Aşıq Yanvar sənəti

Aşıq sənəti şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Ta qədim zamanlardan aşıqlar elin ən hörmətli ağsaqqalı, məsləhətçisi, dostu sayılıblar. Onlar həmişə el içində yaşayıb, öz dövrlərinin, mühitlərinin bilikli, məlumatlı adamları, müdrik sənətkarları olublar. Aşıq yaradıcılığında xalqımızın çoxəsrlik tarixi, xarici düşmənlərə qarşı mübarizəsi, əmək şəraiti, toy-düyünləri rəngarəng bədii boyalarla öz ifadəsini tapıb.
Aşıq Yanvar sənəti
Aşıq Yanvar sənəti
Aşıq Yanvar sənəti
Aşıq sənəti sinkretik xarakter daşıyır. Burada musiqi, poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. Yəni, aşıq yaradıcı, ifaçı, pedaqoji əsasları özündə birləşdirir. Bu cəhətləri özündə cəmləşdirən və şagird tərbiyə edən sənətkarlara “ustad aşıqlar” deyilir. Onlar hər bir xalqın mədəniyyət tarixində yüksək yer tutub və bu simalar həmin mədəniyyətin sütunu sayılır. Azərbaycan aşıq sənətinin belə sütunlarından biri də Yanvar Bədəlovdur.
Azərbaycan professional musiqisinin sadiq davamçısı, çağdaş dövr aşıq sənətinin canlı korifeylərindən biri olan Y.Bədəlov qeyri-adi istedadını böyük bir amala – xalq ideallarına sərf edərək öz adını xalqının mənəviyyat tarixinə qızıl hərflərlə yazıb.

***
Yanvar sənəti! Bu sənət hər bir azərbaycanlı üçün böyük təskinlik, qürur və milli iftixardır. Bu sənətin işığı böyükdən-kiçiyə hamı üçün doğmadır, ülvidir.
Yanvar sənəti! Bu sənət xəlqilik, humanizm anlayışları ilə səsləşir, onların sinonimi kimi özünü göstərir. Hər kəs insansevərliyi, torpağa, el-obaya, xalqa bağlılığı izah və şərh etməkdə çətinlik çəkirsə, ona Yanvar sənəti demək kifayət edər–¦
Yanvar sənəti! Bu sənət aydınlıq və səmimilik, doğmalıq və munislik deməkdir. Yanvar sənəti hər bir azərbaycanlı üçün ana laylası qədər, atalar sözü qədər doğmadır. Biz bu doğmalığa evimizin divarı kimi, dağımız, çayımız, meşəmiz kimi alışmışıq.
Yanvar sənəti! Bu ifadə hardasa möcüzə deməkdir. Adiliyin, sadəliyin möcüzəsi. Elə bir möcüzə ki, onu günəşin doğmağına bənzətmək olar, ildə bir dəfə çiçəkləyən ağaca, yağışdan sonra yaranan əlvan göy qurşağına bənzətmək olar. Uşaqlıqdan görməyə alışdığımız, bir növ olmağına vərdiş etdiyimiz günəş, ağac, göy qurşağı–¦ əslində təbiətin və təbiiliyin möcüzəsidir. Yanvar sənəti alışdığımız sözlərin, səslərin, içində böyüdüyümüz havaların, deyimlərin möcüzəsidir, təkrarsızlığıdır.
Yanvar sənəti! Bu sənət ictimai ideala xidmətin ən gözəl nümunəsidir. Şəxsi mənafeyi ümumi-ictimai qayəyə qurban etməyin ən canlı ifadəsidir.
Yanvar sənəti! Ölməz dastanlar, unudulmaz folklor əsərləri deməkdir. Elə əsərlər ki, Azərbaycan folklorunu, aşıq sənətini onlarsız təsəvvür etmək olmur. Aşıq Alının, Aşıq Ələsgərin, Aşıq Tufarqanlının, Aşıq Şəmşirin və digər klassiklərin ənənələrini yaradıcılıqla davam etdirən və orijinal yol seçən sənətkar yalnız musiqisi ilə deyil, bədii sözünün qüdrəti ilə folklorumuzun nəhəngləri ilə çiyin-çiyinə dayanır.
Yanvar sənəti! Özünə əbədilik qazanmış və bu gün adı UNESCO kimi mötəbər qurumun siyahısına düşmüş qədim alətin yaşadılması naminə daha da inkişaf etdirilən sənətdir. Bu sənət milliliklə beynəlmiləlçiliyin vəhdətidir.
Yanvar sənəti! Hər bir azərbaycanlı üçün əbədi məktəbdir. Xalqa xidmət, ictimai ideala xidmət, fədakarlıq məktəbi! Nəcib, doğma, böyük sənət məktəbi! Bu məktəbi keçməyən vətənə, xalqa xidmətin sirrini və sehrini çətin öyrənə bilsin. Bu məktəbdən keçən hər bir adam mənən zənginləşir, yolunu, istiqamətini müəyyənləşdirir, böyük sənətin özünü görüb, duyub öyrənir.
Bu günlərdə Aşıq Yanvarın şagirdi Elman İsmayıllı və istedadlı qələm sahibi Təranə Cəbiyevanın təşkilatçılığı sayəsində onun yaradıcılığına həsr olunmuş maraqlı şeir, söz adamlarının toplaşdığı bir tədbir “Şəlalə” şadlıq evində keçirildi. Burada maraqlı fikirlər səsləndi. Onlardan bəzilərini nəzərinizə çatdırırıq. Г‡ıxışlar zamanı səslənən fikirlər:
“Yanvar sənəti kamala yetmiş bir sənətdir. Lakin insan kamalının hüdudu olmadığı kimi, sənət və yaradıcılığın da hüdudu yoxdur. Öz sənəti və hünəri ilə bütün xalqın məhəbbətini qazanmaq, el-obanın etibarını qazanmaq sənətkar üçün böyük bir səadətdir. Biz aşıq Yanvarı onun unudulmaz əsərlərinə görə, xalqımızın ən müqəddəs arzu və əməllərini ifadə edən sənətinə görə sonsuz bir məhəbbətlə sevirik. Bir də ona görə sevirik ki, o özü bizi, bütün xalqını, Şirvan elini saf və təmiz bir ürəklə sevir, o yalnız bizim üçün yaşayıb-yaradır”.
Yanvar sənəti nikbinlikdir, sabaha inamdır, sabahın günəşinə olan ümididir, insan arzusudur, fərəhidir. Bu da ayrı bir çıxışdan gəldiyim qənaətdir.
“Aylar bir-birini qovur, illər ötüb keçir, fəsillər bir-birini əvəz edir. Bu fəsillərin ən gözəli, ürəkaçanı, fərəhlisi bahardır. Yanvar yaradıcılığı, Yanvar sənəti də baharın bənövşəsi, yasəməni, ətirli çiçəkləridir. Yanvarın musiqisi həmişə bu çiçəklər kimi ürəkaçan olacaq, insanların ruhunu oxşayacaq, insanlarda yaşamağa, sevməyə, sevilməyə coşğun həvəs oyadacaq”.
Yanvar sənəti əbədidir. Zamanın sonsuzluğu sənətin əbədiliyi qarşısında acizdir.
Molla Qasımdan, Molla Cümədən, Qurbanidən, Abbas Tufarqanlıdan, aşıq Ələsgərdən, aşıq Hüseyn Bozalqanlıdan, aşıq Şakirdən, aşıq Şamildən, aşıq Hüseyn Saraclıdan, …
mayalanmış sənət dili qarşısında zaman neyləyə bilər? Nə qədər ki insan var, insanın düşünən beyni, döyünən ürəyi, görən gözü, arzusu, inamı, heyrəti var, aşıq Yanvar var. Aşıq Yanvarın ecazkar sənəti bütün zamanların və bütün xalqların sənətidir. Xalqın bəxti gətirəndə təbiət ona Yanvar bağışlayır–¦
Daha bir çıxış maraqlıdır:
“Zaman bu böyük istedadın qurduğu əzəmətli binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur. Onun musiqisinin parlaq rəngləri daha da əlvanlaşır və biz onun yaradıcılığında yeni gözəlliklər və incəliklər kəşf edirik”.
Yanvar sənəti çox-çox qədimlərlə bugünün arasında körpüdür. Qopuz harayı, gumbur-gumbur nağara, ürəklərə od salan Füzuli duyğusu, Nəsimi yanğısı, Xətai təpəri el-el gəzən aşıqların, xanəndələrin, eləcə də Yanvarın bu gün də keşiyini KİŞİ kimi çəkdiyi aşıq sənətində yaşayır. Yanvar sənəti bugünlə sabah arasında körpüdür. Neçə-neçə bəstəkar, şair Yanvar sənətindən pərvazlanacaq və özündə Yanvar sənətinin böyük qüdrətini, sehrini, ovsununu saxlayacaq–¦
Dünyanın qədim xalqları yaşlı adamları xatırladır. Deyirlər, yaş ötdükcə yaddaş zəifləyir. Yaşlı adamın yaddaşında çox az adamlar özünə yer tapır. Bütün qədim xalqlar kimi Azərbaycan xalqının da yaddaşında o adamlar qalıb ki, onlar şam kimi yanıblar, işıqları ilə çox qaranlıqları aydınlığa qərq ediblər–¦ Aşıq Yanvar Bədəlov bu cür nadir adamlardan biridir.
“Əsər müəllifin bütün mənəvi aləmindən süzülüb gəlir; şəxsiyyətin böyüklüyü, paklığı, alicənablığı, ümumiyyətlə, ləyaqəti və sənət qüdrəti yaradıcılığında hökmən əks olunur. Sənətlə şəxsiyyəti bir-birindən ayrı təsəvvür etmək qeyri-mümkündür. Bu iki mühüm keyfiyyət vəhdət halında olmalıdır. Yalnız bu halda əsl mənada böyüklükdən, dahilikdən söhbət gedə bilər. Ustad Yanvara belə bir səadət nəsib olub” – necə də maraqlı fikirdir. Yanvar sənəti! Bu möhtəşəm sənətdə nəyin nəyi tamamladığını söyləmək olduqca çətindir. Aşıq Yanvar, şair Yanvar, musiqişünas Yanvar, vətəndaş Yanvar, sənətin fədaisi Yanvar–¦ Təbiət bu nadir insanı yaradarkən qətiyyən xəsislik etməyib, ona öz fitrətindən heç nə əsirgəməyib. Yanvar Bədəlovun qabiliyyət və istedad sahələrinin hamısı bir ahəngdarlığın, bir bütövlüyün ifadəsidir!
Yanvar sənəti tədrici inkişafın davamı deyil. Bizcə, bu sənət xalqın potensial imkanının birdən-birə yaranan qeyri-adi ifadəsidir. Konkret tarixi şəraitlə, zaman və məkanla şərtlənən bu qüdrətli sənət ölməzdir, bəşəridir.
“Böyük insanlar ölüb getdikləri andan, sanki daha artıq bir əzəmətlə vətəndaşların qəlbində yaşamağa başlayırlar. Sanki onlara qarşı yeni bir maraq oyanır, mübarizə tarixi, fəaliyyət və əməlləri, həyat yolu nəinki yalnız elmi məşğul edir, hətta adi vətəndaşlar belə geriyə dönərək bir daha bu yola nəzər salır, onu daha böyük məhəbbət və diqqətlə öyrənirlər. Evlərdə, idarələrdə, küçələrdə, ictimai yerlərdə və ailələrdə onların həyat və fəaliyyətindən danışırlar. Belə bir xadimin ölümü ilə qüssələnənlərin də sayı çox olur. Sənət və peşəsindən asılı olmayaraq bütün vətəndaşlar onların ölümünə təəssüf edir və kədərlənirlər. Bu isə uzun illərin zəhməti nəticəsində yaranmış, bütün məhəbbətlərdən yüksəkdə duran və fəthi çox çətin olan bir məhəbbətin –“ həqiqi xalq məhəbbətinin ifadəsidir. Əsl ölməzlik, əbədi həyat da budur: xalq məhəbbəti! Xalqın ürəyində qaldırılan heykəl əbədi və yıxılmazdır. Xoşbəxt o adamdır ki, öz həyat və mübarizələri ilə belə bir məhəbbəti qazanır. Г‡ünki qranit daşları yonub hamarlayan zaman da belə bir məhəbbəti silib aparmaqda acizdir. Xalqın ürəyinə yol tapan hər kəs gələcəyin qapısını açır. Fəxr edirik ki, aşıq Yanvar bu ölməzliyi, bu əbədiliyi hələ sağlığında ikən qazanıb”.
Belə bir sual çıxa bilər: bu sənətin ölməzliyinin səbəbi nədir? Sənətin böyüklüyünü nələr şərtləndirir? Bu suala tam cavab vermək çətindir. Ancaq bir səbəb tamamilə aydındır: Sənətin ölməzliyi xalqa, xalq mənəviyyatına, xalq incəsənətinə, xalq dilinə, xalq adət-ənənələrinə, xalq müdrikliyinə bağlılıqdadır. Bu danılmaz faktı Yanvarın sənətkarlıq təcrübəsi açıq-aydın şəkildə göstərir.
Bu tədbirdən aldığım təəssüratımı Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının vaxtilə söylədiyi fikirlə tamamlamaq istərdim:
“Onda bəzi aşıqlarımızda olmayan bir keyfiyyət də var: hər zaman səsinin və sazının kökünü dəqiq bilən aşıqdır. O, yaxşı bilir ki, səsi hansı kökdədir və sazı da həmin kökdə olmalıdır. Ona görə də Aşıq Yanvarın ifalarında demək olar ki, xaric notlar görünmür. Bu mənada, o, ifa mədəniyyəti çox yüksək olan sənətkardır. Yanvar Bədəlov meydangir sənətkardır, Koroğlu aşığıdır. “Koroğlu” dastanının mahir ifaçısıdır. Eləcə də “Alı xan və Pəri xanım”, “Aşıq Qərib”, “Abbas və Gülgəz”, “Əsli və Kərəm” və digər dastanlarımızı da gözəl bilir. O həmin dastanların Şirvan variantlarının mükəmməl və unikal ifaçısı kimi tanınır”.
P.S. Bu tədbirdə Azərbaycanın görkəmli şairləri Musa Yaqub, Baba Vəziroğlu, tanınmış tədiqqatçılar Seyfəddin Qəniyev, Elxan Məmmədli maraqlı çıxışlar etdi, müğənnilər Əvəzxan Xankişiyev, İsmayıl Abbasov, Qalib Güləliyev, Elxan Osmanlı, İsmət İsmayıllı, Hüsniyyə İsmayıllı, Eltun Cəfərov öz mahnıları ilə tədbirə müxtəlif çalarlar qatdı, yeni əhval, ovqat bəxş etdilər.Aşıq Yanvar sənəti
Daşdəmir ƏJDƏROДћLU

Asana

“Aşıq Yanvara məktublar” silsiləsindən

Sözdə məna olsa, dildə şirinlik,
Dağ da ağır gəlməz qulaq asana.
Dar gündə dözməyi bacara bilsən,
Gec-tez çətin işin düşər asana.

Məclislərdə eldən rüxsət al, danış,
Üzün gülsün, al sözünü al danış.
Keçən keçdi, öndə neçə aldanış,
Həyat –“ kitab, bildiyini “a” sana.

Əlində saz, ürəyində söz daşı,
Qardaş bilib bağrına bas sözdaşı.
Tapsa yerin, dəlib keçər söz daşı,
Meydan yoxdur basıb, kəsib, asana.

Gördüyünü bəxşiş elə yaddaşa,
Səcdə etmə yad torpağa, yad daşa.
Aman vermə yad kükrəyə, yad daşa,
Bir sözümə sən də qulaq as, ana.

Dağlaroğlu, qurut gözdə yüz yaşı,
Ocaq sezməz yüz qurudan yüz yaşı.
Aşıq Yanvar, saz sinədə yüz yaşı,
Yaşa, baxım əlindəki asana.

Yanvara

Aşıq qardaş, halallıqla tər salıb,
Nifrət edib, yan baxırsan, yan vara.
El yolunda pərvanədən dərs alıb,
Yan xoş günə, yan bolluğa, yan vara.

Bərəkətdir, qurşağacan yağa qar,
Ötdü payız, yetişdi qış, yağ, a qar.
İldən-ilə saçlarına yağa qar,
Yüz dekabr ömrün verə yanvara.

Bir qayğıkeş müəllimsən Elmana,
Həyat sənə bir atadır, elm ana.
Aşıq olan söz xərcləyə, elm ana,
Mərifətdə bənzər ola Yanvara.

Dağlaroğlu, sev qaşların çatmasın,
Bir gəl yetiş, qəm yükünü çatmasın.
Gen dünyada mətləbinə çatmasın,
O kimsə ki, dost dərdindən yan vara.
Şahməmməd Dağlaroğlu

Şərh Yaz