Bayraq gününə həsr olunmuş tədbir

Noyabr ayının 6-da Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə, şəhər 6 nömrəli tam orta məktəbinin şagirdləri 9 Noyabr – Bayraq Gününə həsr olunmuş kompozisiya nümayiş etdirib. Bayraq gününə həsr olunmuş tədbir
Kompozisiyada Dövlət bayrağına hörmət və məhəbbət hissləri, “Bir dəfə yüksələn bayrağın bir daha enməyəcəyi”, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğu ifadə olunub. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, RİH başçısının müavini Sevil Əhmədova, RTŞ-nin müdiri Rasim Orucov, məktəb direktorları və məktəblilər iştirak ediblər. Sonda RİH başçısı Mirdaməd Sadıqov Dövlət rəmzlərinin önəmi və müqəddəsliyi barədə danışıb, tədbirin təşkilatçılarına və şagirdlərə razılığını bildirib.
Əlamətdar günə həsr olunmuş kompozisiyanın nümayişindən sonra rayon məktəbliləri arasında “Dalğalan, dalğalan, mənim bayrağım” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Gülər Baxışova

Şərh Yaz