Ailə dəyərləri qorunmalıdır

Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək ictimai birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam ailə gələcəyin təminatıdır” adlı maarifləndirici layihə çərçivəsində 30 oktyabr 2017- ci ildə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində tədbir keçirilib.
Ailə dəyərləri qorunmalıdır
Tədbirdə İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecinin müəllim və tələbələri, RİH-nin məsul işçiləri – Gülnarə Mirzəliyeva, Bəhruz Xələfov, Göyçək Rəhimova, “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyin sədri Elçin Manafov və kollecin direktoru Kəmalə Süleymanova da iştirak ediblər.
Qeyd olunmuşdur ki, gənc nəsil arasında ailə dəyərlərinin qorunub saxlanılması, onlara sağlam həyat tərzinin aşılanması istiqamətində mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir. Bu gün gənc nəslin xalqımızın tarixinə, mədəni irsinə, adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması dövlət ailə siyasətinin prioritet istiqamətlərindən biridir.
Layihədə açıqlanan bilgilər hesabına gənclər gələcək həyatda onlara vacib lazım olan həyati məsələlər barədə geniş məlumat əldə ediblər. Mövzunun qayəsini əsl vətəndaş kimi formalaşmaq, sağlam ailə sahibi olmaq və bu kimi dəyərləri qoruyub inkişaf etdirmək təşkil edib.
Tədbirdə ekspert qismində iştirak edən Müşfiq Nəcəfov iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Kəbirə Bayramova

Şərh Yaz