QAГ‡QININ HEKAYƏTİ

Birinci yazı

SİNƏDƏFTƏR

O, bir təsadüf nəticəsində redaksiyamızın qonağı oldu. Bir ildən çoxdur ki, məruz qaldıgı qaçqın həyatının ağrı-acılarını bizimlə bölüşdü. Onun öz kəndi, həmkəndliləri və görüb-eşitdikləri barədə söylədikləri hamımızı mütəəssir etdi.
QAГ‡QININ HEKAYƏTİ
Yaşı hələ qırx beşə çatmamış və cəmi dördüncü sinfi bitirmiş bu qadın yurdundan didərgin düşəndən sonra əlini yerdən-göydən üzüb bədbinliyə qapılanlardan deyildi. Sabaha böyük ümidlə baxır, tezliklə öz doğma kəndinə qayıdacağına inanır. O, həm də sinədəftər şair təbli bir qadındır. Sözünü şeirlə başlayıb, şeirlə qurtarır. Atasının və başqa el şairlərinin şeirlərini, tapmaca, bayatı və xalq məsəllərini əzbərdən söyləyir. Amma söylədiklərinin əksəriyyəti özünün qoşduğu şeirlərdir:
Vətəni satdı satqınlar,
Başlandı ah-vayın, dağlar!
Hardan tapım Sultan bəyi,
Düşmən alsın payın, dağlar?!

Sərhəddən çəkildi ordum,
Harda qaldı doğma yurdum?
Kürdmaşıda bina qurdum,
Mən deyim, siz sayın, dağlar!

Moruq-qarağatın yığdım,
Yaylaqlarda inək sağdım,
Varı-mülkü qoyub çıxdım,
Ucalsın harayın, dağlar!

Ayrı düşdüm mən vətəndən,
Şəkurə doymadı səndən.
Qisasımı al düşməndən,
Г‡al qələbə toyun, dağlar!
Tərcümeyi-halı elə qoşduğu şeirlərdə əks olunub. Amma bu şeirlərin hamısını dərc etmək imkanı olmadığından, ilk tanışlıq üçün bir neçə kəlmə əlavə edək. Adını yuxarıdakı bənddən öyrəndiniz, atasının adı İsmayıl, ata familiyası İmanova, sonrakı familiyası isə Rəhimovadır. Həyat yoldaşının adı Əfqandır. Laçında öz doğma kəndlərində yaşayanda heyvandarlıqla məşğul olublar. Qaçqın düşəndən sonra rayonumuza pənah gətiriblər. Kürdmaşı kəndində Arif Qəmbərovun kooperativi onları hamiliyə götürüb. Həm özləri, həm də mal-qara üçün şərait yaradılıb.
Şəkurə Rəhimova 8 oğul anasıdır. Böyüyü 26, sonbeşiyi 9 yaşındadır. Qalan şeyləri onun söhbətlərindən öyrənəcəksiniz. Redaksiyamızda olduğu az müddətdə onun söylədiklərini yazıb-yetirmək mümkün olmadığından maqnitofonun köməyinə bel bağlamalı olduq. Dediklərinin hamısını bircə-bircə lentə köçürdük. “Qaçqının hekayəti” başlığı altında sizə nağıl edəcəklərimizi həmin lent yazısından götürmüşük. (Həmin başlıq altında silsilə yazılar 1994-cü ildə “Cavanşir yurdu” qəzetinin ardıcıl olaraq dörd (13-16) nömrəsində dərc olunmuşdur)

FƏRRAŞ KƏNDİNİN İGİDLƏRİ

Ermənilərin Fərraş kəndi ilə xüsusi haqq-hesabları vardı. Hələ 18-ci ildə bu kəndin igidləri dəfələrlə öz yurdlarını erməni basqınlarından qorumuş, düşmənlərə çox korluq vermişlər. Ən qoçaqları isə Sultan bəyin dəstəsində birləşərək düşmənin başına od ələmişlər.
Şəkurə Rəhimovanın dediklərindən: “1990-cı il iyunun 20-də baş vermiş bir hadisədən sonra ermənilərin kəndlərimizə qarşı düşmənçiliyi daha da artdı. Həmin gün Yerevandan Xankəndinə uçan təyyarə kəndimizdən bir neçə kilometr aralı Qırxqızın Eyvazlı zirvəsinə dəyib parçalandı. Təyyarənin içindəki 40 nəfər sərnişindən başqa, 30 nəfər saqqallı quldur da məhv olur. Qəzanın səbəblərini araşdırmaq üçün Yerevandan komissiya gəlmişdi. Yəqin ki, qəzanın səbəblərini axtarıb tapdılar. Ancaq xain xoflu olar deyiblər, o ki hələ erməni ola. Elə kinli-kinli baxırdılar ki, guya təyyarəni fərraşlılar vurub salmışdılar. Bununla belə, komissiya orada işləyəndə adamlarımız onlara yemək-içmək verib hörmət edirdilər. Gözlərindən gəlsin!
Hələ əvvəlki erməni-müsülman davasında tayqulaq generalın qaniçən vəhşiləri ilə vuruşan igidlərimizi biz unutmadığımız kimi, ermənilər də, yəqin ki, unutmayıblar. Г‡ünki onların yaddaşı daha “möhkəmdir”. Onda ermənilər kəndimizə böyük qüvvə ilə hücum edirlər. Babam Gülməmməd, Rəhim bəy və Xanalı birlikdə dəstə düzəldib onların qarşısına çıxırlar. Ermənilər kəndə lap yaxınlaşırlar. Ot tayalarına od vurub, qalın tüstünün arxasında gizlənərək kəndə soxulmaq istəyirlər. Ancaq kəndin igidləri “Səngər qayası” deyilən yerdə” düşmənlərin qarşısını kəsirlər. Ermənilərlə aparılan bu döyüş indi də kənd adamlarının dilindən düşmür. Bu döyüşdə kəndimizin qadınları da igidlik göstəriblər. Rəhim bəyin arvadı Nabat ermənilərin güllə yağışından qorxmayaraq, Səngər Qayasında vuruşan ərinə və onun yoldaşlarına xurcun dolusu patron daşıyır. Nabatın ardınca gedən vəfalı iti ermənilər nişan alıb vururlar. Amma Nabat qayalara daldalanaraq keçir.
Atamın böyük qardaşı Qarakişi də bu döyüşdə iştirak edib. Sonradan özünə dəstə toplayan Qarakişi əmim erməni quldurları ilə dönə-dönə döş-döşə gəlib. Bir dəfə onlara xəbər çatır ki, ermənilərin Badara adlandırdıqları kəndin dəyirmanında quldurlar yığışıb basqına hazırlaşırlar. Qarakişinin dəstəsi onları qabaqlayır. Qəfil hücumla quldurlardaıı on birini öldürürlər, qalanları qaçıb dağılırlar.
Babam Gülməmmədlə dost olan Sultan bəy onun gənc oğlu Qarakişini də tanıyırmış. Dəyirman döyüşünün sorağını eşitdikdən sonra onu yanına çağırtdırıb, bölük komandiri təyin edir və ona pulemyot bağışlayır.
Bolşeviklər gələndən sonra Sultan bəyin adamlarını bir-bir dənlədilər. Gözügötürməyənlər satqınlıq edirlər ki, Rəhim bəy evində silah saxlayır. Əsgərlər Rəhim bəyi tutub aparırlar. Həbsdə olanda ona nə əziyyətlər verirlərsə, buraxılandan sonra çox yaşamır, tezliklə xəstələnib vəfat edir.
Varı-mülkü talanandan sonra Sultan bəy də İrana keçəsi olur. Bir neçə adamla birlikdə babam Gülməmməd və Xanalı da onu bu səfərdə müşayiət edirlər. Yolda Meydan deyilən yerə çatanda Kolanı Arazla qarşılaşırlar. Sultan bəy bu görüşdən çox sevinir və deyir: “Səfərüstü səninlə görüşməyim ürəyimdən oldu. Daha o tayda ölsəm də dərdim olmaz”. Bu söz Xanalının xoşuna gəlmir. Deyir: “Sən ki Arazla görüşməyi bizim bu qədər zəhmətimizdən üstün tutdun, mən bu səfərdən dönər oldum”. Xanalı yoldan qayıdır. Gülməmməd babam Sultan bəylə birlikdə İrana gedir. Altı aydan sonra vətənə qayıdır. Ancaq öz doğma kəndinə gələ bilmir. Ağdamın Şelli kəndində Г‡ıraq adlı dostunun evində gizlənir. Bir gün gizlincə evə baş çəkməyə gəlir. Şura hökumətinin adamları pusqu qurub onu tuturlar. Sonra onu “badboda” (yəni məcburi əməyə) göndərirlər. Ərikli kəndi yaxınlığında dustaqlarla birlikdə meşə qırarkən üstünə ağac düşüb onu öldürür. Bizə gəlib çatanı belədir. Doğrusunu Allah bilir…”.

MİRYUSİFİN DASTANI

Hələ Şəkurə xanımın söyləmələrindən əvvəl Laçının Fərraş kəndindən olan Miryusif Orucovun adına qəzetlərdə rast gəlmişdik. Laçınlıların söylədiyinə görə, el arasında da onunla bağlı maraqlı əhvalatlar yayılmışdır. Aşağıdakı əhvalatı isə bir laçınlı dostumuz danışırdı. Deyirlər bir dəfə (hələ indiki erməni-müsəlman davasından neçə il əvvəl “partiya və hökumət”in, proletar beynəlmiləlçiliyinin çiçəkləndiyi bir vaxtda) Miryusifin yolu nə üçünsə yaylağa düşür. Uzaqdan görür ki, bir neçə adam dağ yamacı ilə aşağı-yuxarı yüyürür. Miryusif bu işə təccüb qalır. Yaxınlaşanda görür ki, Yuxarı Qarabağdakı ermənilər yaşayan rayonlardan birinin milis rəisi (Onu Miryusif yaxşı tanıyırmış, hətta deyilənə görə, dost imişlər) çobanlara qoyun kəsdirib, yeyib-içməklə məşğuldur. Bu çobanlar Ermənistanda yaşayan müsəlmanlardanmış. Kababdan yeyib, “samaqon”dan içib keflənən milis rəisi elə ona hörmət edən çobanları soyundurub, yamacla aşağı-yuxarı yüyürtdürür. Müsəlman çobanlarını belə alçaltmaqla bu “sovet milisi” ermənisayağı bir zövq və ləzzət alırmış.
Xasiyyətinə bələd olduğu Miryusifı görəndə rəis özünü yığışdırır. “Ara, Miryusip, gəl otur bizimlə” –“ deyə, ona yaltaqlanır. Miryusif ona yaxınlaşır. Erməni rəis görüşmək üçün əl uzadanda o cəld əl atıb rəisin tapançasını çıxarır və kəlləsinə dirəyib əmr edir ki, soyunsun. Eləcə rəisi də, onun yoldaşlarını da anadangəlmə soyundurub, paltarlarını bir kənara yığır. Sonra isə rəis çobanları necə yüyürtmüşdüsə, onları yamacla aşağı-yuxarı əldən düşənə qədər yüyürtdürür. Miryusıf belə Miryusif idi…
Şəkurə Rəhimovanın söylədiklərindən: “Miryusif kəndimizin ən cəsarətli, ən igid oğlu idi. Onda ki ermənilər yaxnlıqdakı müsəlman kəndlərinin mal-qarasını oğurlayır, suyunu, işığını kəsirdilər, Miryusif bu hayıfların əvəzini artıqlaması ilə onlardan çıxırdı. O, Əsgəran rayonunun Suncunka arıçılıq idarəsində işləyirdi. Ətrafdakı Daşbulaq, Badara, Suncunka və başqa kəndlərdə yaşayan ermənilər onu tanıyır və ondan çəkinirdilər. Hadisələr qarışandan sonra – 1989-cu ildə Şuşanın Meşəli kəndinə köçüb gəlmişdi. Onu da deyim ki, lap qədimdən fərraşlıların bir çoxu Meşəlidə özünə ev-eşik qurub yaşayırdı. Meşəli həmişə ermənilərin hədəfi altında olub. Ermənilər bu kəndi boşaltmaq üçün camaata çox hədə-qorxu gəlirdilər. Miryusif kəndin müdafıəsini təşkil edənlərdən biri idi.
Bir gün yenə ermənilər Badara tərəfdən Meşəliyə hücum edirlər. Miryusif bir dəstə ilə onların üstünə gedir, ermənilərin qabağını qaytarır. 76 il əvvəl fərraşlıların Səngər qayasında vuruşduğu kimi vuruşur. Lakin erməni hiyləsi burada öz işini görür. Başqa bir tərəfdən hücum edən saqqallı quldurlar onları əhatəyə alırlar. Əsgəran milisinin rəisi işləyən Qərib adlı birisi (erməni) nişan alıb Miryusifi sinəsindən vurur. Bu yaradan huşunu itirən Miryusif və onun qardaşı Baxşeyiş ermənilərin əlinə keçirlər. Onları əvvəl Əsgərana, sonra Xankəndinə aparırlar. Orada Miryusifı (deyilənə görə, xəstəxanada erməni həkimləri) işgəncə ilə öldürürlər. Baxşeyiş ermənilərin əlindən qurtarıb qayıdır. Sonradan Miryusifin cəsədi ermənilərdən geri alındı və Fərraş kəndinə gətirilərək, orada böyük hörmətlə qəhrəman kimi dəfn olundu.
Qoç igidin balası da qoç olar deyiblər. Miryusifin böyük oğlu Kərim Rusiyada ali hərbi məktəbi bitirmiş zabit idi. İxtisası üzrə Moskva vilayətində işləyirdi. Vətənin dar günündə Azərbaycana qayıtdı. Ermənilərə qarşı döyüşlərdə fəal iştirak elədi. 1992-ci ildə Laçın-Qubadlı yolunu minadan təmizləyərkən baş vermiş partlayışdan ağır yaralanır. Əvvəl Qubadlı xəstəxanasına, sonra isə Bakıya aparırlar. Həkimlər onun həyatını xilas edirlər. Lakin bir qıçı həmişəlik şikəst qalır.
Miryusifin kiçik oğlu Rafiq də Bakıda ali məktəbdə oxuyurdu. O da təhsilini yarımçıq qoyub könüllü cəbhəyə gedir. Füzuli yaxmlığındakı döyüşlərdə igidlik göstərir. Neçə yaralını atəş altından çıxarır. Lakin elə həmin döyüşdə snayper gülləsindən həlak olur…”.
Dəqiq yaddaşa və gözəl mühakimə qabiliyyətinə malik olan Şəkurə xanım öz kəndi Fərraşın və ətraf kəndlərin taleyi, habelə görüb-eşitdiyi və yadında saxladığı bir çox əhvalatlar barədə də bizə danışdı.

QIRXQIZ HƏSRƏTİ

Qeydlərimin bir hissəsini tamamlayab maqnitofonun düyməsini basıram. Şəkurə xanımın aşıqsayağı bir avazla aram-aram söylədiyi bayatı və qoşmaların sədası otağa yayılır. Bu deyimlərin hər bəndi, hər misrası, hər sözü vətən həsrətinin hıçqırıqları ilə süslənmiş, göz yaşları, ürək qanı ilə sulanmışdır. Fərqi yox, bunlar min il əvvəlmi deyilib, ya bugünün həsrətindən doğulub –“ hər iki halda yurd nisgili, vətən həsrətilə yanan ocağın közərtiləridir. Misralar bir-birini əvəz etdikcə kəsdirmək olmur ki, bunlardan hansı el ağzından onun yaddaşına köçüb, hansı özününküdür.
Əzizim qazan ağlar,
Od yanar, qazan ağlar;
Qəriblikdə ölənin
Qəbrini qazan ağlar.

Əzizim cana məni,
Bükmə kətana məni;
Əcəl gəlib yetişdi,
Apar vətənə məni.

Qırxqızdan baxaram, görsənər ellər,
Qan ağlar gözlərim, tökülər sellər.
“Г‡ınqıllı” yaylağım, durnalı göllər
Bəs niyə satıldı yağıya, dağlar?
Özü də Şəkurə xanımın deyimlərində Laçın dağlarının həsrətindən söz düşəndə, ən çox xatırlanan “Qırxqız” adıdır. Bu da təbiidir. Axı o yerlərdən uzaqda yaşasaq da, ömrümüzdə bircə dəfə də olsun torpağına ayaq basıb, suyundan içib, nemətlərindən dadmasaq da, “Qırxqız” adı bizim də hər birimiz üçün “Göycə”, “Göyəzən”, “İstisu”, “Savalan”, “Babadağ”, nəhayət, “Bakı” və “Azərbaycan” sözləri qədər doğma və əzizdir. Г‡ünki bu söz “övliya” sənətkarlarımızın nəfəsi, xalq mahnılarımızın təranəsi ilə hopub ruhumuza, qanımıza:
Г‡ıxaq Qırxqız yaylağına,
Ceyran-cüyür oylağına…
Şəkurə xanımın dediklərindən: “Qırxqız təkcə sürülərimizin, naxırlarımızın otlağı, oğullarımızın-qızlarımızın oylağı, sərin sulu, otlu-çəmənli yaylağımız deyil, həm də Vətəndir bizə. Dilimizin əzbəri, sözümüzün kəsəri, inancımız, and yerimiz, müqəddəsgahımızdır Qırxqız! Nə qədər söz-söhbətlər, rəvayətlər, xatirələr, deyimlər, tarixlər bağlıdır bu adla. Bir-ikisini də mən deyim…В».

SULTAN BƏYİN SON GÖRÜŞU

“Axırıncı dəfə rus qoşunları ilə döyüşdə Sultan bəy ağır yaralanır. Öz dəstəsini də götürüb Qırxqız yaylağına çəkilir. Bura düşmən üçün əlyetməzdi. Qırxqızın hər daşı, hər qayası, hər kolu, hər dərəsi-yarğanı bir səngərdir. Bu səngərlərdən heç bir düşmən keçə bilməz. Özümüz qoyub getməsək. Necə ki, iki il əvvəl oldu… –“ Şəkurə xanım bu yerdə dərindən bir odlu ah çəkib sözünə davam elədi: – Hə, ağır yaralanmış Sultan bəyi Qırxqıza qaldırandan sonra baxıb görürlər ki, bu yara ot-əncərlə sağalan deyil. Həkim lazımdı buna. O vaxtlar mahalın ən məşhur həkimi Səməd bəy Ağdamda olurmuş. Həmişə Sultan bəyin dəstəsində olan babam Gülməmməd və Xanalı gecə ikən Ağdama gedib, Səməd bəyi götürüb gəlirlər…
Bu, Sultan bəyin Qırxqızla sonuncu görüşü idi. Sonra o da bizim kimi vətəndən didərgin düşdü…”.

QAГ‡AQ QARAKİŞİNİN MAДћARASI

“Şura hökuməti gələndən sonra Qırxqız atamın böyük qardaşı Qarakişi üçün də iki il sığınacaq olub. Vaxtilə Dəyirman döyüşündən sonra Sultan bəyin əmimə bağışladığı pulemyot barədə hökumətə çuğulluq edirlər. Axtarış eləmək istəyəndə, o, pulemyotunu və başqa silahlarını da götürüb Qırxqız dağına çəkilir. Gecələr sığınacaq yeri hazırda “Qarakişiyatan zağa” adlanan mağara olur. Bu mağarada bütün dəlmə-deşikləri daşla hörüb, palçıqla suvayır ki, ocaq qalayanda tüstüsü kənara çıxmasın. Atam İsmayıl və nənəm Г‡içək ona hər gün yemək aparırlarmış. Yeri gəlmişkən onu da deyim ki, hamı məni Şəkurə kimi tanısa da, sənəd üzrə adım Г‡içəkdir. Atam öz sevimli anasının xatirəsini yaşatmaq üçün bu adı mənə verib.
Hə, atam onda hələ yeniyetmə yaşında olsa da, hökumətdən qaçaq düşmüş öz böyük qardaşının (Qarakişinin) çoxsaylı ailəsini dolandırmaq üçün çox zəhmət çəkir. Onda Qarakişi əmimin altı qızı və sonbeşik bir oğlu olub. Onun oğlu Sahib yaş yetirəndən sonra dünyasını dəyişib. Hazırda Qarakişi əmimin nəvələri, yəni Sahibin böyük oğlu Yavər cəbhədə vuruşur, kiçik oğlu Niyaməddin məktəblidir.
Qarakişi əmim iki il qaçaq olandan sonra hökumət adamlarına təslim olur. O, Moruqlu Qayada gizlətdiyi pulemyotun da yerini deyir. Gedib tapıb gətirirlər, özünü isə dustaqxanaya salırlar…”.

QIRX KƏNİZİN TALEYİ

“Qırxqızın adı barədə soruşursunuz, onu da deyim. Atamdan eşitdiyimə görə, zalım bir xanın qırx kənizi varmış. Kənizlərlə yaxşı rəftar olunmadığından, onlar zülümdən doyublarmış. Bir gün sözü bir yerə qoyurlar ki, xanı öldürüb qaçsınlar. Nisə adlı qız xanın xəncərini oğurlayıb, gecə yatdığı yerdə onu öldürür. Qızlar saraydan qaçırlar. Uzun müddət indiki Qırxqız dağındakı mağaralarda gizlənirlər. Dağın da adı elə bu kəniz qızlardan qalıb.
Sonra bu kəniz qızların hər biri öz deyiklisi ilə ailə qurub, hərəsi ayrıca bir obada məskən salıb. Onların nəsilləri artıb-törədikcə, həmin obalar kəndlərə çevrilir. Kəniz qızlardan biri olan Nisə birçək saxlayırmış. Onun olduğu kənd Birçənis (yəni Birçəkli Nisə) adlanır. Birçənis kəndində böyük bir ziyarətgah da var. Bir vaxt Seyid Kərim himayə edirmiş oranı. Deyilənə görə, cüyürlər o kəndə (ziyarətgaha) sağına gəlirmiş.
Ağca adlı kənizin nəslindən olan kənd Ağcakənd. Cahan adlı qızın kəndi Pircahan (bu kənddə də böyük pir var), Sonanın kəndi Sonasar adlanır və habelə. Həmin kəndlər hazırda durur.
Kənizlərdən Gülüstan adında biri yaylaqda olanda bulaq açır. İndi də o bulağın adı “Gülüstan bulağı”dır. Qibləbulaq, Atbulağı, Sarıyoxuş, Kotanqaya, Keçili Qaya, Moruqlu Qaya, Köyüklü Yurdu, Gölün Г‡alası, Hacı Şirin Qayası – hansını deyim, hansı birini sayım? Bunların haqqında danışmaqdan dil yorularmı?
Atamın bir qoşmasında Qırxqızdakı yer adlarının hamısı vardı. Görüm yadımda qalıbsa deyim, siz də eşidin:
Səfalıdı Qırxqızımın qalası,
Atbulağın, Buzdaq Dağın deyimmi?
Aşıq ona hansı hava çalası,
Heyratımı, Vağzalmı deyimmi?

Mənalıdı Dəlidağın baxışı,
Elə bil ki, rəssam vurub naxışı,
Gölün Burnu, Dəyirmanın Yoxuşu,
Moruqlunu, Ağqayanı deyimmi?

Qırxqıza çıx, bir nəfəs al dərindən,
Bütün Qarabağı öp nəzərində,
Mahnı dəmi, muğam səsi sərində,
Bir də “çaq-çuq” – atın nalın deyimmi?

Yaz qurtardı Г‡ayın suyu durular,
Alaçıqlar göy yaylaqda qurular,
Boz sürülər yol üstündə burular,
Qibləbulaq Yaylağını deyimmi?
Qırxqızın qayalarında dağkeçisi, dağkəli sürüləri qaynaşır. Beş-on il əvvəl bizimkilərdən çox Qarabağ erməniləri burda ov edirdilər. İndi daha öz əllərindədir. Yəqin əl-qolları daha da açılıb. Qırıb-çatacaqlar heyvanları namərdlər. Gözlərindən gəlsin…”.
(Ardı var)
Məmməd Mirzə

Şərh Yaz