Təcrübəli həmkarlarından öyrəniblər

Oktyabr ayının 25-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” üzrə 1-ci qrant müsabiqəsinin qalibi olan ”Öyrədənik, bir addım öndəyik“ layihəsi çərçivəsində Topçu kənd tam orta məktəbində seminar təşkil olunub. Layihə rəhbəri Surə Mehdiyeva layihənin əhəmiyyəttindən söz açıb. Qeyd edib ki, layihənin əsas məqsədi İsmayıllı kənd müəllimlərinin İKT bacarığının, eyni zamanda, Beynəlxalq layihələrdə işləmək bacarıqlarının artırılması ilə bağlıdır.
Təcrübəli həmkarlarından öyrəniblər
Seminarı adı çəkilən layihənin təlimçilərindən biri olan İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Bahar Abdullayeva davam etdirib.
Seminar zamanı Topçu kənd müəllimlərinə Web 2.0 alətlər haqqında məlumat verilib, onların dərs prosesində əhəmiyyətindən bəhs olunub. Müəllimlər böyük həvəslə web 2.0 aləti olan padleti, animotonu öyrənməyə nail olublar.
Seminarda müəllimlərin böyük marağına səbəb olan eTwinning plus layihəsi haqqında da geniş məlumat verilib. Məktəbin 4 nəfər müəllimi bu layihəyə qatılsa da, kifayət qədər təcrübələri olmadığından işləməkdə çətinlik çəkiblər. Gənc müəllimlər seminarın gedişində təcrübəli həmkarlarının iştirakından səmərəli istifadə edərək layihədəki bir çox istiqamətləri öyrəniblər.
Görüşdən məmnun qalan iştirakçılar onlara göstərilən pedaqoji dəstəyə görə təşəkkürlərini bildirdilər.
Gülər Babayeva,
Topçu kənd tam orta məktəbinin müəllimi

Şərh Yaz