Əməklə istirahətin vəhdəti

İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecində iməciliklər keçirilməsi ənənə halını alıb. Keçirilən iməciliklərdə məktəb ərazisinin sanitariyası və yaşıllaşdırılması başlıca məqsədimizdir. Bir neçə gün əvvəlki iməcilikdə məktəbin həyəti ideal təmizlik səviyyəsinə gətirildi, yeni ağaclar və gül kolları əkildi.
Rayonda ekoloji tarazlığın bərpası, ətraf mühitin təhlükəsizliyi və insanların sağlamlığının qorunmasında mühüm rol oynayan iməcilik aksiyasının keçirilməsi bundan sonrada nəzərdə tutulur.
Əməklə istirahətin vəhdəti
Kollecimizdə “Yaşıllıq həm gözəllik, həm də sağlamlıqdır, ekologiyanın qorunmasında ən mühüm amildir” devizi altında keçirilən iməcilik kollektivin çay süfrəsi arxasında istirahət etmələri, daha sonra müəllim və tələbə heyətinin Kollecin həyətində voleybol oynaması ilə başa çatdı.
Tələbələr əməklə istirahətin vəhdətindən razı qaldılar.
Г‡ingiz Aslanov,
kollecin təsərrüfat işləri üzrə direktor müavini

Şərh Yaz