Söz sərrafı – Molla Pənah Vaqif

Azərbaycan Respublikasinin Prezidenti cənab İlham Əliyevin “Böyuk Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqinda” 2017-ci il 12 yanvar tarixli Sərəncamında deyilir: ”Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardir. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafina təkan vermişdir… Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir”. Söz sərrafı - Molla Pənah Vaqif
Söz sərrafı - Molla Pənah Vaqif                                             Dünyanın sevinc və kədərini özunəməxsus bir nikbinliklə əks etdirən qüdrətli sənətkar ədəbiyyatımıza güclü bir demokratiklik və xəlqilik gətirmiş, yeni ədəbi məktəbin əsasını qoymuşdur.
Gözəllik aşiqi olan şair əsərlərində həm cismən, həm də ruhən gözəl olan, agıllı, həyat mübarizəsinə hazır gəncliyi tərənnüm edir.
Bu günlərdə Diyalli kənd orta məktəbində qüdrətli Azərbaycan şairinin 300 illik yubileyinə həsr edilmiş “Söz sərrafı – Molla Pənah Vaqif” adlı tədbir keçirildi. Şagirdlər şairin gözəlləmələrini sevə-sevə söylədilər.
Bir güləndə ləblərindən bal axan,
Bir bəzənib sərxoş tovuz tək çıxan…
Bir gərdəni mina, agzı piyalə,
Bir ləhcəsi şirinkara aşiqəm.
Onlar Molla Pənah Vaqifi yalnız gözəllikdən ilham alan şair kimi səciyyələndirmədilər, həm də onu Qarabag xanlığında eşikagası vəzifəsində mühüm mövqe tutan mahir bir siyasətçi, diplomat kimi də təqdim etdilər. Məktəb şagirdlərindən İsmayılın, Səidin, Əsmərin S.Vurgunun monumental ”Vaqif” dramindan təqdim etdiyi səhnələr çox yaddaqalan oldu.
Mən orda olmasam, qan çıxar dizə,
Quşlar da aglayar ellərimizə.
Xan məndən utanır, çəkinir bir az,
Mən getsəm, qırğının hesabı olmaz.
Məktəbin Azırbaycan dili və ədəbiyyatı müəllimi, şair Oqtay İsmayıllı böyük sənətkarın bədii irsindən ürək dolusu danişdı, şairə xalq məhəbbətinin sonsuzluğundan söhbət açdı.
Yubiley tədbirində iştirak edən RTŞ-nin metodisti Rəna Mirzəliyeva bu cür maraqlı çıxışlar üçün şagirdlərə və məktəbin gənc dil-ədəbiyyat müəllimi Gülnar Ağayevaya təşəkkür etdi və uğurlar dilədi.
Diyallı kənd tam orta məktəbinin direktoru Şəmsiyyə Əhmədova şagirdlərin dünya görüşünün, estetik zövqünün formalaşmasında bu cür tədbirlərin əhəmiyyətindən danışdı.
Sonda arzu etdik ki, böyük söz sərrafı olan ölməz Vaqifin novbəti yubiley şənliklərini doğma Qarabağda keçirək.
Ülviyyə Zeynalova,
İsmayıllı RTŞ-nın metodisti

Şərh Yaz