Sülh, halallıq və zəhmətə bağlılıq əsas amildir

Bir vaxtlar ölkəmizdə geniş yayılan və hər payız mövsümündə keçirilən “Məhsul bayramı” bolluğun, bərəkətin, firavanlığın nümayişi, çəkilən zəhmətə verilən qədir-qiymət idi. Son illər bu xoş ənənə bölgələrimizdə yenidən bərpa olunub.
Noyabr ayının 23-də İsmayıllı rayonunun İvanovka kəndində növbəti “Məhsul bolluğu və şükranlıq” bayramı keçirilib.
Sülh, halallıq və zəhmətə bağlılıq əsas amildir
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rövşən Ağayev, RİH başçısının müavini Mahmud Süleymanov, İsmayıllı Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həsən Həsənov, Dini Qurumları İş üzrə Dövlət Komitəsinin Şamaxı Şöbəsinin İsmayıllı rayonundakı nümayəndəsi Elnur Mehdiyev, Bakı və Sumqayıt şəhərlərindən, Şamaxı rayonunun Г‡uxuryurd, Xilmilli kəndindən gələn qonaqlar iştirak ediblər.
400 nəfərin iştirak etdiyi məhsul bolluğu tədbirində kəndin ağsaqqalları qazanılan uğurlarda çəkilən zəhmətlə yanaşı ulu Yaradanın da mərhəməti olduğunu bildiriblər.
Elə bu səbəbdən halal zəhmətlə açılan, bolluq əks etdirən süfrələrin kənarında əyləşənlər Ulu yaradana dualar edib, növbəti məhsul ilində də ruzilərinin, becərdikləri məhsulların bol olmasını arzulayıblar.
Birlik və bolluq əks etdirən məclisdə müharibələr, şər qüvvələr pislənilib və firavan həyat üçün sülhün, halallığın və zəhmətə bağlılığın əsas amillər olduğu qeyd olunub.
Ş.Soltanov

Şərh Yaz