Vətəndaşlar demokratiya həftəsinin təbliğatından yararlandı

İsmayıllı bələdiyyəsində 2017-ci ilin noyabr ayının 1-dən 5-dək “Azərbaycanda yerli demokratiya həftəsi” çərçivəsində “Açıq qapı” günləri keçirilib. İsmayıllı bələdiyyəsində kompaniyanın daha mütəşəkkil keçirilməsi üçün öncədən tədbirlər planı hazırlanıb.
İş planına əsasən həftə ərzində “Müasir cəmiyyətdə həyat: hörmət, dialoq və qarşılıqlı fəaliyyət” adı altında bir sıra tədbirlər icra olunub.
Vətəndaşlar demokratiya həftəsinin təbliğatından yararlandı
Vətəndaş-bələdiyyə, bələdiyyə-vətəndaş əlaqələrinin möhkəmləndirilməsi baxımından görüşlər keçirilib, seçicilərin müraciətlərinə baxılıb, onlara bələdiyyədə son ildə görülən işlərlə bağlı məlumatlar verilib, icrası nəzərdə tutulmuş layihələrin müzakirəsi aparılıb. Şəhər sakinləri bələdiyyədə həftə ərzində keçirilən“Açıq qapı” günlərindən razı qalıblar. 285-36-89 nömrəli telefon “Qaynar xətt” kimi seçicilərin ixtiyarında olub. Əhalinin sıx toplaşdığı yerlərdə “Bələdiyyənin poçt qutuları” qurulması da səmərəli olub. Belə ki, sakinlər təklif və istəklərini yazılı şəkildə bu qutulara atmaqla bələdiyyənin gələcək iş planına daxil olunacaq bir sıra məsələləri diqqətə çatdırıblar.
Bələdiyyədə hər il olduğu kimi, bu il də İsmayıllı şəhər sakinlərinin demokratiya həftəsində fəallıq nümayiş etdirəcəklərınə böyük inam vardı və bu inam özünü doğrultdu.
İsmayıllı bələdiyyəsinin sədri Pərviz Ağayev məsələ ilə əlaqəli suallarımızı cavablandırdıqda yerli demokratiyanın inkişafında vətəndaşların iştirakının və hüquqi biliklərinin artırılmasında əhalinin razılığına səbəb olan tədbirlərin keçirildiyini və bu il ötən illərdə olduğundan daha çox vətəndaşın demokratiya həftəsinin imkanlarından yararlandığını bildirdi.
“İsmayıllı xəbərləri”

Şərh Yaz