Peşə və sahibkarlıq bacarıqları artırılır

7 noyabr 2017-ci il tarixdə İsmayıllı Peşə Tədris Mərkəzində “Vətəndaş Cəmiyyətində Debat” ictimai birliyinin təşkilatçılığı ilə “İsmayıllı Gəncləri Regional Debat Forumu: Gənclər Kuboku 2017” layihəsi çərçivəsində “Gənc nəslin sahibkarlıq fəaliyyətinin inkişafında dövlət dəstəyi əsas faktordur” mövzusunda İsmayıllı Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Dövlət Humanitar və Texnologiya Kollecinin iştirakı ilə təlim keçirib.
Peşə və sahibkarlıq bacarıqları artırılır
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəhruz Xələfov İsmayıllıda, eləcə də Peşə Tədris Mərkəzində gənclər siyasəti sahəsində keçirilən tədbirləri iştirakçıların nəzərinə çatdırıb debatın gənclərin həyatında müstəsna rol oynadığını bildirib.
Daha sonra çıxış edən Milli Debat Proqramının Regional Mərkəzlər üzrə Meneceri Etiram Sadıqzadə tədbir iştirakçılarına Milli Debat Proqramının fəaliyyətindən, qarşısına qoyduğu əsas məqsədlərdən, bu məqsədlərə doğru uğurlu gedişlərdən və görüləcək işlərdən danışıb.
Tədbirin ikinci hissəsində gənclərin peşə və sahibkarlıq bacarıqlarının artırılması yollarından iştirakçılara geniş məlumat verilib. İştirakçılarla aparıcılar arasında işgüzar dialoq formasında tədbir davam etdirilib.
Şəlalə Abışova

Şərh Yaz