Arzun qələbədir

Qarabağda döyüşlərində dəfələrlə yaralanan, birinci qrup əlil, canlı əfsanə Əzizov Əlisahab Əlisimran oğluna.

Düşmən çəpəridir hər igid, hər ər,
Güllənin önünə verdin sinəni.
Ay eli, obanı qoruyan əsgər,
Tanrı hifz elədi ölümdən səni.
Yağıdanmı gəldi bizlərə xətər,
Qanın tökülən yurd qaldı düşmənə.
Aldığın yaradan bir az da betər,
Bu dərd əzab verər hər zaman sənə.

Qayğı gözləmirsən heç bir kimsədən,
Vətənin dərdidir təkcə başında.
Vətən hesabına baş girləyənlər
Təzim etməlidir sənin qarşında.

Əgər lazım olsa, öz hünərinlə,
Yenə çoxlarını heyran edərsən.
Savaş başlayanda düşmən üstünə,
Qoltuq ağacınla öndə gedərsən.

Fəxri ad, şan-şöhrət yox xəyalında,
Belə istəklərə sən göz yumursan.
Doğma Vətənindən, doğma xalqından
Qələbə xəbəri ancaq umursan.
Südabə Şeyda,
3 nömrəli lisey-məktəbin müəllimi

Şərh Yaz