliyyətə başlayan yeni uşaq bağçası özəl müəssisə kimi fəaliyyət göstərməkdədir. Bağçalarda qrupların sayının artırılması üçün müvafiq tədbirlər görülməkdədir.
Təhsil sahəsində qazanılan uğurlarla yanaşı problemlər və çatışmazlıqlar da mövcuddur. Hazırda məktəbəqədər uşaq müəssisələrinin bir neçəsi uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir. Hələ ki, qəzalı vəziyyətdə olan məktəb binaları mövcuddur. Əksər iri yaşayış məntəqələrində uşaq bağçaları yoxdur. Bir sıra məktəblərdə psixoloqlara, xarici dil müəllimlərinə ciddi ehtiyac vardır. Qış aylarında ayrılan dizel yanacağı ilə istilik sistemlərini fasiləsiz isitmək mümkün olmur.
İsmayıllı Peşə Tədris Mərkəzində 14 qrup üzrə 270 nəfər şagird təhsil alır. 2017-ci ildə 181 şagird məktəbi bitirərək müxtəlif peşələrə yiyələnmişdir. 47 nəfər məzun işlə təmin olunmuş, 48 nəfəri həqiqi hərbi xidmətə yola salınmış, beş məzun isə təhsilini davam etdirməkdədir.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci regionda ən böyük təhsil müəssisəsi və ortaq potensiallı rayonların sosial-iqtisadi inkişafı üçün əhəmiyyətli tədris müəssisəsidir. Qısa vaxtda kollecin inzibati-funksional idarəetmə strukturu formalaşdırılmış, pedaqoji, mühəndis-texniki, inzibati-təsərrüfat, tədris-köməkçi vəzifələrinə ali təhsilli və elmi dərəcəsi olan mütəxəssislər cəlb edilmişdir. Tədris alanlar isə zəruri tədris-metodiki vasitələrlə, dərslik və elektron informasiya bazası ilə təmin olunmuşlar.
Burada 2017-2018-ci tədris ilinin tələbə qəbulu da daxil olmaqla hal-hazırda 9 ixtisas üzrə 33 qrupda 41 rayondan 470 nəfər tələbə təhsil alır. Tədris-inzibati binası olmadığı üçün Kollec fəaliyyətini Rayon Mərkəzi Xəstəxanasının uşaq şöbəsinin istifadə olunmayan binasında davam etdirir. Həmin bina 2017-ci ilin avqust-sentyabr aylarında Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən cari təmir olunmuş, əlavə olaraq iki auditoriya, iki inzibati otaq, kitabxana yaradılmışdır. Gələcəkdə kollec üçün müasir standartlara cavab verən binanın tikilməsinə zəruri ehtiyac vardır.
Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması, vətəndaşların sağlamlığının qorunması üçün son illər İsmayıllı rayonunda da əsaslı tədbirlər həyata keçirilmişdir. Belə ki, Lahıc qəsəbəsi və İvanovka kəndində 15 çarpayılıq xəstəxana, Topçu və Tircan kəndlərində kənd həkim məntəqələri tikilib istifadəyə verilmiş, bir sıra tibb məntəqələri əsaslı təmir olunmuşdur. 2017-ci ildə Zərnava kəndində yeni tibb məntəqəsi istifadəyə verilib. ”Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Təzəkənd, Talıstan, Kürdmaşı, Qalınçaq kəndlərində yeni həkim məntəqələrinin tikintisi planlaşdırılmışdır.
2017-ci ilin fevral-may aylarında Respublikada aparılan dispanserizasiya İsmayıllıda da uğurla həyata keçirilmiş, müvafiq komissiya və işçi qrupu yaradılaraq tibbi müayinəyə cəlb edilmişdir. Əhalinin 18 yaşdan yuxarı qrupları üzrə 54981 nəfər müayinədən keçmiş, onlardan 837 nəfəri ambulator, 295 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 79 nəfər Bakı şəhərinə müxtəlif müalicə mərkəzlərinə göndərilmişdir.
2017-ci ildə nikaha daxil olan 503 cütlüyün və 28 nəfərin ilkin müayinəsi aparılmış, 40 nəfərdə müxtəlif xəstəliklər müəyyən olunmuşdur.
İsmayıllı RMX-nın, Lahıc və İvanovka kənd xəstəxanalarının doğum şöbələrində doğuşlar aparılmışdır. Hesabat ilində 568 nəfər uşaq doğulmuş, 9 nəfər uşaq ölümü baş vermişdir. Ana ölümü qeydə alınmamışdır. 2017-ci ildə rayon üzrə ümumi ölüm sayı 534 nəfəri əhatə etmişdir.
Uşaqlar arasında 2017-ci il ərzində heç bir kütləvi kəskin infeksion xəstəlik müşahidə edilməmişdir. Rayon üzrə 1812 uşaq dispanser qeydiyyatındadır.
Rayon üzrə 33 həkim, 34 orta tibb işçisi vəzifəsi vakantdır.
Beş rayonu (Şamaxı, Qobustan, İsmayıllı, Qəbələ, Ağsu) özündə birləşdirən İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi fəaliyyətə başladığı bir il ərzində respublika və beynəlxalq tədbirlərdə fəal iştirak etmiş, rayon tədbirlərinin təşkilatçısı və icraçısı olmuşdur.
Regional İdarənin İsmayıllı rayonu üzrə mədəniyyət müəssisələri 27 klub-müəssisə, 46 kitabxana, 1 uşaq incəsənət məktəbi, Lahıc və Basqal Tarix-Diyarşünaslıq Muzeyləri, Heydər Əliyev Mərkəzi, İsmayıllı Dövlət Rəsm Qalereyası, İsmayıllı Turizm İnformasiya Mərkəzindən ibarətdir. Rayonda fəaliyyət göstərən 27 klub müəssisədən 3-ü, 46 kitabxanadan isə 2-si xüsusi layihə əsasında tiklimişdir.
Hesabat ilində rayonda keçirilən mədəni-kütləvi tədbirlərin sayı artmış, məzmunu dolğunlaşdırılmış, icra səviyyəsi yaxşılaşdırılmışdır. Hesabat ilində mədəni-kütləvi tədbirlər keçirilimiş, dövlət bayramları, tarixi günlər qeyd olunmuşdur. Heydər Əliyev adına Rayon Mədəniyyət Mərkəzində “Xalq teatrı” yaradılmış, tamaşalar təşkil edilmişdir.
Rayon ərazisində 36 istirahət mərkəzində 1611-dən çox yataq yeri vardır. Rayona gələn turistlərin sayı 2017-ci ildə 104760 nəfər olmuşdur. Xarici turistlərin sayı 14225 nəfər olmuşdur.
Bütün bunlarla yanaşı, rayonun mədəniyyət və turizm sahəsində bir sıra problemlər, həlli vacib olan məsələlər, çatışmazlıqlar da mövcuddur. Rayon uşaq incəsənət məktəbi, kənd klubları, kitabxanalar, mədəniyyət mərkəzləri üçün yeni və müasir tipli binaların tikilməsi vacibdir.
Rayon Gənclər və İdman İdarəsi, YAP rayon təşkilatı gənclər birliyi, Dövlət Humanitar və Texnologiya Kolleci, Rayon Təhsil Şöbəsi, İsmayıllı Peşə Tədris Mərkəzi, Olimpiya-İdman Kompleksi ilə birlikdə hesabat dövrü ərzində gənclərlə iş sahəsində 75 tədbir keçirmişdir. Onlardan 17-si Respublika, 5-i region, 53-ü rayon miqyaslı olmuşdur. Tədbirlərdə 13 742 nəfərin iştirakı kütləviliyin artmasını əks etdirən göstərici kimi qiymətləndirilir.
1981-ci il dekabr ayının 5-də ulu öndər Heydər Əliyev 30 noyabrda baş verən zəlzələdən sonra İsmayıllıya səfər etmişdi. İsmayıllı şəhərində bir sıra evlərdə, Mican, Mücühəftəran və Ruşan kəndlərində olmuşdu. Bir qrup gənc dövlət qulluğu veteranı ilə birgə 5 dekabr 2017-ci il tarixdə həmin yerlərə piyada yürüş edib.
Hesabat ili ərzində idmanın müxtəlif növləri ilə bağlı 71 tədbir keçirilmişdir. Bu tədbirlərin 9-u Beynəlxalq miqyaslı, 23-ü Respublika, 39-u isə rayon miqyasında keçirilib. Həmin tədbirlərdə 4060 nəfər idmançı iştirak edib.
03-07 may 2017-ci il tarixdə Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş poverliftinq üzrə Beynəlxalq turnirdə Kamil Qafarov birinci yerə layiq görülüb. 02-05 noyabr 2017-ci il tarixdə Moskva şəhərində keçirilən dünya çempionatında Azərbaycanın yığma komandasının tərkibində də yarışa qoşulan K.Qafarov həmin idman növü üzrə 6-cı dəfə Dünya çempionu titulunu qazanıb, öz qələbələri ilə 6 dəfə Azərbaycan himninin səsləndirməsinə, 6 dəfə Dövlət Bayrağının qaldırılmasına nail olub.
Pençak-silaf karate idman növü üzrə dünya çempionatının təsnifat mərhələsində Bənövşə İsmayılova birinci yer tutub.
12-22 noyabr tarixlərdə Bakı şəhərində Beynəlxalq Şahmat Federasiyasının keçirdiyi RAPİD turnirində Cahangir Niftəliyev birinci yerə layiq görülüb.
Budo Döyüş Növləri Federasiyasının Bakı şəhərində təşkil etdiyi dünya kuboku uğrunda uşaqlar və yeniyetmələr, gənclər və böyüklər arasında yarışlarda Hüsniyyə Sadıqzadə, Əkbər Kərimov, İlkin Əzizov və Ləman Əkbərova birinci pilləyə qalxmışlar.
Qol güləşi, ağır və yüngül atletika üzrə həm fərdi idmançılar, həm də rayon komandaları Respublika çempionu olmuşlar.
Qeyd etmək istərdim ki, İsmayıllı Olimpiya-İdman Kompleksində daha bir bölmə, velosiped idmanı bölməsi fəaliyyətə başlamışdır. Velosiped idmanı üzrə rayonda yarışlar və bir sıra yürüşlər keçirilmişdir.
Bölgənin ictimai-siyasi həyatında baş verən proseslərə ciddi nəzarət edilir. Bütün yaşayış məntəqələri, idarə və müəssisələrdə gedən proseslər aid orqan və təşkilatlar tərəfindən idarə olunur. Rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi, Millət Vəkillərinin, aid idarə və müəssisə rəhbərlərinin iştirakı ilə müxtəlif yaşayış məntəqələrində səyyar görüş-qəbullar keçirilir.
Ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, onun həyat və fəaliyyətini, xalq qarşısındakı xidmətlərini gələcək nəsillərə çatdırmaq məqsədilə Heydər Əliyev Mərkəzinin imkanlarından səmərəli şəkildə istifadə edilir.
Rayon İcra Hakimiyyəti siyasi, ictimai və ideoloji tədbirlərini Yeni Azərbaycan Partiyasının rayon təşkilatı ilə birgə aparır. Rayonda YAP üzvlərinin sayı 8363 nəfərə çatmışdır və bölgədə ən güclü siyasi qüvvə kimi fəaliyyət göstərir. YAP İsmayıllı Rayon Təşkilatı son illər, eyni zamanda 2017-ci ildə də ideoloji-siyasi istiqamətlərdə fəaliyyətini genişləndirmiş, partiya quruculuğunda əldə olunmuş yeni, müasir, müsbət təcrübədən istifadə edərək, səmərəli nəticələrə nail olmuşdur. YAP ətrafında 87 ilk partiya təşkilatını birləşdirir. 2017-ci ildə 152 nəfər partiya sıralarına qəbul olunmuşdur ki, onların da114 nəfərini gənclər, 75 nəfərini isə qadınlar təşkil edir.
Rayonun Yaponiya, Fransa, Ukrayna, Belarusiya, Latviya və s. ölkələrlə dostluq əlaqələri genişlənir.
Keçən il Uşaq və Ailələrə Dəstək Mərkəzi problemli ailələrlə ardıcıl iş aparmışdır. Dövlət Proqramlarının icrası ilə bağlı 24 tədbir keçirilmiş, tədbirlərdə 1812 nəfərin iştirakı təmin edilmişdir. Məişət zorakılığı və ailə münaqişəsi ilə bağlı 23 müraciət olmuşdur ki, bunların da hamısı araşdırılmış, problemlər aradan qaldırılmış, nəzarətə götürülmüşdür. Boşanma təhlükəsi olan 24 ailə ilə iş aparılmış və müsbət nəticə əldə olunmuşdur.
Rayonda ənənəvi dinlərə mənsublar üçün bərabər şərait yaradılmışdır, onların daxili işlərinə əsla müdaxilə olunmur. Radikal qrupların fəaliyyətinə qarşı mübarizə tədbirləri həyata keçirilir.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən ayrılmış maliyyə vəsaiti hesabına bir sıra layihələr həyata keçirilmiş, Basqal qəsəbə məscidi dini icması tərəfindən “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması”, Topçu kənd dini icması tərəfindən isə “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövuzlarında layihələr icra olunmuşdur.
“İsmayıllı xəbərləri” qəzeti maraqlı və məzmunlu sayları ilə oxucuların diqqətini cəlb edir, rayonun ictimai-siyasi və mədəni həyatını dolğun işıqlandırır. Qəzet öz səhifələrində “Dağ çiçəkləri” ədəbi məclisi üzvlərinin yaradıcılığına yer ayırır. Fəaliyyətdə olan “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyi rayonun ədəbi mühitinin formalaşmasında mühüm rol oynayır, gənc istedadları üzə çıxarır, onları bir araya gətirir. Birlik və ədəbi məclis üzvləri ilə tez-tez rayon ictimaiyyətinin görüşləri keçirilir. Ən yaxşı yazarlar rayon rəhbərliyi tərəfindən mükafatlandırılır.
Hesabat ilində dövlət qəzetlərinə, obyektiv mövqedən çıxış edən informasiya vasitələrinə abunə yazılışı aparılmış, mətbuatın yerlərə operativ çatdırılması təmin edilmişdir.
2017-ci il ərzində İsmayıllı rayonunda cinayətkarlığa qarşı mübarizə sahəsində dövlət maraqlarının, insan hüquq və azadlıqlarının müdafiəsi üzrə bir sıra tədbirlər həyata keçirilmiş, rayonda ictimai asayişin qorunması işi qənaətbəxş olmuşdur. 2017-ci il ərzində rayon ərazisində hüquq mühafizə orqanları tərəfindən 147 cinayət hadisəsi qeydə alınmışdır. Həmin cinayətlərdən 137-si açılmış, 10 cinayət hadisəsi isə bağlı qalmışdır. Tamamlanmış işlər üzrə açılma faizi 93,2 faiz təşkil etmişdir. Hesabat dövrü ərzində, xüsusilə ağır cinayətlər – adam oğurluğu, adamları girov götürmə, banditizm və cinayətkar birlik yaratma, insan alveri ilə bağlı cinayətlər qeydə alınmamışdır.
İl ərzində məhkəmənin icraatına 1956 mülki iş, 57 cinayət işi, 594 inzibati material, 33 məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirləri ilə bağlı material daxil olmuşdur.
2017-ci ildə İsmayıllı Rayon İcra Hakimiyyətinə 1412 vətəndaş müraciəti, Prezident Administrasiyasından və digər qurumlardan baxılmaq üçün 364 məktub daxil olmuşdur. Əvvəlki illə müqayisədə Rayon İcra Hakimiyyəti başçısının aparatına daxil olmuş müraciətlərin sayı 49 ədəd, Prezident Administrasiyasından və digər qurumlardan daxilolma isə 1 ədəd azalmışdır.
272 nəfər vətəndaşın ərizəsi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən yaradılmış “Aztəminatlı ailələrə, pensiyaçılara, təbii fəlakət, yanğın və digər səbəbdən ziyan çəkən vətəndaşlara maddi yardım, əlavə güzəştlər və müavinətlərin təyin edilməsi üçün müayinə komissiyası”nda müzakirə olunmuş və onlara 51410 (əlli bir min dörd yüz on) manat yardım göstərilmişdir. Bunlar əsasən şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və müxtəlif kateqoriyadan olan birinci qrup əlillər, uzun sürən xəstəliklərdən əziyyət çəkən aztəminatlı vətəndaşlar olmuşdur.
Daxil olan müraciətlərin 1220-si ərizə, 183-ü şikayət, 9-u təklif olmuşdur. Şikayət ərizələri ümumi ərizələrin 12,9 faizini təşkil etmişdir.
Ötən il 2197 nəfər vətəndaş İcra Hakimiyyətində qəbulda olmuş, onlardan 980 nəfərini, RİH başçısı, qalanını isə RİH başçısının müavinləri, şöbə müdirləri qəbul etmişlər.
İcra Hakimiyyətinin başçısı tərəfindən yerlərdə 76 səyyar görüş-qəbul keçirilmiş, qəbullarda 3979 nəfər iştirak etmiş, 451 nəfər Rayon İcra Hakimiyyətinin başçısına müraciət etmiş və 602 məsələ barəsində fikirlərini bildirmişlər.
2017-ci ildə RİH-nin sosial şəbəkələrdə də fəaliyyəti təmin edilmişdir. Belə ki, icra hakimiyyətinin www.facebook.com, www.twitter.com, www.instagram.com və www.yootube.com sosial şəbəkələrində rəsmi səhifələri açılmış, rayonda keçirilən tədbirlər və rayon haqqında məlumatlar həmin sosial şəbəkələr vasitəsi ilə ictimaiyyətə çatdırılmışdır.
2017-ci il ərzində rayonun bütün yaşayış məntəqələrində ictimai-siyasi sabitliyin qorunması, ictimai asayişin mühafizəsi təmin edilmişdir.
RİH başçısının İƏD üzrə nümayəndəlikləri 2017-ci il ərzində fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin müvafiq bəndlərinin tələbləri səviyyəsində qurmuşlar.
İl ərzində İƏD üzrə nümayəndəliklərdə əmək və icra intizamının gücləndirilməsi diqqət mərkəzində saxlanılmış, fəaliyyətlərinin səmərəliliyi təmin edilmişdir.
Rayonun bütün yaşayış məntəqələrinin ərazisində ictimai-siyasi sabitliyin qorunması, ictimai asayişin mühafizəsi təmin edilmiş, hər bir nümayəndəlik tərəfindən ərazidə baş vermiş hadisələr barədə gündəlik məlumatlar aidiyyəti orqanlara məruzə edilmişdir.
2017-ci ildə rayon bələdiyyələrinin fəaliyyəti də əvvəlki illərə nəzərən səmərəli olmuşdur. Rayonda 34 bələdiyyə qurumu fəaliyyət göstərir. İşgüzarlığın və fəaliyyətin səmərəliliyinin artırılması məqsədi il ərzində “Bir bələdiyyə azı bir layihə” proqramı çərçivəsində rayonun bütün bələdiyyələri tərəfindən 100-ə yaxın layihənin icrası nəzərdə tutulmuş və həmin layihələrin təxminən 70 faizi icra edilmişdir. Aparılmış maarifəndirici tədbirlərin nəticəsi olaraq bələdiyyələrin vergi və ödənişlərinin toplanmasında əsaslı irəliləyişlər müşahidə olunmuşdur. 2017-ci ilin 01 yanvarına olan bank qalığı ilə birlikdə rayonun bütün bələdiyyələrinin illik gəlirləri 571085,36 manat olmuşdur. İl ərzində bələdiyyə orqanlarının saxlanması və həyata keçirilən layihələrə xərclənmiş vəsaitin ümumi məbləği 566979,79 manat təşkil etmişdir.
2018-ci ildə əvvəlki illərdən fərqli olara

Şərh Yaz