Layihə cəmiyyət üçün faydalı olacaq

21 oktyabr 2017-ci il tarixdə İsmayıllı rayon İ.Həsənov adına 1 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi” çərçivəsində həyata keçirilən “Şagirdlərin imtahan öncəsi psixoloji gərginliyinin azaldılmasına dəstək” adlı layihə ictimaiyyətə təqdim olunub.Layihə cəmiyyət üçün faydalı olacaq        Dəyirmi masa tədbirində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, baş məsləhətçi Gülər Baxışova, Rayon Təhsil Şöbəsinin metodisti, Əməkdar müəllim Şəfaqət Rəsulov, layihənin eksperti, Demokratik Gənclər Birliyinin sədri, Peşəkar Təlimçilər Akademiyasının direktoru Ramil Süleymanov, 1 nömrəli tam orta məktəbinin direktoru Gündüz Qədirov, 7 nömrəli tam orta məktəbinin direktoru, fəlsəfə doktoru Etibar Abdulov, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun İsmayıllı Filialının sədri Sevinc Novruzova, rayon və kənd məktəblərinin müəllimləri, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqları, 11-ci sinif şagirdləri, media nümayəndələri iştirak ediblər.
Məktəbin müəllimi Pərvanə Piriyeva rəhbəri olduğu layihə haqqında ətraflı məlumat verib.
O, problemin Azərbaycan Respublikasında təhsil sahəsinin inkişafı üçün aktual olduğunu əsaslandırıb. Г‡ıxış edən qonaqlar, eləcə də tədbirə birbaşa canlı yayımla bağlanan layihənin könüllü psixo-pedaqoqu Rusiya Federasiyası Moskva şəhər Psixoloqlar Qildiyasının həqiqi üzvü, elmlər namizədi Gültəkin Mürsəliyeva son dövrlər cəmiyyətində ən mühim problemlərdən birinin psixoloji problemlər olduğunu, bu problemlərin yaranmasının cəmiyyət və ailə içindəki məsuliyyətdən, ailə münasibətlərinin düzgün qurulmamasından, təlim-tədrisdə müəllim və pedaqoqların psixoloji yanaşmasındakı yanlışlıqlardan və informasiyanın həddən artıq yükləməsindən irəli gəldiyini vurğulayıb.
Tədbir iştirakçıları layihənin davamlılığı barədə təkliflər irəli sürüb və bu layihənin cəmiyyət üçün faydalı olacağını bildiriblər.
Şükufə Nəcəfova,
məktəbin ingilis dili müəllimi

Şərh Yaz