Əmək bazarının inkişafı, işçi qüvvəsindən səmərəli istifadə

3 noyabr 2017-ci il tarixdə İsmayıllı Rayon Pilot Məşğulluq Mərkəzinin inzibati binasında “Əmək bazarının sosial-iqtisadi inkişafı templərinə və xüsusiyyətlərinə uyğunlaşma mexaniziminin müasir səviyyədə qurulması” mövzusunada rayon İcra Hakimiyyəti, idarə, müəssisə, həmkarlar təşkilatları nümayəndələrinin, Yerli Əlaqələndirmə Komitəsi üzvlərinin və sahibkarların iştirakı ilə dəyirmi masa keçirilib.
Əmək bazarının inkişafı, işçi qüvvəsindən səmərəli istifadə
Tədbiri giriş sözü ilə Məşğulluq Mərkəzinin direktoru Həsən Həsənov açıb. Bildirib ki, regionların iqtisadi inkişafının təmin edilməsi, əhalinin sosial rifahı və həyat səviyyəsinin daha da yüksəldilməsi, ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Əhalinin məşğulluğunu təmin etmək məqsədilə yeni iş yerləri, müəssisələr, infrastruktur obyektləri və s. yaradılıb.
O, həmçinin qeyd edib ki, əmək bazarının tənzimlənməsinin ən mühüm şərti işəgötürənlərlə işaxtaranların maraqlarının və tələblərinin üst-üstə düşməsi, uzlaşdırılmasıdır. Əmək bazarında işaxtaranlara öz imkan, bacarıq və tələblərinə uyğun iş tapmaq, işəgötürənlərə isə öz fəaliyyətlərini təmin etmək üçün işçilər tapmağa imkan verən ictimai mexanizmlərin və sistemlərin məcmusu kimi də tərif vermək olar.
Sonra Mərkəzin aparıcı məsləhətçisi, bu sətirlərin müəllifi Qadir Abduləzizov “Əmək bazarının sosial-iqtisadi inkişafı templərinə və xüsusiyyətlərinə uyğunlaşma mexaniziminin müasir səviyyədə qurulması” mövzusunada çıxış edib. Vurğulayıb ki, Azərbaycan Respublikasında son illərdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də əmək bazarının inkişafı və işçi qüvvəsindən səmərəli istifadə edilməsidir. Ölkədə aparılan islahatlar iqtisadiyyatda əsaslı keyfiyyət dəyişikliklərinə səbəb olub, dinamik iqtisadi inkişaf təmin edilib.
10 ay ərzində 1206 nəfər vətəndaş rayon Məşğulluq Mərkəzinə müraciət edib. Onlardan 1157 nəfəri işaxtaran kimi rəsmi qeydiyyata alınmışdır. Aktiv məşğulluq tədbirlərinin uğurla davam etdirilməsinin nəticəsində Mərkəz tərəfindən 2017-ci ilin 10 ayı ərzində 528 nəfər işlə təmin edilib. İşlə təmin olunanların 192 nəfəri gənc, 78 nəfəri qadın, 9 nəfəri isə qaçqın və məcburi köçkündür.
Г‡ıxışdan sonra mövzu ətrafında müzakirələr aparılıb. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, sahibkar – “Xosbəxt-X” kiçik müəssisənin sahibi Ruhiyyə Süleymanova, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov və Azərbaycan Sahibkarlıq, Özəl, Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Vaqif Rəhimov çıxış edərək mövzu ətrafında öz təkliflərini söyləyiblər.
Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin nümayəndəsi Г‡ingiz Əliyev təkliflərlə çıxış edib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qadir Abduləzizov

Şərh Yaz