2017-ci ilin doqquz ayında İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı

Ölkədə aparılan düzgün iqtisadi siyasət, həyata keçirilən iqtisadi islahatlar inkişafın davamlılığını qoruyub saxlamağa imkan verir. Ölkə qarşısında duran bütün əsas vəzifələr uğurla icra edilir. 2017-ci ildə də, baxmayaraq ki, neftin qiyməti hələ də çox aşağı səviyyədədir, Azərbaycan inamla inkişaf edir. Bunun təməlində düşünülmüş siyasət, aparılan islahatlar və ölkəmizin gələcəyi ilə bağlı olan proqramlar dayanır. Əminik ki, bu ili də müvəffəqiyyətlə başa vuracağıq.2017-ci ilin doqquz  ayında İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı
2017-ci ilin doqquz  ayında İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı 2017-ci ilin ötən dövrü rayonumuz üçün uğurlu olmuşdur. Bu dövrdə rayonda yeni velosiped zavodu tikilib istifadəyə verilmiş, xalça fabrikinin, yeni heyvandarlıq kompleksinin tikintisi başa çatmaq üzrədir. Kənd təsərrüfatında ənənəvi sahələr olan tütünçülük və baramaçılıqla bağlı işlər sürətləndirilmiş, artıq ilkin nəticələr əldə olunmuşdur.
Rayon iqtisadiyyatının ümumi indikator göstəricisi olan ümumi məhsul buraxılışının həcmi ilkin hesablamalara görə 2017-ci ilin yanvar-sentyabr aylarında faktiki qiymətlərlə 170899,4 min manat, müqayisəli qiymətlərlə 154935,3 min manat təşkil edərək keçən ilin müvafiq dövrü ilə müqayisədə 16,2 faiz artmışdır. Ümumi məhsul buraxılışının hər nəfərə düşən həcmi hesabat dövründə 1987,8 manata çatmışdır. Məhsul və xidmətlərin 70,7 faizi istehsal sahələrinin, 29,3 faizi isə xidmət sahələrinin payına düşür. Hesabat dövründə kənd təsərrüfatı sahəsində 80,5 milyon manatlıq və ya ümumi məhsulun 47,1 faizi, sənayedə 4,0 milyon manatlıq (müvafiq olaraq 2,4 faiz), tikintidə 36,2 milyon manatlıq (21,2 faiz), rabitədə 0,7 milyon manatlıq (0,4 faiz), nəqliyyatda 2,4 milyon manatlıq (1,4 faiz), ticarət və xidmət sahəsində 47,0 milyon manatlıq (27,5 faiz) məhsul və xidmətlər istehsal olunmuşdur.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulunun həcmi müqayisəli qiymətlərlə 4,0 faiz, tikinti istehsalı 2,1 dəfə, rabitə 9,5 faiz, nəqliyyat 3,8 faiz, ticarət isə 0,3 faiz çox olmuşdur.
Müqayisə olunan dövrdə bütün təsərrüfat kateqoriyaları üzrə iri buynuzlu mal-qaranın sayı 60 baş artaraq 51456 baş, qoyun-keçilərin sayı 41 baş artaraq 178586 baş, donuzların sayı isə 132 baş azalaraq 232 baş olmuşdur. 2017-ci ilin yanvar-sentyabr aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı (diri çəkidə) 21 ton, süd istehsalı 149 ton, yumurta istehsalı 67 min ədəd, yun istehsalı 1 ton artmışdır. 2017-ci ildə rayonda əvvəlki ildən 3,2 dəfə çox 2,8 ton barama istehsal olunmuşdur.
2017-ci ilin oktyabr ayının 01-i tarixinə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 28954 hektar sahədən 106643 ton dənli paxlalılar (qarğıdalı ilə birlikdə) yığılmışdır. Hesabat ilində 4340 ton əvvəlki ildən çox taxıl istehsal edilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə məhsuldarlıq göstəricisi 1,4 sentner artaraq 36,2 sentner olmuşdur. Toplanmış məhsulun 75,5 faizini buğda, 20,4 faizini isə arpa təşkil etmişdir. Hesabat dövründə buğdanın məhsuldarlığı 37,3 sentner, arpanın məhsuldarlığı 32,7 sentner olmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə buğdanın məhsuldarlığı 1,1 sentner, arpanın məhsuldarlığı isə 3,4 sentner yüksəlmişdir.
Cari ilin oktyabrın 01-i tarixinə 107 hektar sahədən 278 ton dən üçün qarğıdalı, 1357 hektar sahədən 3292 ton paxlalılar, 141 hektar sahədən 67,5 ton dən üçün günəbaxan yığılmışdır. 2016-cı ilin 9 ayı ilə müqayisədə qarğıdalının məhsuldarlığı 0,7 sentner artaraq 26,0 sentner, paxlalıların məhsuldarlığı 0,6 sentner artaraq 24,3 sentner, günəbaxanın məhsuldarlığı isə 0,5 sentner artaraq 4,8 sentner olmuşdur. Bu il 917 hektar sahənin kartofu yığılmış, 10343 ton məhsul əldə edilmişdir. Bu dövrdə 7382 ton tərəvəz toplanmışdır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə kartofun məhsuldarlığı 3,9 sentner artmışdır. Hazırda bağlardan meyvə toplanışı davam edir. Oktyabr ayının 1-ə kimi 5934 ton meyvə, 1913 ton üzüm yığılmışdır.
2017-ci ilin yanvar-sentyabr aylarında rayonda 12353,2 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur. Hesabat dövründə əsas kapitala 44320,4 min manatlıq investisiya qoyulmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çox təşkil etmişdir. Rayonun podratçı təşkilatları tərəfindən öz gücləri ilə 9 ay ərzində 19785,6 min manatlıq tikinti işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin eyni dövründən 9282,4 min manat çoxdur.
Hesabat ilinin yanvar-sentyabr aylarında rayon əhalisinə 130600,0 min manatlıq istehlak malları satılmış, 19250,0 min manatlıq ödənişli xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə müqayisəli qiymətlərlə 1,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 2,4 faiz olmuşdur. Həmin dövrdə informasiya və rabitə xidmətlərinin həcmi 596,5 min manat olmuşdur ki, bu da keçən ilin eyni dövründən 9,5 faiz çoxdur.
01 oktyabr 2017-ci il tarixə rayonda muzdla işləyən bir işçinin orta aylıq əmək haqqı ilkin məlumatlara əsasən 263,3 manat təşkil edərək, keçən ilin müvafiq dövründən 4,2 faiz çox olmuşdur.
Ötən dövr ərzində yeni açılmış iş yerlərinin sayı 948 vahid təşkil etmişdir ki, bunun da 34-ü yeni yaradılmış müəssisə və təşkilatlarda, 343-ü mövcud müəssisə və təşkilatlarda, 571-i isə fiziki şəxslərdə olmuşdur. Mövcud müəssisə və təşkilatlarda açılmış iş yerlərinin 314-ü (33,1 faiz) əsasən sənaye, xidmət və tikinti sahələrində qeydə alınmışdır.
Əziz Əzizov,
İsmayıllı Rayon Statistika İdarəsinin rəisi

Şərh Yaz