Dövlət Bayrağı və Konstitusiya günü

Noyabrın 8-də İsmayıllıda Dövlət Bayrağı günü və Konstitusiya gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Tədbir Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İdarəetmə Məktəbi”nin məşğələsi ilə başlayıb. Qeyd olunub ki, Azərbaycan həyatının elə bir sahəsi yoxdur ki, onun inkişafı, yeniləşməsi, milli maraqlar üzərində qurulması, müasirləşməsi ümummilli lider Heydər Əliyevin şərəfli adı ilə bağlı olmasın. Konstitusiyanın qəbulu da, 70 ildən sonra müstəqil Dövlətimizin Bayrağının yenidən qaldırılması da Ulu öndərin tarixi xidmətləridir.
Dövlət Bayrağı və Konstitusiya günü
Dövlət Bayrağı və Konstitusiya günü
Dövlət Bayrağı və Konstitusiya günü
İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, şəhər 1 nömrəli tam orta məktəbinin direktoru Gündüz Qədirov, RGİİ-nin rəisi Taleh Salehov, Qubaxəlilli kənd tam orta məktəbinin gənc tarix müəllimi Rahim Mehdiyev dövlət müstəqilliyinin əbədiləşməsində hüquqi baza olan Azərbaycan Konstitusiyası və Müstəqil Azərbaycanın Dövlət Bayrağı haqqında çıxış ediblər.
Şəhər 6 nömrəli tam orta məktəbinin şagirdi, Bayraq gününə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibi Sabrina Yolçuyeva öz yazısını “Heydər Əliyev İdarəetmə Məktəbi”nin dinləyicilərinə təqdim edib.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Heydər Əliyevi böyük şəxsiyyət, praqmatik düşüncəli siyasi lider, Azərbaycan xalqının xilaskarı kimi xarakterizə edib və onun Konstitusiyamızın müəllifi olduğunu diqqətə çatdırıb, cənab Prezident İlham Əliyevin bu siyasəti uğurla davam və inkişaf etdirdiyini söyləyib. Qeyd edib ki, ozamankı sərbəst düşüncədən məhrum Azərbaycan rəhbərliyi yuxarıların göstərişlərini gözlədiyi bir vaxtda Ulu öndərimiz Naxçıvan Ali Məclisinin qərarı ilə üçrəngli bayrağımızı Muxtar Respublikanın Dövlət Bayrağı kimi qəbul edib.
Bununla tədbirin birinci hissəsi sona yetib, ikinci hissə Mərkəzi Meydanda davam etdirilib. İri həcmli Azərbaycan Bayrağı təntənəli şəkildə meydana gətirilib. RİH-nin başçısı Mirdaməd Sadıqov təbrik nitqi söyləyib. Məktəblilərin, Rayon Mədəniyyət Mərkəzi “Niyal” xalq çalğı alətləri ansamblının solistləri Rövşən Teyyubovun, “Tərəqqi” medallı Sahibə Abdullayevanın, Bəhruz Haşımovun ifaları dinlənilib. Şəhər 1 saylı bağçanın uşaqlarının təqdimatında kompozisiya, şəhər 6 nömrəli tam orta məktəb şagirdlərinin ifasında hərbi-vətənpərvərlik mahnısı, bayrağımız, Vətənimiz Azərbaycan haqqında söylənilən şeirlər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. İsmayıllıda bayram əhval-ruhiyyəli xoş bir gün yaşanıb.
Murad Məhərrəmov

Şərh Yaz