Yaddas kitabcasi

Xoş səfər

Ölkə başçısı prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində İsmayıllı məktəblilərinin Quba-Qusar-Xaçmaz bölgəsinə növbəti səfəri oldu.
Xoş səfər
Qubada olduqları müddətdə məktəblilər Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, “Soyqırımı” memorial kompleksi, tarix-mədəniyyət abidələri, xalça sexləri ilə tanış oldular. Şagirdlər həmçinin “Rixos” hotelinə səyahət etdilər. Oradakı qolf meydançasında olmaq uşaqların ürəyincə oldu.
Növbəti gündə şagirdlər Qusar rayonunun Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Olimpiya-İdman kompleksi, Rəsm qalereyası və Bayraq meydanı ilə tanış oldular. Qusar rayonu “Şahdağ” Qış-Yay Turizm Kompleksinə ekskursiyadan da şagirdlərimiz çox məmnun qaldılar.
Səfərin sonuncu günündə şagirdlər Xaşmaz rayonunda oldular. Rayondakı Heydər Əliyev Mərkəzində, Xalça muzeyində, Rəsm qalereyasında, “Şəxsiyyətlər” muzeyində gördükləri şagirdlərdə xoş təəssüratlar yaratdı.
Yol boyunca uşaqlar səfərdən aldıqları xoş hissləri məmnunluqla bölüşdülər, eyni zamanda, doğma məktəbdə dərslərinə ruh yüksəkliyi ilə davam edəcəkləri inamı ilə gördüklərini, yaşadıqları hissləri qeyd etdilər.
Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş naliyyətlərin dərindən öyrənilməsi məqsədilə keçirilən bu layihə şagirdlərin yaddaşına əbədi həkk olunmaqla bərabər, elmi biliklərinin və mənəvi dünya görüşlərinin genişlənməsinə böyük təsir göstərdi.
Sevda İsmayılova
İsmayıllı RTŞ-nın metodisti

Şərh Yaz