Xahişlərin hər biri nəzərə alınacaq

10 dekabr 2017-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Soltankənd kəndində səyyar görüş-qəbul keçirib. Bu görüşdə inzibati ərazi dairəsinə daxil olan Uştal kəndinin sakinləri də iştirak ediblər.
Xahişlərin hər biri nəzərə alınacaq
İlk incə Mirdaməd müəllim həyata keçirilən və perspektivdə olan layihələrdən, sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün görülən tədbirlərdən, ərazinin mövcud problemlərinin aradan qaldırılması yollarından danışıb. İƏD üzrə nümayəndəlikdə sosial problemlərə gəldikdə, sakinlər öz çıxışlarında istismar müddəti başa çatmış 4 ədəd elektrik transformatorunun yeniləri ilə əvəz olunmasını, Soltankənd və Uştal kəndlərinin qazlaşdırılmasını, Uştal kəndndə artezian quyusunun qazılması və məktəb üçün əlavə sinif otaqlarının tikilməsini, Soltankənd kəndində yaradıcılıq evinin dam örtüyünün əsaslı şəkildə təmir olunmasını xahiş ediblər. Kənd ağsaqqalları su qıtlığından və digər problemlərdən danışıblar. Г‡ıxış edənlər bildiriblər ki, qaz çəkilişini sürətləndirmək təkcə onların məişətdəki rahatlığını deyil, həm də ətrafdakı meşələrin qorunmasıdır.
Sakinlər İsmayıllıda başlanan genişmiqyaslı quruculuq işlərinə və insanlara göstərilən qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirib, yürütdüyü siyasətdə cənab Prezidenti dəstəklədiklərini qeyd ediblər.
Mirdaməd müəllim olunan xahişlərin hər birini nəzərə alaraq, həllinə köməklik göstərəcəyini bildirib.
Görüşdə səsləndirilən məsələlər qeydiyyata götürülüb və aidiyyəti şəxslərə müvafiq tapşırıqlaq verilib.
Ş.Soltanov

Şərh Yaz