Yuxarı sinif şagirdlərinin peşə seçimində valideynlərin rolu

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Təhsil Nazirliyi ilə birgə gənclərdə peşəyönümü anlayışının gücləndirilməsi məqsədilə ümumi təhsil müəssisələrində yuxarı sinif şagirdləri, onların valideynləri, eyni zamanda, psixoloqların iştirakı ilə peşəyönümü məsləhətlərinin verilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur və vaxtaşırı olaraq bu məqsədə xidmət edən maarifləndirici iş aparır.
Yuxarı sinif şagirdlərinin peşə seçimində valideynlərin rolu
Deyilənlərin əyani nümunəsi olaraq İsmayıllı Rayon Məşğulluq Mərkəzi rayonun ümumtəhsil məktəblərində 2017-2018-ci tədris ilində keçiriləcək peşəyönümü tədbirlərinin qrafikini təsdiq edib.
Peşəyönümü işinin gənc nəslin gələcək taleyində, onların məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq qrafikə əsasən 10 noyabr 2017-ci il tarixdə İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbində yuxarı sinif şagirdləri və valideynlərinin iştirakı ilə peşəyönümü tədbiri keçirilib. Şagirdlərə bütün peşələrin vacibliyi, onların özəllikləri barədə məlumat verilib. Müxtəlif peşə sahibi olan, tanınmış zəhmət adamlarının həyatı, cəmiyyətdə mövqeyi barədə danışılıb.
Tədbir boyu halal zəhmətin, mükəmməl öyrənilmiş sənətin rahat yaşamaq üçün üstünlükləri barədə fikirlər şagirdlərin diqqətinə çatdırılıb.
Məşğulluq Mərkəzinin əməkdaşları ilə yanaşı məktəbin tədbirdə iştirak edən müəllimləri də şagirdlərə, xüsusilə də onların valideynlərinə peşə seçimi istiqamətində tövsiyələrini veriblər.
H.Həsənov,
İsmayıllı rayon Məşğulluq Mərkəzinin direktoru

Şərh Yaz