Tələbə həyatı İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecindən xəbərlər Ümummilli liderin məzarı ziyarət olunub

İsmayıllı Rayon Gənclər və İdman İdarəsi əməkdaşlarından, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələrindən, İsmayıllı Peşə Tədris Mərkəzinin və ümumtəhsil məktəbləri şagirdlərindən ibarət bir qrup gənc rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Fəxri Xiyabana gedərək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Tələbə həyatı	  İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecindən xəbərlər  Ümummilli liderin məzarı ziyarət olunub
Əvvəlcə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov Ulu öndərin rəhbərliyinin bütün dövrlərində gəncliyə etibar etməsindən, onlara etimad göstərməsindən, gənclərə böyük qüvvə kimi baxmasından, Azərbaycanın müstəqilliyinə əbədilik xarakteri verməsindən danışıb. Qeyd edib ki, Azərbaycan gənclərinin öncül bir dəstəsi olan İsmayıllı gəncləri ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yolla inamla gedir, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri məsuliyyət ilə yerinə yetirirlər.
Sonra Ulu öndərin ruhu qarşısında özlərini həmişə borclu bilən gənclər onun məzarını ziyarət edib, üzərinə gül qoyublar.
Ümummilli liderin anım gününü müxtəlif kütləvi tədbirlər, müsabiqələr, idman yarışları ilə qeyd edən İsmayıllı gənclərinin nümayəndələri müqəddəs məzarı ziyarətdən sonra ölkəmizin sabahı və gələcəyinin daha firavan olacağına sonsuz inamla İsmayıllıya qayıdıblar.

Şərh Yaz