Regionun sosial-iqtisadi inkişafı konfransın mövzusu olub

Dekabr ayının 23-də İsmayıllı Rayon İcra Hakimiyyəti, İqtisad Universiteti, həmçinin Aqrar Universitetin alim və mütəxəssislərinin iştirakı ilə şəhər Mədəniyyət Mərkəzində “İlham Əliyev və regionların sosial-iqtisadi inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfrans iştirakçılarının bir qrupu ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, adidə önünə tər qızılgüllər qoyublar.
Regionun sosial-iqtisadi inkişafı konfransın mövzusu olub
Regionun sosial-iqtisadi inkişafı konfransın mövzusu olub
Regionun sosial-iqtisadi inkişafı konfransın mövzusu olub
Konfransin gedişi öncəsi iştirakçılar foyedə raypnun nailiyyətlərini əks etdirən sərgiyə və ölkə başçısının İsmayıllıya səfərlərindən bəhs edən filmə baxıblar.
Konfransı giriş sözü ilə İsmayıllı RİH başçısı, iqtisad elmləri doktoru Mirdaməd Sadıqov açıb. O, Dövlət Proqramlarının mahiyyətindən, onun icra mexanizmləri və nəticələri barədə danışıb.
İqtisad Universitetinin professoru Məhiş Əhmədov və Aqrar Universitetin professoru Məhərrəm Hüseynov çıxışlarında Dövlət Proqramlarının ölkə üzrə müvəffəqiyyətlə icra olunmasından, dünyada baş verən siyasi, iqtisadi, maliyyə, diplomatik böhranlara baxmayaraq, Prezident İlham Əliyevin siyasi dəyanəti nəticəsində Azərbaycanın durmadan irəliləməsindən bəhs ediblər.
Konfransda İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru Kəmalə Süleymanlının, Quşçuluq ASC-nin direktoru Zahid Qardaşovun, rayon Veteranlar Şurasının sədri Əlaləm Babayevin çıxışları dinlənilib.
Konfransda Dövlət Proqramlarında İsmayıllının sosial-iqtisadi inkişafı ilə əlaqədar nəzərdə tutulan məsələlər öz həllini tapdığı qeyd olunub. Bir çox perspektiv layihələrin ilkin hazırlıq ərəfəsində olması, onların icrası üçün yerli imkan və resursların müəyyənləşdirilməsi vurğulanıb. Yeniliklər barədə geniş danışmadan qeyd etmək vacibdir ki, nəticə olaraq İsmayıllı 2017-ci ildə özünümaliyyələşdirməyə keçib.
Sonda konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edib.
Gülər Baxışova

Şərh Yaz