İyirmi beş illik fəaliyyət bir epoxaya bərabərdir

Bir əsrin dörddə birini xalqına həsr etmiş Yeni Azərbaycan Partiyası ilk öncə ümumilli liderimiz, dahi Heydər Əliyevin, sonradan isə onun siyasi kursunun layiqli davamçısı Prezidentimiz İlham Əliyevin rəhbərliyi sayəsində dünənin keşməkeşlərindən, tarixin burulğanlarla dolu sınaqlarından müvəffəqiyyətlə keçərək bu günün baharına qədəm qoymuşdur.
İyirmi beş illik fəaliyyət bir epoxaya bərabərdir
Suveren dövlətimizin yeni çağı, Vətənimizin fəxri olan“Yeni Azərbaycan” memarlığı məhz bu partiyanın xidmətlərinin nəticəsidir. Xalqın etimadını qazanmaq xalq üçün çalışmaqdan keçir. Mütəfəkkirlərdən birinin təfəkkürü oxşayan bir sözü var: “Hər mərd insan ya xalqına xeyir verər, ya bu yolda verər can”. Bir xalq partiyası olan Yeni Azərbaycan Partiyası Ana yurdumuzun hər bir soyadaşını, ölkəmizin hər bir vətəndaşını bağrına basmışdır. İnkişaf və tərəqqi yolunu sabitqədəm addımlayan partiyada bir gənclik şövqü vardır. Əsasının qoyulmasının iyirmi beş illiyini qeyd edən YAP, həqiqətən də, bir gəncin gənclik yubileyi saya biləcəyimiz bir yaşı geridə qoyur.
Bu iyirmi beş il ərzində Azərbaycan gəncliyi hərtərəfli, çoxşaxəli fəaliyyət istiqamətləri ilə dövlətçiliyimizin sütunlarının möhkəmlənməsi yolunda səfərbər edildi. Onlar ölkə daxilində və xaricdə üçrəngli bayrağımızı şərəflə dalğalandırdılar. Təhsil, hərb, idman, tibb və adını çəkmədiyimiz neçə-neçə sahələrdə “azərbaycanlı” imzası göz oxşadı. Г‡əkilən zəhmətlər bəhrəsini verdi. İyirmi beş illik tarixə etimad göstərərək söyləyə bilərəm ki, bu dövr dövlətçiliyimizin tarixinə qızıl hərflərlə yazılmalıdır. Yeni Azərbaycan Partiyası yeni Azərbaycan, yeni Azərbaycan gəncliyi və Azərbaycanın yeni çağı deməkdir.
Ceyhun Əsgərov,
Gəndov kənd ümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz