Yeni ildə

Dostlar, qəlbinizdə olan arzunun
Heç biri ötməsin boş yeni ildə.
Bir-birindən gözəl keçən günlərə
Həmişə gələsiz tuş yeni ildə.
Yeni ildə
Arzum budur, el-obada toy olsun,
Belə toylar sevənlərə pay olsun.
Hər nemətdən süfrələrdə qoy olsun,
Ötsün həyatınız xoş yeni ildə.

Gün o gün olsun ki, duraq bir səhər,
Şanlı ordumuzdan alaq şad xəbər.
Alınsın Qarabağ, çalınsın zəfər,
Silinsin gözlərdən yaş yeni ildə.

Salman Talıstanlı ürəkdən deyir:
Gəzək ana yurdu, eyləyək seyr.
Xalqa məhəbbətlə yazdığım şeir,
Gəzsin dildən-dilə kaş yeni ildə.
Salman Mehdiyev

Şərh Yaz