Maarifləndirici tədbir

20 dekabr 2017-ci il tarixdə İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İsmayıllı rayonu üzrə nümayəndəliyi, İsmayıllı Rayon Polis Şöbəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birgə “Zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Maarifləndirici tədbir
Tədbiri giriş sözü ilə məktəbin direktoru, Bilik Fondunun İsmayıllı rayonu üzrə nümayəndəsi Elçin Məmmədov açıb. Belə tədbirlərin keçirilməsinin vacibliyini və faydasını vurğulayıb. İsmayıllı RİH-in əməkdaşı Nəsimi Teymurov, RPŞ-nin əməkdaşı Rahim Orucov, UADM-nin direktoru Lətifə Əliyeva, DQİDK-nin əməkdaşı Elnur Mehdiyev, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Dağlaroğlu çıxış edərək zərərli vərdişlər, onların insan həyatına, cəmiyyətə mənfi təsiri, onlardan qorunmanın yolları, radikal dini cərəyanların dövlətçiliyimiz üçün təhlükəsindən ətraflı söhbət açıblar. Sonda iştirakçılar “Şəhadət” filminə baxıblar.
E.Babayev

Şərh Yaz