Anomal dəyişmələr mövzusunda tədbir

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsinin “Maqnit variyasiyalarının anomal dəyişmələrinin insan səhhətinə və canlı aləmə təsiri” adlı layihənin qalibi olmuş Təhlətli Nərmin növbəti tədbirini Rayon Peşə Tədris Mərkəzində keçirib.Anomal dəyişmələr mövzusunda tədbir
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəhruz Xələfov iştirakçıları və gələn qonaqları salamlayaraq İsmayıllıda eləcə də Peşə Tədris Mərkəzində keçirilən bu tip tədbirlərin gənclərin həyatında əhəmiyyətli rol oynadığını bildib.
Daha sonra təlimatçı Leyla Aşurova “Maqnit variyasiyalarının anomal dəyişmələrinin insan səhhətinə və canlı aləmə təsiri” haqda şagirdlərə ətraflı məlumat verib. İştirakçılarla aparıcılar arasında işgüzar dialoq formasında tətbir davam etdirilib.
X.Məmmədov

Şərh Yaz