Xəlil Rza Ulutürk –“ 85

Rayon MKS-nin əməkdaşları, “Dağ çiçəkləri ədəbi məclisi, “İsmayıllı Yazarları”ədəbi ictimai birliyi üzvlərinin və rayon ictimaiyyətinin iştirakı ilə Uşaq kitabxanasında xalq şairi Xəlil Rza Ulutürkün 85 illik yubileyi keçirilib.
Xəlil Rza Ulutürk –“ 85
Xəlil Rza Ulutürk –“ 85
Tədbir şairin səsi ilə – “Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram” şeiri ilə açılıb. Mərkəzi kitabxananın işçisi Turanə Əzizova görkəmli şair, milli istiqlal mücahidi X.R.Ulutürk haqqında giriş sözü söyləyib.
MKS-nin direktoru Könül Baxışova iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb.
“Dağ çiçəkləri” ədəbi məclisinin rəhbəri Nazir Ziya Talıstanlı şairin keşməkeşli həyatı, vətənpərvərlik simvolu olan yaradıcılığı barədə məruzə edib.
Məktəblilər, şairin poeziyasına vurğun olan oxucular onun şeirlərindən nümunələr səsləndiriblər. Müəlimlərdən Xalıq Xalıqov, Rövşən Şirəliyev, Oqtay Fərzəliyev, bu sətirlərin müəllifi Hacıməmməd Məmmədov X.R.Ulutürkün xalqımıza vətənpərvərlik və mübarizlik ruhunun aılanmasındakı xidmətlərindən, şairlə bağlı xətirələrindən söz açıblar.
Kitabxana işçiləri iştiraka və çıxışlara görə hamıya minnətdarlıq ediblər.
Söz işığına yığışan yazarlar “Dağ çiçəkləri” ədəbi məclisinin növbəti məşğələsini keçiriblər.
H.Məmmədov

Şərh Yaz