Sağlam həyat tərzini seçirik

“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi ictimai birliyi İsmayıllı rayonunda “Regionlarda yaşayan gənclər arasında sağlam həyat tərzinin təbliği” adlı maarifləndirici tədbir keçirib. Rayon Uşaq kitabxanasında keçirilən tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul işçisi Gülnarə Mirzəliyeva, “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi ictimai birliyinin sədri Samirə Mustafayeva, təşkilatın eksperti Zülfiyyə Nuriyeva iştirak ediblər.Sağlam həyat tərzini seçirik
Tədbirdə gənclər arasında məhsuldar əmək, əməyin və istirahətin rasional rejimi, zərərli vərdişlərin aradan qaldırılması, optimal hərəkət rejimi, şəxsi gigiyena, rasional qidalanmanın təbliği, regionlarda narkomaniya və HİV-lə mübarizənin gücləndirilmək, narkotiklərdən istifadə hallarına qarşı etinasızlığın aradan qaldırmaq kimi mövzular gənclərə çatdırılıb.
Sonda “Biz sağlam həyat tərzini seçirik” adlı maarifləndirici video çarx nümayiş olunub.
“İsmayıllı xəbərləri”

Şərh Yaz