Xalq təbabəti ilə elmi təbabətin qarşılıqlı əlaqəsi

Respublikanın Əməkdar həkimiyəm. Bir neçə onilliyi adlayıb gəlmiş əmək və həyat təcrübələrimə əsaslanaraq bu qənaətə gəlmişəm ki, həyat –“ düzlüklər çoxluğunun bizlərə qarşı gəlməsi, bizlərin isə bilərək və bilməyərəkdən bu düzlüklər çoxluğunu pozaraq cəzalanıb yaşamağımızdan ibarətdir.
Bu yazımda xalq təbabəti ilə elmi təbabətin qarşılıqlı əlaqəsindən söz açmaq istəyirəm.
Xalq təbabəti ilə elmi təbabətin qarşılıqlı əlaqəsi
Xalq təbabətinin yaranma tarixi ilk insanların canındakı ağrıya çarə axtardığı vaxtdan, bir qədər də dəqiq desək, ibtidai icma dövründən başlayır. Qədim insanlar elmi biliklərə malik olmasalar da, tədricən həyat təcrübəsinə əsaslanaraq bitkilərin müalicəvi tərkibini öyrənmiş, onlardan şəfaverici məlhəmlər hazırlamışlar. Onlar əvvəlcə dəri səthindəki kiçik yaraları, qaşınma və çatları, sonralar isə daxili orqanlardakı xəstəlikləri müalicə etməyə çalışmışlar.
Keçən minilliklər ərzində xalq təbabəti hədsiz dərəcədə inkişaf edərək şərqin böyük loğmanı Əbu Əli İbn Sinanın dövrünə –“ X-XI əsrlərə gəlib çıxmışdır. Əbu Əli İbn Sina yaşadığı illər ərzində xalq təbabətini misilsiz inkişaf həddinə çatdırmışdır. Onun yazmış olduğu tibbi əsərlərdən bəlli olur ki, müxtəlif bitkilərdən hazırladığı mürəkkəb qarışıqlarla xəstələri müalicə etmişdir. Г‡ox maraqlıdır ki, həmin tərkiblər bu gün də öz aktuallığını saxlamaqdadır.
Təbiət böyük Yaradanın qüdrəti ilə elə nizamlı qurulmuşdur ki, müxtəlif regionlarda yaşayan insanların orqanizminə lazım olan element, maddə həmin ərazidəki hansısa bitkinin, meyvənin, gülün, çiçəyin, suyun tərkibində təzahür edir.
Bildiyimiz kimi, xalq təbabətində qədim dövrün müalicə üsullarından biri də vanna qəbuludur. Qaşınmalar, əsəb xəstəlikləri, astma, revmatizm və bir sıra digər xəstəlikləri “vanna” ilə müvəffəqiyyətlə müalicə edirlər.
Sadə bir misal: Bildiyimiz kimi, yaz fəslində bəzi insanlarda zəiflik, avitaminoz və immunitetin zəifləməsi, əsəbilik hallarına tez-tez rast gəlinir.
Yuxarıda göstərilən halların aradan götürülməsi üçün may, iyun aylarında xəstənin yaşadığı ərazidə mövcud olan 100-ə qədər ağacın, bitkinin, gülün, çiçəyin hərəsindən 5-6 yarpaq dərib, eyni vaxtda suyunun hərarəti 40-45 dərəcəyə çatdırılmış iri vannaya tökmək lazımdır. Suyun hərarətini 80 dərəcəyə qədər qaldırmaq olar. Amma vannaya girərkən suyun hərarəti 40-45 dərəcəyə qədər soyudulmalıdır. Belə bir müalicə günaşırı olaraq 10 vannaya qədər aparılır. Ürəyi zəif olanlar vannanı oturaq vəziyyətdə qəbul edə bilər. Vannanın qəbul müddəti 15-30 dəqiqədir. Vanna qəbulundan dərhal sonra yaxalanmaq, duş qəbul etmək olmaz. Vannanın xeyirlilik dərəcəsi təxminən 10-15 gündən sonra bilinir.
Xalq təbabəti haqqında, onun xeyrindən günlərlə, aylarla danışsaq da mövzu bitməz. Xalq təbabəti ilə elmi təbabətin qarşılıqlı əlaqəsini açıqlayan məqaləmi oxucuların diqqətinə çatdırmağı vacib hesab edirəm.

Dərman maddələrinin iynə vasitəsi ilə və daxilə qəbul etmədən tətbiq edilən müalicə metodu
(Eksdermal müalicə metodu –“ dəri üzərindən sorulmaqla)

elmi məqalə 27 noyabr 1991-ci ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının iclasında oxunmuş və rəyasət heyətinin üzvləri tərəfindən bəyənilmişdir.

Müasir təbabətdə xəstələrin müalicəsi üçün dərman pereparatları orqanizmə çox hallarda ineksiya və həzm sistemi vasitəsi ilə daxil edilir. Orqanizmə müalicə məqsədi ilə yeridilən dərmanlar xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq həkim tərəfindən təyin edilir.
Orqanizmə daxil olan dərman maddəsinin bir hissəsi xəstəliyin müalicəsinə sərf olunur, qalan hissəsi isə orqanizm tərəfindən xaric olunur və yaxud bir müddət orqanizmdə qalır, məhz orqanlarda, əsasən qara ciyərdə toplanmış artıq dərman maddələri orqanizmə mənfi təsir göstərir. Orqanizm üçün ən az zərərli sayılan vitaminlər belə artıq toplandıqda orqanizmə mənfi təsir göstərir. Bununla belə orqanizmdə mineral maddələr orqanizmin ahəngdar inkişafında mühüm rol oynayır ki, bunlar da orqanizmdə müxtəlif nisbətlərdə olur.
Mineral maddələrin biri-birinə nisbətinin tarazlığının pozulması xəstəlik halının güclənməsinə səbəb olur.
Orqanizmin sağlamlığının pozulmasında endokrin vəzlərin hormonlarının artması və azalmasının rolu olduqca böyükdür. Orqanizmdə baş verən xəstəlikləri müalicə etmək üçün vitaminlər, hormon pereparatları, mineral maddələr, ağrıkəsicilər, qan təzyiqini tənzimləyici maddələr və s. orqanizmə ineksiya və yaxud həzm sistemi ilə daxil edilir. Bu maddələrin birbaşa orqanizmə yeridilməsi sərfəli olduğu qədər də zərərlidir. Ona görə ki, hər bir orqanizmin özünün fərdi xüsusiyyətləri vardır.
Bir həkim kimi biz dərman maddələrini orqanizmə yeritdikdə bilirik ki, təyin edilmiş dərman maddəsi xəstəliyin sağalması üçün zəruridir, amma, orqanizmin hansı miqdarda həmin dərman maddəsinə ehtiyacını təyin etmək olduqca çətindir.
Son tədqiqatlar göstərir ki, D.İ.Mendeleyev cədvəlində olan elementlərin 80-85 faizə qədəri insan orqanizmində toplanmışdır. Məhz hər hansı kimyəvi tərkibə aid dərman pereparatları bu maddələrdən təşkil olunduğundan orqanizmə yeridildikdə orqanizm üçün zəruri miqdarda olan hansısa bir maddənin miqdarını artırmış oluruq. Hal-hazırda bir çox xəstəliklər vardır ki, orqanizmdə olan bu maddələrin hansınınsa çoxalması və yaxud azalması hesabına baş verir.
Fikrimcə, orqanizmin strukturunda yuxarıda göstərdiyimiz elementlərin miqdarını lazımi səviyyədə saxlaya bilsək, o zaman insanın bir sıra xəstəliklərə tutulma hallarının sayını azaltmış olarıq və beləliklə, orta insan ömrünü uzatmış olarıq.
Elmə məlumdur ki, orqanizm dəri vasitəsi ilə də özü üçün zəruri olan maddələri qəbul etmək xüsusiyyətinə malikdir. Dərinin bu xüsusiyyəti bizə imkan verir ki, dərman vasitələrini təsir mexanizminə görə qruplaşdıraraq dəri vasitəsi ilə orqanizmə mənimsədilməyi mümkün edək. Bu zaman orqanizm yalnız onda çatışmayan, müalicəsi üçün əhəmiyyətli olan dərman maddəsini lazım olan miqdarda qəbul edəcək və beləliklə, artıq dərman maddəsinin orqanizmə düşüb, orqanizmə mənfi təsir göstərmə halı olmayacaqdır.
Müalicənin daha effektli olması üçün müalicəsi təbabətdə kifayət qədər məlum olan xəstəliklərin müalicəsində istifadə olunan dərmanlar kompleks şəkildə paketlərə yerləşdirilir və şəxsin tərəfindən müvafiq olaraq paketlərdən istifadə olunur.
Məsələn: Qara ciyərin xəstəlikləri zamanı istifadə olunan dərmanların ən mühümlərini paketə yerləşdirib istifadə etdikdə yaxşı effekt ala bilərik.
İkinci misal: Götürək şəkər xəstəliyini. Son vaxtlar bu xəstəliyin müalicəsində böyük müvəffəqiyyətlər əldə olunmuşdur. İnsulin, sulfanalamid və biqunidlərin tətbiqi şəkər xəstəliyini müalicə olunan xəstəliklər sırasına keçirmişdir. Amma bu xəstəliyin müalicəsində təklif olunan müalicə metodunun tətbiqi şəkər xəstəliyinin müalicəsini daha da yaxşılaşdıra bilər. Şəkər xəstəliyinin müalicəsi üçün tətbiq edilən paketə insulin, sulfanalamid pereparatlarından birini, biqunidlərdən birini, B 6, B 12 kakarbaksiloza, metionin, vitamin C, nikatin turşusu yerləşdirərək tətbiq etsən, o zaman şəkər xəstəliyinin ağırlaşması halları baş verməz.
Hipertoniyanın bütün dərəcələrindən əziyyət çəkən xəstələrə qipotenziv təsir göstərən dərmanlar yerləşdirilmiş paketlərdən istifadə etsək, dərmanın parentral və peros qəbuluna nisbətən daha yaxşı nəticə almış olarıq.
Onu da qeyd etmək lazımdır ki, xəstələrə təcili yardım göstərilməsi və xəstənin vəziyyətinin ağır olması halları müstəsna olmaqla, xəstənin vəziyyəti tələb etdikdə dərmanı venaya, dəri altına vurulması halı inkaredilməzdir.
Təklif etdiyim müalicə üsulu aşağıdakı qaydada təşkil edilir, dərmanlar təsir mexanizminə görə qruplaşdırılır. Məsələn: Vitamin və hormon pereparatları, ağrıkəsicilər, əsəb sisteminə təsir göstərən maddələr, spazmalitik pereparatlar, ürək qlikozidləri, qan təzyiqini aşağı salan pereparatlar, antibiotiklər (yalnız biri-biri ilə uyuşanlar), qanyaradıcı sistemə təsir göstərən maddələr və nəhayət, mineral maddələr (bütün mineral maddələr, o cümlədən orqanizmin strukturasında olması zəruri olan kimyəvi elementlər daxildir).
Dərman maddələri xalis tərkibdə və yaxud dərmanın istifadə edilmə dozası çox kiçikdirsə, o zaman ona kütlə vermək üçün zərərsiz emulqatorlar da qatışdırmaq olar, xüsusi yuvacıqları olan plastik kütlədən hazırlanmış paketə yerləşdirilir. Paketin orqanizmə yapışan səthi dərman maddəsini asanlıqla keçirə bilən tor və yaxud üzvi pərdə ilə örtülür.
Paket müalicə olunan şəxsin dəri səthinə kip yapışdırılır və 12 saatdan 24 saata qədər saxlanılır. Müəyyən müddətdən sonra dərinin başqa sahəsində yerləşdirilir.
Kurs müalicəsi seanslarla aparılır. Xəstəliyin gedişatından asılı olaraq seansın sayı müalicə həkimi tərəfindən təyin edilir.
Müalicə müddəti ərzində orqanizm az dozalarla tələbatı səviyyəsində dərman mənimsəyir. Müalicənin effektliyini izah etmək üçün bir neçə misal gətirək:
Tutaq ki, hər hansı xəstəyə vitamin müalicəsi aparmaq istəyirik. Təklif olunan vitaminlər olan paketdən istifadə etsək, orqanizm özündə çatışmayan vitamini paketdən mütləq mənimsəyəcək, seanslar təkrarlandıqca xəstə özünü yaxşı hiss etməyə başlayacaqdır.
Daha bir misal: Xəstədə endokrin sistemin pozulduğu müşahidə edilir. O zaman orqanizmdə olan bütün endokrin vəzlərin hormonları yerləşdirilmiş paket istifadə etsək orqanizm özündə çatışmayan hormonları mənimsəyəcəkdir. Beləliklə, orqanizmin inkişafında mühüm rol oynayan endokrin sistemin ahəngdar işi təmin olunacaqdır.
Bu müalicə metodunun ən maraqlı cəhəti odur ki, orqanizmdə mineral maddələr və kimyəvi elementlər çatışmadıqda aparılır və eyni zamanda, gələcəkdə orqanizmin məruz qala biləcəyi xəstəliyin profilaktikası həyata keçirilir.
Yuxarıda qeyd etdiyimiz kimi, orqanizmin strukturası sudan, üzvi maddələrdən və məlum olduğu kimi, az miqdarda kimyəvi elementlər toplusundan ibarətdir. Orqanizmdə xəstəliyin əmələ gəlməsi məhz bu komponentlərin biri-biri ilə sıx əlaqəsinin pozulması kimi düşünmək daha doğru olar. Hələlik bu elementlərin hansı xəstəliklərdə hansının azalması və hansının artmasını təyin etmək elmə kifayət qədər məlum deyildir. Mineral maddələri və kimyəvi elementləri bu müalicə metodunun köməyi ilə orqanizmə mənimsədə bilsək, bir sıra xəstəliklərin müalicəsi ilə yanaşı onların profilaktikasını da yaratmış olarıq.
Uzun müşahidələr, məntiqi nəticələr bizə əsas verir ki, bu müalicə metodu ilə nəinki müalicəsi çox mühüm olan xəstəlikləri müalicə etmək olar, hətta, təbabətdə bir nömrəli problem kimi duran onkoloji xəstəlikləri, QİDS (qazanılmış immun defisit sindrom) xəstəliyinin profilaktikası və müalicəsində də kifayət qədər müsbət nəticə ala bilərik.
İstər onkoloji, istərsə də QİDS xəstəliyində ayrı-ayrılıqda bir faktor çatışmır. Əgər həmin faktorun nədən ibarət olduğunu təbabət aşkar etmiş olsaydı, o zaman bu xəstəliklər müalicə olunardı.
Amma bu faktorlar aşkar olunmayıb. Onda imkan verək xəstə orqanizm özü çatışmayan bu faktoru bərpa etməyə çalışsın. Qarşıya bir sual çıxır: bunu necə etmək olar?
Suala cavab tapmaq üçün üzvi maddələrə xas olan fəza qəfəsini yadımıza salaq. Orqanizmin özünü çox mürəkkəb üzvi quruluş təsvir edərək onun da fəza qəfəsini gözümüzün önündə canlandıraq. O zaman yuxarıda qeyd etdiyimiz kimi, orqanizmdə mövcud olan üzvi və qeyri-üzvi maddələrin necə yerləşdiyini təsəvvürümüzə gətirə bilərik.
Söz yox ki, bu maddələr orqanizmin strukturasında biri-birinə nisbətən müəyyən qanunauyğunluqla yerləşmişdir. Bu maddələr bir-birini tamamlayaraq orqanizmin tam həyat funksiyasını təşkil edir. Bunlardan hər hansı birinin çatışmaması orqanizmdə xəstəlik halını törədir.
Orqanizmdə olması zəruri olan elementləri və maddələri müalicə paketlərində yerləşdirərək seanslarla bədənə kip bağlamaqla orqanizmdə çatışmayan maddələri mənimsədə bilərik. Beləliklə, xəstəlik törədən faktları bərpa etmiş olarıq. Burada faktor anlayışını iki formada izah etmək daha yaxşı olar: Birinci –“ çoxluq təşkil edən (çoxluq faktoru), ikinci –“ azlıq təşkil edən faktor (azlıq faktoru). Bu faktorların hər ikisi xəstəlik halı törədir. Orqanizmdə əmələ gələn xəstəliklərin bir qrupu faktorun çoxluğundan, bir qrupu isə faktorun azlığından irəli gəlir.
Yuxarıda qeyd etdiyimiz, orqanizmdə olması zəruri olan elementlər və maddələr olan paketdən istifadə etdikdə çatışmayan faktorlar orqanizm tərəfindən mənimsəniləcək, çoxluq təşkil edən faktlar olmadıqda isə onun antoqonistini mənimsəmək yolu ilə orqanizm xəstəliyə qarşı davamlılığını artıracaq.
Göstərilən müalicə metodunu xəstəxanalarda, sanatoriyalarda, pansionat və ambulatoriyalarda tətbiq etmək olar.
Müalicə paketləri iki formada –“ bir və ya bir neçə xəstəni müalicə etmək məqsədi ilə hazırlana bilər.
Müalicə paketlərinin səmərəliliyi aşağıdakılardan ibarətdir – Orqanizmə artıq dərman maddələrinin yeridilməsinin qarşısı alınır, bir sıra xəstəliklərə qarşı istər-istəməz profilaktik tədbir görülür və toxumaların zədələnməsinin qarşısı alınır.
Müəllif olaraq ümidvar olduğumu bildirirəm ki, bu müalicə metodu elmdə özünün tam praktik həllini tapsa, o zaman metodun effektivliyi özünü qabarıq surətdə göstərəcəkdir.
Ölkəmizdə olan müalicə mineral sularının, palçıq və qum vannalarının təkzibedilməz müalicə xüsusiyyətləri irəli sürülən fikirlərin doğruluğunu bir daha təsdiq edir.
Şahmurad Şirəliyev,
Respublikanın Əməkdar həkimi

Şərh Yaz